337
manatdır. Bu layihənin də icrasında dövlətin güzəştli kredit-
lərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sa-
hibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 4
milyon manat güzəştli kredit verilib. Kompleksin tikintisinə ötən
ilin aprelində başlanılmış, bu ilin oktyabrında başa
çatdırılmışdır.
Anbar ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 50 min tonluq
taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla, 6 silodan
ibarətdir. Kompleks təmizləmə, qurutma və havalandırma
sistemləri ilə təchiz edilmişdir. Buraya gətirilən taxıl əvvəlcə
tərəzidə çəkilir, sonra açıq-qapalı kompressora, daha sonra isə
şneklər vasitəsilə birinci anbara ötürülür. Taxıl təmizləndikdən
sonra dərmanlanır və ikinci anbara nəql olunur. Taxılın
təmizlənməsi və yuyulması üçün ərazidə su çəni quraşdırıl-
mışdır. Müasir texnologiyanın tətbiqi yolu ilə kompleksdə taxıl
məhsullarını uzun müddət ərzində itkisiz saxlamaq mümkündür.
Buraya ayrıca dəmir yolu xətti də çəkilmişdir. Müəssisə
tərəfindən kompleksin xammal bazasının təmin edilməsi
məqsədi ilə 43,5 min hektar ərazidə əkin işləri aparılır.
Prezident İlham Əliyev müəssisəni işə saldı. Anbardan ilk
məhsul maşınlara yükləndi.
Dövlətimizin başçısı taxıl anbarı kompleksində yaradılmış
şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Su anbarları kompleksinin açılışı mərasimi
Prezident İlham Əliyev oktyabrın 28-də İmişli Şəhər Su
Anbarları Kompleksinin istifadəyə verilməsi mərasimində işti-
rak etmişdir.
İmişli rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin
başçısını hərarətlə qarşıladılar.
Azərbaycan prezidenti İmişli şəhərinin su və kanalizasiya
sisteminin yenidən qurulması layihəsinin situasiya planını və
İmişli Şəhər Su Anbarları Kompleksinin baş planını əks etdirən
stendlərə baxdı.
339
İMİŞLİ RAYON İCTİMAİYYƏTİNİN
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
28 oktyabr 2012-ci il
Əziz dostlar, əziz imişlililər! Mən sizin hamınızı ürəkdən
salamlayıram. Bu gün biz sizinlə bərabər bu tarixi günü bir
yerdə qeyd edirik. 1 il bundan əvvəl İmişlinin su təchizatının
yaxşılaşdırılması üçün çox önəmli hadisə baş vermişdir. Bu
böyük su layihəsinin təməl daşını qoyduq. Çox şadam ki, 1
ildən sonra artıq İmişliyə içməli suyun gətirilməsini biz bərabər
qeyd edirik. Yaxın həftələrdə bu su mövcud şəbəkəyə
qoşulacaqdır. Bununla paralel olaraq yeni, müasir supaylayıcı
şəbəkə qurulur. Beləliklə, İmişli şəhərinin içməli su problemi
birdəfəlik həllini tapacaqdır.
Bu doğrudan da böyük və tarixi hadisədir. Uzun illərdir ki,
İmişli sakinləri təmiz, dayanıqlı içməli suya möhtac idilər. Bu
problem var idi. Mən bunu bilirdim və çalışırdıq ki, bu məsələni
tezliklə həll edək. Çox şadam ki, nəhayət, biz bu məsələni həll
edirik və bu layihə eyni zamanda, böyük ehtiyatla nəzərdə
tutulmuşdur. Şəhərin inkişafını, əhalinin sayının artmasını
nəzərə alır və 2035-ci ilə qədər bu layihə öz imkanlarını İmişli
sakinlərinə təqdim edəcəkdir.
Bu çox böyük tarixi layihədir. Çünki içməli su insan
sağlamlığı üçün ən əsas məsələlərdən biridir. İnsan sağlamlığı
isə bizim üçün, yəni dövlət üçün ən əsas məsələdir. Ümu-
miyyətlə, səhiyyə sisteminin təkmilləşdirilməsi, ekoloji vəziy-
yətin yaxşılaşdırılması, əhalinin təmiz içməli su ilə təmin
edilməsi məsələləri diqqət mərkəzindədir.
Bu gün İmişlidə yenicə əsaslı təmirdən çıxmış Mərkəzi
Rayon Xəstəxanasının açılışını qeyd etdik. Bu xəstəxana ən
yüksək standartlara cavab verir. Bu gün eyni zamanda, içməli
su layihəsinin açılışını qeyd edirik. Mən əminəm ki, bu
layihələr, görülən işlər mütləq öz müsbət təsirini insanların