100
yü bir quruluşda yaşamaq bizə müyəssər olmuşdur. Belə bir
şəraitdə isə mənim üçün ən maraqlı və lazımlı hal Senti ilə
birlikdə öz ürək dünyamda birgə və bir şəhərdə ayrı yaşa
maqdır.
Fridanın bu dediklərinə bütün ciddiliyi ilə qulaq asan Şey
da duruxmuşdu. Sanki həyatın bütün incəliklərinə dərindən
bələd olmaq, xanımına onun ürəyini sakitləşdirə biləcək,
qüssəsini dağıda biləcək bir söz demək ona həvalə edilmişdir
və bunun üçün də ona bir qədər sükut lazım idi. Bu sükut isə
artıq hazır idi. Onlar hər ikisi susmuşdular. Belə bir imkan
dan istifadə edən Şeyda bir qədər dalğın və pərişan görkəmlə
dilləndi:
– Mənim xanımım, siz bir şeydən təəssüflənməyə bilərsiniz
ki, heç olmasa Senti ilə birlikdə yaşamağınızı öz ürək dün
yanızda gözlərinizin qarşısında canlandıra bilirsiniz. Bəzən
də o qədər hissə qapılırsınız ki, ani də olsa bütün bu xəyalən
keçirdiyiniz hisslərin bir həqiqət olduğunu etiraf edirsiniz.
Dediklərinizdən belə bəlli olur ki, cəmiyyətimizdə sizin üçün
ən maraqlı hadisə də elə budur və buna görə də yaşamaq
istəyirsiniz.
***
Payızdır. Soyuq şimal küləyi əsir. Sanki təbiət, payızın bu
soyuq küləkli, hərdən də çiskinli havasının gəlişindən qorxa
raq saralmışdır. Artıq bağlarda və bağçalarda yaz və yayda
olduğu kimi bülbüllərin cəhcəhi eşidilmir. Güllərçiçəklər
də sanki öz gözəl varlıqlarını və ətrini payızın bu qədər so
yuq gəlişi ilə bir qədər azaltmışdır. Elə bil ki, təktək yarpaq
ları qalmış ağaclar da çılpaqlaşdıqlarından üşüyərək təbiətin
şıltaqlıqlarına qarşı dözməyə hazırlaşırdılar. Lakin bütün
bunlara baxmayaraq, payızın da öz qəribə gözəllikləri var
101
və onu duyan hər bir diqqətli şəxsi özünə valeh edə bilər.
Payız fəsli öz qızılı rəngiylə köçəri quşları dəstələşdirib isti
ölkələrə uçurtmasıyla, güllərin, çiçəklərin soyuğa ən davam
lılarını seçməsiylə öyünüb fəxr edə bilər. Doğurdan da, payız
fəslində durnaların qatarlanıb uçmasının qəribə gözəlliyi var.
Sanki onlar öz nizamlı uçuşlarıyla, dünyanı böyük bir saata
bənzətsək, burada fəsillərin dəyişdiyini göstərən saatın böyük
dövrə vuran əqrəbidirlər. Hələ payız fəslində çəmənlərin, otla
rın üzərinə düşən qırovu demirəm. Onlar səhərsəhər günəşin
həlim rəftarından öz formalarını dəyişib insanın ruhunu ox
şayan inci şeh mirvarilərinə dönəndə və şəfəqlər altında bərq
vuranda payız nə qədər də gözəl olur. Belə insanı özünə cəlb
etməyə məcbur edən payız günlərinin birində Frida da kiçik
bağçalarını seyr edəedə düşünürdü:
– Aman Allah, mən nə çıxılmaz vəziyyətdə qalmışam. Mən
necə insanı öz şirinşərbəti ilə məst edən və isti ağuşunda xu
marlandıran bir hissə mübtəla olmuşam. Doğurdan da, həyat
mənim taleyimi öz əlində oyuncağa çevirmişdir və körpə bir
uşaq sayağı istədiyi kimi oynadır. Mən Sentini sevirəm. Ağ
zımdan son nəfəsim çıxana qədər ağlım, hissim, şüurum bir
birinə tabe olana qədər mən Sentini sevəcəyəm… sevəcəyəm…
Heç kəs məni bu yoldan döndərə bilməz, heç bir şey mənim
bu hisslərim üzərində hökmranlıq eləyə bilməz. Məhəbbət
hissi nə gözəlmiş, məhəbbət nə şirinmiş, İlahi… Bəzən tale
yin mənə qarşı amansızlığından şikayətlənirəm. Lakin bütün
bunları, bu şikayətləri etməyə mənim haqqım yoxdur. Tale
mənə məhəbbət bəxş etmişdir. Həyat mənə sevə bilmək baca
rığı vermişdir. Artıq mənim üçün heç bir şeyin fərqi yoxdur.
Sevdiyimin mənimlə maraqlanmadığı mənə aydın olmuşdur.
Lakin mən bütün bunlara baxmayaraq, Sentini sevmişəm,
sevirəm, sevəcəyəm də.
102
Xanımını fikirli halda bağçada gəzinən görən Şeyda ona ya
naşır. O, bir qədər həyəcanlıdır. Görünür, Fridanın keçirdiyi
psixi vəziyyət onun da nəzərindən yayınmamışdır. Şeydanın
davranışından onun xanımına qarşı həmişə sədaqətli olduğu
nu aydınlaşdırmaq mümkündür. Şeyda qəlbən xanımı üçün
əsir və onu xoşbəxt görmək istəyir. Bəli, bu doğrudan da, belə
idi. Odur ki, öz həyəcanını gizlətməyə çalışmadan belə müla
yim və incə bir səslə dilləndi:
– Ax, mənim gözəl xanımım, siz yenədəmi narahatsınız?
Ax, özü də belə soyuq havada yun örpəyinizi də heç olma
sa öz çiyninizə atmamısınız. Şeyda öz yun örpəyini Frida
nın çiyninə atır, sonra sözünə davam edir: – Sizə bu qədər
həyəcanlanmaq olmaz. Özünüzə həddindən artıq korluq ve
rirsiniz. Axı, sizə öz hisslərinizə bu qədər sərbəstlik vermək
yaramaz. Xanımım, artıq siz bir neçə gündür ki, öz naharınızı
da vaxtlıvaxtında etmirsiniz. Bu sizə cismən həddindən ar
tıq ziyandır. Bəzən insanın özünə tabe olmayan hissələrinin
üzərində qalib gəlməsi üçün cismən də qüvvətli olması lazım
dır. Siz bütün bunlara fikir verməlisiniz, bütün bunları unut
mamalısınız, xanımım.
Şeydanın bütün dedikləri, əllərini qoynunda çarpazlaşmış
və xəyalı sevgilisinin yanında olan Fridaya, xarici aləmdə seyr
etdiyi, qavradığı yalnız yeni görünüş və duyğu kimi təsir edir
di və bunu demək olar ki, keçirdiyi hisslərdən uzaqlaşdırmaq
gücünə malik deyildi. Elə buna görə də Frida özü Şeydaya
yalnız nəzakət xatirinə cavab verməyə məcbur oldu və dedi:
– Keçirdiyim bütün bu hisslər məni heç də narahat etmir,
Şeyda. Əksinə, mən özüm öz hisslərimə sərbəstlik verməyə
çalışıram. Çalışıram ki, sevgi qarışıq olan bu hisslərim məni öz
ağuşuna alsın və məst etsin. Çalışıram ki, mən qismən də olsa
öz məhəbbət hisslərimin əsiri olum. Mən öz məhəbbətimin
Dostları ilə paylaş: |