329
İMİŞLİ RAYONUNA SƏFƏR
28 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 28-də İmişli rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı İmişli şəhərinin mərkəzində ulu öndər
Heydər Əliyevin xatirəsini yad etdi, abidəsi önünə gül dəstəsi
qoydu.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev
prezident İlham Əliyevə abidənin ətrafında və rayonda görül-
müş abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Heydər Əliyev Mərkəzinin açılışı mərasimi
Azərbaycan prezidenti İlham Əliyev İmişli rayonuna
səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak
etmişdir.
Dövlətimizin başçısı yeni Mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, ulu öndərin adını daşıyan Mərkəzin
tikintisinə bu ilin mayında başlanılmış və qısa müddətdə
yekunlaşdırılmışdır. Mərkəzin ikimərtəbəli binası orijinal
layihəsi və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Binanın ümumi
sahəsi 2 min kvadratmetrdir. Ətrafda əsaslı yenidənqurma,
abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər
Əliyevin abidəsi qoyulmuşdur. Burada ulu öndərin və prezident
İlham Əliyevin müxtəlif illərdə ölkəmizin regionlarına səfər-
lərini və bölgələrdə həyata keçirilən kompleks dövlət təd-
birlərini əks etdirən fotoguşələr yaradılıb. Mərkəzdə elektron
kitabxana fəaliyyət göstərəcəkdir. Arzu edənlər burada kom-
püter kurslarında hərtərəfli hazırlıq keçəcəklər. Buradakı
virtual sinif otağı informasiya-kommunikasiya texnologiya-
330
larının bölgələrdə də geniş tətbiqinin diqqət mərkəzində sax-
lanıldığını göstərir. İmişli rayonunda xarici dillərin öyrənil-
məsinə maraq böyük olduğundan Mərkəzdə xarici dil kursları
fəaliyyət göstərəcəkdir. Foto sənətinin sirlərinə yiyələnmək
üçün buradakı fotostudiyada, eləcə də internet-kafedə gənclərin
asudə vaxtlarını maraqlı keçirmələri üçün hər cür şərait
yaradılmışdır. Mərkəzdə vaxtaşırı müxtəlif sərgilər təşkil
olunacaqdır.
Birinci mərtəbədəki 350 yerlik konfrans salonunda istənilən
tədbirin keçirilməsi üçün hər cür şərait vardır. İkinci mərtə-
bədəki konfrans salonu isə 50 yerlikdir. Burada kitabxana ilə
yanaşı, poliqrafiya emalatxanası da yaradılmışdır. Mərkəzdə
fəaliyyət göstərəcək 3D kinozalına da rayonda ehtiyac var idi
və bu çox böyük maraq doğuran yeniliklərdəndir. Burada,
həmçinin rəsm-dizayn və xalq sənətkarlığı studiyaları və qızlar
dərnəyi də fəaliyyət göstərəcəkdir. Mərkəzdə 32 nəfərin işlə
təmin olunması nəzərdə tutulub.
Heydər Əliyev parkında aparılmış yenidənqurma
işləri ilə tanışlıq
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də
İmişlidə Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri
ilə tanış olmuşdur.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev
prezident İlham Əliyevə parkda görülmüş işlərlə bağlı məlumat
verdi. Bildirildi ki, parkda yenidənqurma işlərinə dövlətimizin
başçısının sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan
ayrılan 1,4 milyon manat vəsait hesabına başlanılmışdır.
Ümumi sahəsi 6,5 hektar olan parkın orijinal memarlıq üslubu
ilə seçilən 2 giriş qapısı vardır. Burada quraşdırılan fəvvarələr
kompleksi parkın gözəlliyini daha da artırır. Parkda geniş
abadlıq və yaşıllaşdırma tədbirləri görülmüşdür. İşıqlandırma
sistemi də müasirliyi ilə diqqəti çəkir. Ulu öndərin adını
daşıyan
bu
istirahət
ocağı
Azərbaycanda
aparılan