ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurası



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə112/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   108   109   110   111   112   113   114   115   ...   123

 

359 


3.  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurası 

(BMTTŞ)  –  BMT-nin  daimi  fəaliyyət  göstərən  mühüm  orqanı. 

BMT  Nizamnaməsinə  görə,  beynəlxalq  sülhün  və  təhlü-

kəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5  

daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 

2  il  müddətinə  seçilir.  Şuranın  hər  bir  üzvü  bir  səsə  malikdir. 

Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdik-

də qəbul olunmuş sayılır. – 6, 39, 43, 44, 45, 49, 117, 145, 170, 

213, 228, 238, 245, 285, 286, 342. 

 

4.«Total»  –  məşhur  fransız  neft  şirkəti.  1924-cü  ildə  təşkil 

edilmişdir. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və satışı ilə 

məşğul olur. – 7, 10. 

 

5.  Türkiyə  Cümhuriyyəti  –  Qərbi  Asiyada  və  Avropanın 

cənub-şərqində dövlət. Sahəsi 783,5 min km

2

, əhalisi 79,4 milyon 



nəfərdir.  İnzibati  cəhətdən  81  ilə  (vilayətə)  bölünür.    Dövlət 

başçısı prezident, ali qanunverici orqanı Türkiyə Böyük Millət 

Məclisidir. Paytaxtı Ankara şəhəridir.  – 9, 257, 265, 270, 273, 

274, 332. 



 

6.  Heydər  Əliyev  Fondu  –  qeyri-hökumət,  qeyri-kommer-

siya  təşkilatı.  Rəsmi  açılışı  10  may  2004-cü  ildə  olmuşdur. 

Heydər  Əliyev  Fondunun  prezidenti  YUNESKO  və  İSESKO-nun 

Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı,  Azərbaycan  Res-

publikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır. 

Fondun  yaradılmasında  məqsəd  ümummilli  lider  Heydər 

Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi 

məfkurəsinin  həmişəyaşar  səciyyəsini  əks  etdirmək,  Heydər 

Əliyevin  yaratdığı  milli  dövlətçilik  ideyalarını  yeni  nəsillərə 

daima aşılamaq olmuşdur. 

Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. 

Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun 

nəzdində  Ekspert  Şurası  və  digər qurumlar fəaliyyət  göstərir. – 

27, 33, 36, 63, 173, 174, 176, 291. 




 

360 


 

7. Mehriban Əliyeva, M e h r i b a n  A r i f  q ı z ı (d.1964) – 

ictimai  və  siyasi  xadim,  fəlsəfə  doktoru,  Azərbaycan  Respub-

likasının  Birinci  vitse-prezidenti,  prezident  İlham  Əliyevin  həyat 

yoldaşı.  1988-ci  ildə  M.Seçenov  adına  1-ci  Moskva  Dövlət  Tibb 

İnstitutunu  bitirmişdir.  1988–92-ci  illərdə  akademik  M.Kras-

novun  rəhbərliyi  altında  Moskva  Elmi-Tədqiqat  Göz 

Xəstəlikləri  İnstitutunda  işləyib.  1995-ci  ildə  Mehriban  Əli-

yeva  «Azərbaycan  Mədəniyyətinin  Dostları»  xeyriyyə  fondu 

yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond  milli mədə-

niyyətimizin inkişafı, təbliği, tanınması üçün xeyli işlər görüb. 

1996-cı  ildə  fond  Azərbaycan  mədəniyyətini  xarici  ölkələrdə 

geniş  təbliğ  etmək  üçün  3  dildə  –  Azərbaycan,  rus  və  ingilis 

dillərində çıxan «Azərbaycan–İrs» jurnalını təsis etmişdir. 2004-

cü ildən Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lide-

rinin  zəngin  irsinin  öyrənilməsi  və  həmçinin  Heydər  Əliyevin 

milli  dövlətçilik  ideyalarını  yeni  nəsillərə  aşılamaq  məqsədilə 

yaradılmış Heydər Əliyev Fonduna başçılıq  edir. 

Mehriban  Əliyevanın  təşəbbüsü  ilə  Heydər  Əliyev  Fondu 

respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb 

binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriy-

yə aksiyaları  şəkər, talassemiya  və anemiya xəstəliklərindən 

əziyyət çəkən Azərbaycan uşaqlarına  yardım məqsədilə təşkil 

olunur.  

Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin qo-

runub  saxlanılması  və  inkişaf  etdirilməsi  sahəsindəki  yorul-

maz işlərinə görə Mehriban Əliyeva YUNESKO və İSESKO-

nun Xoşməramlı səfiri seçilmişdir. 

Yeni  Azərbaycan  Partiyası  Siyasi  Şurasının  üzvü,  2005-ci 

ildən  Milli  Məclisin  deputatıdır.  Mehriban  Əliyeva  ölkəmizdə 

təhsil sisteminin inkişafına, milli-mədəni irsimizin qorunub sax-

lanılmasına  və  dünyada  təbliğinə,  xarici  ölkələrdə  xalqımızın 

müsbət 


imicinin 

möhkəmlənməsinə, 

genişmiqyaslı 

xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda 

keçirilən  ilk  Avropa  oyunlarının  Təşkilat  Komitəsinin  sədri 



 

361 


olmuş,  oyunların    yüksək  səviyyədə  keçirilməsində  müstəsna 

xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 

27–31, 33–36, 37, 61, 69–87, 110. 

 

8. Artur Rasizadə, A r t u r   T a h i r   o ğ l u (d.1935) – Azər-

baycanın  dövlət  xadimi.  SSRİ  Dövlət  mükafatı  laureatı.  1986–

92-ci  illərdə  Azərbaycan  Respublikası  Baş  nazirinin  birinci 

müavini vəzifəsində işləmişdir. 1996-cı ildən Azərbaycan Res-

publikasının  Baş  naziridir.  Azərbaycan  Respublikasının  «İstiq-

lal», «Şərəf» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. – 32. 



 

9. Ramiz Mehdiyev,  R a m i z  Ə n v ə r  o ğ l u (d.1938) – 

Azərbaycanın  görkəmli    siyasi  və  dövlət  xadimi,  fəlsəfə  elmləri 

doktoru,  professor.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

həqiqi üzvü. 1978–80-ci illərdə  Rayon Partiya Komitəsinin Birinci 

katibi,  1980–81-ci  illərdə  Azərbaycan  KP  MK-da  elm  və  təhsil 

şöbəsinin müdiri, 1981–83-cü illərdə Azərbaycan KP MK-da par-

tiya-təşkilat    işi  şöbəsinin    müdiri,  1983–88-ci  illərdə  Azərbaycan 

KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan EA-nın  İctimai-Si-

yasi  Tədqiqatlar  və  İnformasiya  İnstitutunda  şöbə  müdiri,  1994-cü 

ildə  Azərbaycan  Respublikası  Prezidentinin  İcra  Aparatının  şöbə 

müdiri,  1995-ci  ildən  Azərbaycan  Respublikası  Prezidenti  Ad-

ministrasiyasının  rəhbəridir.  1995–2000-ci  illərdə  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  deputatı  olub.  Müasir  siyasi 

problemlərə,  dövlət  quruculuğuna  aid  bir  çox  kitab  və  mono-

qrafiyaların müəllifidir. Azərbaycan Respublikasının «İstiqlal», 

Rusiya  Federasiyasının  «Dostluq»    ordenləri  ilə  təltif 

edilmişdir.  Beynəlxalq  Nyu-York  Akademiyasının  və  Türk 

Dünyası  Araşdırmalar  Uluslararası  Elmlər  Akademiyasının 

üzvüdür.  Azərbaycan  Respublikasının  «İstiqlal»  və  «Şərəf» 

ordenləri ilə təltif edilmişdir. – 32. 



 

 

10. Hacıbala Abutalıbov, H a c ı b a l a  İ b r a h i m  o ğ - l 

u  (d.1944)  –  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  başçısı.  Fizika-




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə