ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə110/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   106   107   108   109   110   111   112   113   ...   123

 

353 


Bu  gün  bu  gözəl  heykəlin  açılmasına,  bu  sevinci  bizə  bəxş 

etdiyinə görə biz cənab Prezidentə minnətdarlığımızı bildiririk. 

Biz  sevinirik.  Sevinirik  ki,  Bülbül  sənəti  vardır  və  yaşayır. 

Bülbülün əvəzolunmaz səsi həmişə yaşayacaqdır. 

Sağ olun, cənab Prezident! Siz ölkədə çox işlər görürsünüz. 

Siz sənət adamlarına böyük diqqət və qayğı göstərirsiniz. 



Azərbaycan  mədəniyyətinin  xarici  ölkələrdə  yüksək  səviy-

yədə  təbliğ  edildiyini  bildirən  Arif  Babayev  bu  yaxınlarda 

Fransada  Azərbaycan  Mədəniyyət  Mərkəzinin  açılmasının 

böyük hadisə olduğunu vurğuladı. 

Bu  yaxınlarda  Fransada  nümayəndə  heyətinin  bir  üzvü  də 

mən idim. Orada böyük bir binanın – Azərbaycan Mədəniyyət 

Mərkəzinin açılması çox böyük bir işdir. 

Bu gün böyük bir tarixi hadisədir ki, Bülbülün heykəli onun 

adını  daşıyan  bu  prospektdə,  gözəl  Bakının  gözəl  bir  yerində 

ucaldılıb. 

S e r g e y  L e y f e r k u s (Rusiyanın Xalq artisti, Vokal-

çıların  Bülbül  adına  VI  Beynəlxalq  müsabiqəsinin  münsiflər 

heyətinin sədri): Möhtərəm cənab Prezident! 

Hörmətli cənab nazir, hörmətli Ada xanım! 

İlk  növbədə  icazə  verin,  gözəl  həmkarımız,  dünya  musiqi 

mədəniyyətinə  və  təkcə  Azərbaycanın  yox,  bir  sıra  ölkələrin 

incəsənət  tarixinə  öz  töhfələrini  vermiş  böyük  musiqiçinin 

abidəsinin  açılışında  iştirak  etmək  şərəfinə  görə  Bülbül 

müsabiqəsinin  beynəlmiləl  münsiflər  heyəti  adından  təşəkkü-

rümü  bildirim.  Bülbülü  təkcə  Azərbaycanda,  təkcə  Rusiyada 

deyil, həm də İtaliyada, Fransada, dünyanın bir sıra ölkələrində 

tanıyırlar. Onu da demək istəyirəm ki, gözəl Bakı şəhərində 20-

dən çox küçəyə görkəmli incəsənət və mədəniyyət xadimlərinin 

adları  verilmişdir.  Təəssüf  ki,  belə  bir  faktla  öyünə  biləcək 

ölkələr və şəhərlər çox deyildir. Azərbaycanda bir sıra istedadlı 

artistlərə,  müğənnilərə,  musiqiçilərə,  bəstəkarlara  abidələr 

ucaldılmışdır.  Bizim  kəşməkəşli  əsrimizdə  bu,  bəlkə  də  çox 

nadir haldır ki, sənət adamlarına belə gözəl abidələr ucaldılır. 




 

354 


Bilirsinizmi,  Siz  bu  abidəni  açanda  mənim  qəlbim  sevinclə 

döyündü.  Ona  görə  ki,  bu  gün  Yer  kürəsinin  çox  guşələrində 

müşahidə  edilən  adilik  fonunda  bu  abidə,  mənim  fikrimcə, 

böyük  mədəni  dəyərə  malik  olan  ən  mühüm  sənət 

nümunələrindən biri olacaqdır. 

Sergey  Leyferkus  Bülbülün  abidəsinin  yüksək  sənət  əsəri 

olduğunu  qeyd  edərək,  bu  abidənin  Bülbül  ruhunu  dolğun  əks 

etdirdiyini və yaşatdığını vurğuladı. 

Mən  bu  mərasimə  gələndə  xəyalımda  belə  bir  səhnə  can-

lanmışdı.  Mən  bu  barədə  Ada  xanıma  da  danışdım.  Həmin 

səhnə  belə  idi:  Bülbül  prospektində  balaca  qız  nəvəsi  ilə  bir 

baba gəzir. Qız babasından soruşur: 

– Baba, bu abidənin üzərində nə yazılıb? 

Baba cavab verir: 

– «Bülbül» yazılmışdır. 

– Axı burada adam dayanır, nə üçün «bülbül» yazılıb? 

