356
və digər muzeylərin məhz ulu öndərin böyük diqqəti, qayğısı,
onun bilavasitə nəzarəti və tapşırığı ilə açıldığını yaxşı bilirəm.
O vaxtı bizə Ukraynadan, Moskvadan məktublar gəlirdi.
Soruşurdular ki, bir ifaçının, müğənninin ev-muzeyi necə
açılıb?! Bu, ümumiyyətlə, Sovet İttifaqında muzey işində yeni
bir istiqamət idi.
Burada hörmətli Prezidentimiz dedi ki, Bülbülün 100 illi-
yində böyük öndərimiz xüsusi bir sərəncam imzaladı və o Sə-
rəncamla bu müsabiqənin əsası qoyuldu. 1997-cı ildən – artıq
15 ildir ki, bu beynəlxalq müsabiqə keçirilir. Artıq altıncı
dəfədir ki, bu beynəlxalq müsabiqə təşkil olunur. Burada deyildi
ki, bu dəfə müsabiqədə Amerikadan tutmuş Yaponiyaya qədər
iştirak etmək istəyənlər vardır. Bu müsabiqədə beynəlxalq
münsiflər heyəti fəaliyyət göstərir.
Mən bir xırda məsələni də deyim, bəlkə bunu deməməliyəm.
Amma bir insan kimi deyəcəyəm. Dünən cənab Prezident
xüsusi tapşırıq verib ki, Poladın anası yaşlı qadındır və orada
mütləq yaşlı insanlar olacaq, stullar qoyun ki, onlar əyləşsinlər.
Çox sağ olun, cənab Prezident! Mən Sizə 90 yaşında anamın,
bütün musiqiçilərin adından minnətdarlığımı bildirirəm. Siz
burada Qarabağ haqqında danışdınız. Qarabağlıların adından –
icra başçısı da, Şuşanın ziyalıları da buradadır – Sizə dərin
təşəkkürümüzü bildiririk. Ona görə ki, bu, ancaq Bülbülün
deyil, bu, bir Qarabağ oğlunun, Qarabağ musiqiçisinin, Qarabağ
səsinin abidəsidir. Bu gün bizim xalqımız üçün bu çox
vacibdir, çox önəmlidir.
Bir sirri də açım ki, bu yeri məhz cənab Prezident özü seçib.
Deyib ki, burada yaxşı olar! Doğrudan da bura Bülbülün abidəsi
üçün çox münasib yerdir. Üzbəüzdə Opera Teatrıdır. Bülbül 40
ildən çox Opera Teatrına gedib-gəlib. Qarşımızda Gənclər
Teatrıdır. Yaxınlıqdakı bu evdə böyük bəstəkarımız Qara
Qarayev, böyük dirijorumuz Niyazi yaşayıb. Bizim evdə böyük
simalar – Məmməd Səid Ordubadi, Süleyman Rüstəm, Mirzə
İbrahimov, Qəmər Almaszadə, daha kimlər, kimlər yaşayıb.
Şəhərin bu yerində belə bir mühit var idi. Bu gün Fərhad çox
357
gözəl dedi. Onlar bu küçələrdə gəziblər. Qonşumuz olan Niyazi
bizə gələrdi, atam onlara gedərdi. Bilirsiniz, o vaxt indiki kimi
mobil telefon yox idi. Kim-kimi tapmaq istəyirdisə, axşamlar
bu küçəyə çıxardı. Bu küçədə kimi istəsən tapmaq mümkün idi.
Doğrudan da bu, sanki həmin tarixin qorunub saxlanmasıdır.
Mən belə hesab edirəm. Əgər doğrudan da bunların hamısı
varsa, bu gün Bülbülün, Üzeyir bəyin, bu böyük insanların ruhu
şad olmalıdır. Ona görə ki, bu gün bizim Prezidentimiz onlara
böyük hörmət, böyük ehtiram bəsləyir. Bu adların yaşaması,
tarixdə qalması üçün çox işlər görür. Mən onu da demək
istəyirəm ki, cənab Prezident, bu gün bu mərasimdə iştirak edən
qonaqlarımız Bakıya valeh olublar.
Polad Bülbüloğlu Şuşada gülləbaran edilmiş abidələrin
vaxtilə xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə
göstərişi və köməyi ilə Bakıya gətirildiyini vurğuladı, bu abi-
dələrin yenidən Şuşaya qayıdacağına inamını ifadə etdi.
* * *
Sonra prezident İlham Əliyev Bülbülün ailə üzvləri və
mərasimdə iştirak edən qonaqlarla, mədəniyyət və incəsənət
xadimləri ilə söhbət etdi və onlarla xatirə şəkli çəkdirdi.
* * *
Qeyd edək ki, qeyri-adi dərəcədə məlahətli səsinə görə xalq
tərəfindən Bülbül adı verilən görkəmli Azərbaycan musiqi-
çisinin abidəsinin müəllifi heykəltəraş Akif Əsgərovdur. Tunc-
dan hazırlanan abidənin Bakının mərkəzində, Bülbülün yaşa-
dığı evin yaxınlığında ucaldılması xalqımızın milli-mənəvi
dəyərlərinin qorunması istiqamətində atılan mühüm addım-
lardan biridir.
358
QEYDLƏR
1. Fransa, F r a n s a R e s p u b l i k a s ı – Qərbi
Avropada dövlət. Sahəsi 674,6 min km
2
, əhalisi 67 milyon
nəfərdir. İnzibati cəhətdən 101 departamentə bölünür. Qanun-
verici orqanı iki palatadan (Milli Məclis və Senat) ibarət
parlamentdir. İcra hakimiyyəti prezident və Nazirlər Şurasına
məxsusdur. Paytaxtı Paris şəhəridir. – 5–26, 62, 97, 255, 353,
354.
2. Luvr Muzeyi – Parisdə memarlıq abidəsi. Adı vaxtilə bu-
rada Fransa krallarının ovçu qəsrinin yerləşdiyi «Canavar»
meşəsinin adından götürülmüşdür. Əvvəllər kral sarayı olmuş,
sonradan dünyanın ən böyük bədii muzeylərindən birinə
çevrilmişdir. 1791-ci ildə inqilabi Konventin dekreti ilə Luvr
milli bədii muzeyə çevrilmiş və 1793-cü ildə kütləvi baxış üçün
açılmışdır. Ekspozisiyasının əsasını keçmiş kral kolleksiyası,
həmçinin bir sıra monastır, kilsə və kübar ailələrin
milliləşdirilmiş kolleksiyaları təşkil etmişdir. Kolleksiyası
Napoleon
yürüşlərinin qənimətləri, müxtəlif ölkələrdən
satınalınma, eləcə də hədiyyələr hesabına daim artmışdır.
Luvrda 20 mindən artıq boyakarlıq və heykəltəraşlıq əsəri var.
Muzey 6 şöbədən ibarətdir: Qədim Şərq, Qədim Misir, Qədim
Yunanıstan və Qədim Roma, heykəltəraşlıq, boyakarlıq və
rəsm, dekorativ-tətbiqi sənət. Qədim Şərq şöbəsində nadir
incəsənət nümunələri, o cümlədən Azərbaycanın zərgərlik
(Ziviyədən tapılmış qızıl əşyalar, e.ə. VIII əsr) və metal
məmulatları (bürünc dolça, 1190, müəllifi Osman ibn Salman
Naxçıvani) saxlanılır. Luvrda Fransa incəsənəti daha geniş
təmsil olunub. Burada dünya şöhrəti qazanmış bir sıra əsər
(«Samofrakiyalı Nika», e.ə. II əsrin sonu; «Miloslu Afrodita»,
e.ə. II əsr; Mikelancelo, Leonardo da Vinçi, Rafael, Rembrandt
və b.-nın tabloları) mühafizə edilir. – 6.