359
3. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
(BMTTŞ) – BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı.
BMT Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlü-
kəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5
daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə
2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir.
Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdik-
də qəbul olunmuş sayılır. – 6, 39, 43, 44, 45, 49, 117, 145, 170,
213, 228, 238, 245, 285, 286, 342.
4.«Total» – məşhur fransız neft şirkəti. 1924-cü ildə təşkil
edilmişdir. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və satışı ilə
məşğul olur. – 7, 10.
5. Türkiyə Cümhuriyyəti – Qərbi Asiyada və Avropanın
cənub-şərqində dövlət. Sahəsi 783,5 min km
2
, əhalisi 79,4 milyon
nəfərdir. İnzibati cəhətdən 81 ilə (vilayətə) bölünür. Dövlət
başçısı prezident, ali qanunverici orqanı Türkiyə Böyük Millət
Məclisidir. Paytaxtı Ankara şəhəridir. – 9, 257, 265, 270, 273,
274, 332.
6. Heydər Əliyev Fondu – qeyri-hökumət, qeyri-kommer-
siya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun
Xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Res-
publikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır.
Fondun yaradılmasında məqsəd ümummilli lider Heydər
Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi
məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, Heydər
Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə
daima aşılamaq olmuşdur.
Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir.
Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun
nəzdində Ekspert Şurası və digər qurumlar fəaliyyət göstərir. –
27, 33, 36, 63, 173, 174, 176, 291.
360
7. Mehriban Əliyeva, M e h r i b a n A r i f q ı z ı (d.1964) –
ictimai və siyasi xadim, fəlsəfə doktoru, Azərbaycan Respub-
likasının Birinci vitse-prezidenti, prezident İlham Əliyevin həyat
yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb
İnstitutunu bitirmişdir. 1988–92-ci illərdə akademik M.Kras-
novun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əli-
yeva «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondu
yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli mədə-
niyyətimizin inkişafı, təbliği, tanınması üçün xeyli işlər görüb.
1996-cı ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə
geniş təbliğ etmək üçün 3 dildə – Azərbaycan, rus və ingilis
dillərində çıxan «Azərbaycan–İrs» jurnalını təsis etmişdir. 2004-
cü ildən Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lide-
rinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin
milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə
yaradılmış Heydər Əliyev Fonduna başçılıq edir.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu
respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb
binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriy-
yə aksiyaları şəkər, talassemiya və anemiya xəstəliklərindən
əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil
olunur.
Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin qo-
runub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorul-
maz işlərinə görə Mehriban Əliyeva YUNESKO və İSESKO-
nun Xoşməramlı səfiri seçilmişdir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005-ci
ildən Milli Məclisin deputatıdır. Mehriban Əliyeva ölkəmizdə
təhsil sisteminin inkişafına, milli-mədəni irsimizin qorunub sax-
lanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın
müsbət
imicinin
möhkəmlənməsinə,
genişmiqyaslı
xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda
keçirilən ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri
361
olmuş, oyunların yüksək səviyyədə keçirilməsində müstəsna
xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. –
27–31, 33–36, 37, 61, 69–87, 110.
8. Artur Rasizadə, A r t u r T a h i r o ğ l u (d.1935) – Azər-
baycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986–
92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci
müavini vəzifəsində işləmişdir. 1996-cı ildən Azərbaycan Res-
publikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiq-
lal», «Şərəf» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. – 32.
9. Ramiz Mehdiyev, R a m i z Ə n v ə r o ğ l u (d.1938) –
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, fəlsəfə elmləri
doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü. 1978–80-ci illərdə Rayon Partiya Komitəsinin Birinci
katibi, 1980–81-ci illərdə Azərbaycan KP MK-da elm və təhsil
şöbəsinin müdiri, 1981–83-cü illərdə Azərbaycan KP MK-da par-
tiya-təşkilat işi şöbəsinin müdiri, 1983–88-ci illərdə Azərbaycan
KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan EA-nın İctimai-Si-
yasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri, 1994-cü
ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə
müdiri, 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti Ad-
ministrasiyasının rəhbəridir. 1995–2000-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisinin deputatı olub. Müasir siyasi
problemlərə, dövlət quruculuğuna aid bir çox kitab və mono-
qrafiyaların müəllifidir. Azərbaycan Respublikasının «İstiqlal»,
Rusiya Federasiyasının «Dostluq» ordenləri ilə təltif
edilmişdir. Beynəlxalq Nyu-York Akademiyasının və Türk
Dünyası Araşdırmalar Uluslararası Elmlər Akademiyasının
üzvüdür. Azərbaycan Respublikasının «İstiqlal» və «Şərəf»
ordenləri ilə təltif edilmişdir. – 32.
10. Hacıbala Abutalıbov, H a c ı b a l a İ b r a h i m o ğ - l
u (d.1944) – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Fizika-
Dostları ilə paylaş: |