Baba cavab verir: 

–  Ona  görə  ki,  bu  adam  bülbül  kimi  oxuyurdu.  Hətta 

bülbüldən də yaxşı oxuyurdu. 



R  o  b  e  r  t    K  ö  r  n  e  r  (Fransanın  Lion  Opera  Teatrının 

ifaçılıq direktoru): Hörmətli cənab Prezident! 

Hörmətli Ada xanım, Çingiz və Polad! 

Bu  gün  dahi  Bülbülün  abidəsinin  açılışında  iştirak  etmək 

mənim üçün böyük şərəfdir. 

Bu  abidə  Azərbaycan  xalqının  Bülbülə  əllə  ucaltdığı 

abidədir.  Lakin  əllə  ucaldılmayan  abidə  də  vardır.  Bu  artıq  15 

ildir  Bülbülün  adını  daşıyan  müsabiqədir.  Bu  müsabiqə 

sayəsində  Bülbülü  Yer  kürəsinin  bütün  guşələrində  tanıyırlar. 

Bu  il  müsabiqədə  iştirak  etmək  üçün  Amerikadan  tutmuş 

Yaponiyayadək 300-dən çox adam arzusunu bildirmişdir. 

Mən  bu  müsabiqənin  münsiflər  heyətinin işində ikinci  dəfə 

iştirak  etmək  kimi  böyük  şərəfə  layiq  görülmüşəm.  Mən  bu 

təklifi  məmnuniyyətlə  qəbul  etdim,  çünki  Bakı  şəhərinin 

gözəlliyi  və  bakılıların  qeyri-adi  qonaqpərvərliyi  məni  heyran 




 

355 


qoymuşdur.  Yəqin  ki,  Bülbülün  özü  də  xasiyyətcə  və 

mənəviyyatca belə gözəl insan olmuşdur. 



Robert  Körner  Azərbaycanda  gənc  istedadlı  ifaçılarla  gö-

rüşündən məmnunluğunu ifadə etdi, onların Avropada və dün-

yada  Azərbaycan  mədəniyyətini  yüksək  səviyyədə  təbliğ  et-

diklərini vurğuladı. 

Mən burada hazırda əməkdaşlıq etdiyim bir çox azərbaycanlı 

gənc  müğənni  –  Bülbül  adına  müsabiqənin laureatları  ilə  tanış 

oldum.  Onlar  öz  ölkəsini  Avropada  və  digər  qitələrdə 

şöhrətləndirirlər. 

P o l a d  B ü l b ü l o ğ l u (Azərbaycan Respublikasının  

Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri):    

Hörmətli cənab Prezident! 

Hörmətli, xanımlar, cənablar! 

Hörmətli qonaqlar və əziz dostlar! 

Təbii  ki,  mən  çox  həyəcanlıyam.  İnanın,  mən  dünyada 

yüksək kürsülərdən çıxış etmişəm, təcrübəli adamam, amma bu 

gün o qədər həyəcanlıyam ki, söz tapa bilmirəm öz duyğularımı 

ifadə edim. Hörmətli Prezidentimiz burada çox gözəl çıxış etdi. 

Bu  məzmunlu  çıxışda  təkcə  Bülbülə  deyil,  Azərbaycan 

mədəniyyətinə,  Azərbaycan  sənətinə,  Azərbaycan  xalqının 

nümayəndələrinə  çox  böyük  hörmət  vardır.  Azərbaycanda  çox 

gözəl  bir  məsəl  vardır.  Deyirlər:  «ot  kökü  üstündə  bitər». 

Sənətkara, sənətə, musiqiyə, incəsənətə hörmətin əsasını bizim 

unudulmaz liderimiz möhtərəm Heydər Əliyev qoyub. Bu ənənə 

məhz  Heydər  Əliyev  tərəfindən  hələ  sovetlər  vaxtından 

başlamışdır. 

Burada  toplaşanların  hamısı  bilir  ki,  sovet  vaxtında  hər  bir 

addımı gərək Moskva ilə razılaşdıraydın. Amma Heydər Əliyev 

heç kəsdən soruşmamış bizim böyük şəxsiyyətlərə ev-muzeyləri 

yaratdı.  O  vaxt  sovetlərdə  bu,  görünməyən  bir  iş  idi.  Birinci 

muzey  Üzeyir  bəyin  muzeyi  idi.  Sonra  böyük  şairimiz  Səməd 

Vurğunun  muzeyi  açıldı.  Daha  sonra  böyük  dramaturqumuz 

Cəfər  Cabbarlının  muzeyi  yaradıldı.  Bunun  ardınca  Bülbülün 

muzeyi  açıldı.  Mən  Bülbülün  oğlu  kimi,  atamın  ev-muzeyinin 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə