346
RUMINİYANIN KEÇMİŞ BAŞ NAZİRİ, MƏRKƏZ-
SAĞ VƏTƏNDAŞ TƏŞƏBBÜSÜNÜN TƏSİSÇİSİ
VƏ RƏHBƏRİ MİHAY RAZVAN UNQUREANU
İLƏ GÖRÜŞ
Prezident sarayı
29 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 29-da Rumıniyanın keçmiş Baş naziri, Mərkəz-Sağ
Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan
Unqureanunu qəbul etmişdir.
Görüşdə Azərbaycan – Rumıniya əlaqələrinin uğurlu inki-
şafından məmnunluq ifadə edildi, ölkələrimiz arasında bir neçə
il bundan əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin
önəmi qeyd olundu.
Regional əməkdaşlığın genişləndirilməsində Azərbaycan–
Rumıniya ikitərəfli əlaqələrinin rolunun xüsusi vurğulandığı
görüşdə münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün
böyük imkanların olduğu bildirildi.
348
BAKIDA GÖRKƏMLİ OPERA MÜĞƏNNİSİ
BÜLBÜLÜN ABİDƏSİNİN AÇILIŞI MƏRASİMİ
Bülbül prospekti
31 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 31-də Bakıda Bülbül prospektində görkəmli opera
müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirəsinə ucaldılmış
abidənin açılışında iştirak etmişdir.
Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri,
xaricdən gəlmiş qonaqlar və müğənninin ailə üzvləri
dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü
və abidənin önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi:
– Hörmətli xanımlar və cənablar!
Əziz dostlar, hörmətli qonaqlar!
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür.
Bu gün biz Azərbaycan xalqının böyük oğlu Bülbülün abi-
dəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi
ürəkdən təbrik edirəm.
Azərbaycan dövləti və Azərbaycan xalqı görkəmli şəxsiy-
yətlərinin xatirəsinə həmişə böyük hörmətlə yanaşmışdır.
Görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılmış abidələr bunun
bariz nümunəsidir.
Bülbül böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan profes-
sional vokal sənətinin banisi idi. Onun ifasında səslənən xalq
mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan
musiqisinin Qızıl Fondunu təşkil edir. 50 ildən çoxdur ki,
Bülbül aramızda deyildir. Ancaq xalqımızın qəlbində ona olan
sevgi bu gün də yaşayır. Bu sevgi, onun istedadına olan
349
məhəbbət onun nə qədər böyük sənətkar olduğunu bir daha
əyani şəkildə göstərir.
Bülbül əsl milli müğənni, milli xanəndə, milli sənətkar idi.
Onda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Bülbül
eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün
də yaşayır və bir çoxları üçün Koroğlu obrazı məhz Bülbülün
obrazı ilə eyniləşdirilir. Gənc nəsil, orta nəsil və yaşlı nəsil təbii
ki, Koroğlu haqqında düşünəndə mütləq Bülbülün obrazı yada
düşür. Koroğlu partiyasının ifası, demək olar ki, onun opera
ifaçısı kimi fəaliyyətinin zirvəsi idi.
Əlbəttə, Bülbülün yaradıcılığı haqqında bir vətəndaş,
Azərbaycan xalq musiqisinə bağlı olan bir insan kimi, mən öz
fikirlərimi bu gün bölüşmək istəyirəm. Doğrudan da onun
təkrarolunmaz səsinin məlahəti unudulmazdır. Onun ifasında
səslənən mahnılar ölməz mahnılardır. Artıq 50 il keçdi, bundan
sonra da 50 il, 100 il keçəcək və Bülbülün sənəti, onun
təkrarolunmaz
səsi
yaşayacaq
və
bizim
hamımızı
sevindirəcəkdir.
Bülbül eyni zamanda, böyük ictimai xadim, əsl Azərbaycan
ziyalısı, öz xalqına, öz milli köklərinə bağlı və həmçinin
dünyaya açıq insan idi. O, Azərbaycanın musiqi sənətini sovet
məkanında və dünyada təbliğ edirdi. O illərdə xalqımızı
dünyaya tanıtdırmaq üçün incəsənət, musiqi, ifaçılıq sənəti,
ədəbiyyat yeganə bir vasitə idi. Çünki Azərbaycan müstəqil
deyildi və Azərbaycan xalqı, Azərbaycan diyarı haqqında
dünyada və sovet məkanında təsəvvürü məhz bizim görkəmli
incəsənət xadimləri yaratmışlar. Bülbülün bu istiqamətdəki rolu
çox böyük idi.
Bülbülün adı hamımız üçün əzizdir. Onun adı Azərbaycanda
əbədiləşdirilib. Bu prospekt onun adını daşıyır. 1982-ci ildə
Şuşada və 1983-cü ildə Bakıda Bülbülün ev-muzeyləri
yaradılmışdır. Onun adını daşıyan musiqi məktəbi uzun illərdir
ki, fəaliyyət göstərir. 1997-ci ildə ulu öndər Heydər Əliyevin
sərəncamı ilə Bülbülün 100 illik yubileyini dövlət səviyyəsində
qeyd etmək üçün xüsusi tədbirlər planı hazırlanmış və icra