ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə109/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   105   106   107   108   109   110   111   112   ...   123

 

350 


edilmişdir. O ildən başlayaraq bu günə qədər beynəlxalq Bülbül 

müsabiqəsi  keçirilir  və  müsabiqənin  iştirakçıları  bu  gün  bizim 

qonaqlarımızdır. 

2007-ci  ildə  artıq  mənim  sərəncamımla  Bülbülün  110  illik 

yubileyi  münasibətilə  dövlət  tədbirlər  planı  hazırlanmış  və 

həyata  keçirilmişdir.  Bu  il  Bülbülün  115  illik  yubileyi  qeyd 

olunur. Bu gün isə onun abidəsi şəhərimizin mərkəzində, onun 

yaşadığı  evin  yaxınlığında  ucaldılıb.  Bu,  əlbəttə,  Azərbaycan 

xalqının  və  dövlətinin  onun  xatirəsinə  olan  münasibətidir,  eyni 

zamanda, 

bu, 

Azərbaycan 



mədəniyyətinə, 

görkəmli 

şəxsiyyətlərin xatirəsinə olan böyük ehtiramın əlamətidir. 

Bülbül  ölkəmizin  gözəl  diyarında  –  Qarabağda  dünyaya 

gəlmişdir, Şuşada doğulmuşdur. Qarabağın gözəl təbiəti, havası, 

bulaqları,  gözəl  mənzərələri  ona  güc,  ilham  verirdi.  Onun 

təkrarolunmaz  səsi  məhz  Qarabağ  diyarının  sərvətlərindən, 

nemətlərindən qaynaqlanırdı. 

Onun  doğulduğu  Şuşa  şəhəri  20  ildən  artıqdır  ki,  erməni 

işğalı  altındadır.  Ermənilər  tərəfindən  azərbaycanlılara  qarşı 

etnik  təmizləmə  siyasəti  törədilmişdir.  Bu  etnik  təmizləmə 

siyasəti  nəticəsində  1  milyondan  artıq  azərbaycanlı  öz  doğma 

torpağında  qaçqın,  köçkün  vəziyyətinə  düşmüşdür.  Bizə  qarşı 

soyqırımı  törədilmişdir.  Xocalı  soyqırımı  ki,  artıq  dünyanın  3 

ölkəsi  bunu  soyqırımı  kimi  rəsmən  tanımışdır  və  bu  proses 

davam etdirilir. 

Bizə qarşı mədəni soyqırımı törədilmişdir. Bizim dini, tarixi, 

mədəni  abidələrimiz  dağıdılmışdır.  Onların  içində  Bülbülün, 

Xurşidbanu  Natəvanın,  Üzeyir  Hacıbəylinin  Şuşadakı  büstləri 

erməni güllələri ilə deşik-deşik edilmişdir.          O  büstlər bu 

gün  İncəsənət  Muzeyində  saxlanılır.  Güllələnmiş  bu  büstlər 

erməni  vandalizminin  şahidləridir.  Bülbülün  Şuşadakı  evi 

yarıdağılmış vəziyyətdədir. 

Bu,  böyük  faciədir,  böyük  dərddir.  Ancaq  mən  əminəm  ki, 

Azərbaycan  öz  ərazi  bütövlüyünü,  öz  suverenliyini  bərpa 

edəcəkdir.  Bunu  deməyə  əsas  verən  müxtəlif  amillər  vardır. 

İldən-ilə  artan  gücümüz,  qüdrətimiz,  beynəlxalq  müstəvidə 



 

351 


artan təsir imkanlarımız, beynəlxalq aləmin Azərbaycanın haqq 

işinə  dəstək  olması,  beynəlxalq  hüquq  normalarının 

Azərbaycanın mövqeyini dəstəkləməsi və əlbəttə, bizim iqtisadi 

qüdrətimiz qələbə gününü yaxınlaşdırır. Mən əminəm ki, yaxın 

zamanlarda biz qələbə gününü qeyd edəcəyik. 

Əlbəttə, bütün dünya ictimaiyyəti çalışır ki, məsələ sülh yolu 

ilə  həll  olunsun.  Biz  də  bunun  tərəfdarıyıq.  Ancaq  eyni 

zamanda,  biz  istənilən  varianta  da  hazırıq.  Heç  vaxt  imkan 

vermərik ki, qədim Azərbaycan torpağında ikinci erməni dövləti 

yaradılsın  və  mütləq  ərazi  bütövlüyümüzü  bərpa  edəcəyik. 

Ondan  sonra  Bülbülün,  Natəvanın,  Üzeyir  Hacıbəylinin 

abidələri  yenə  də  Şuşada  qoyulacaqdır.  Əminəm  ki,  biz  o 

abidələrin  açılışında  iştirak  edəcəyik  və  Xankəndidə,  Şuşada 

Azərbaycanın milli bayrağı qaldırılacaqdır. 

Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha 

ürəkdən  təbrik  edirəm.  Bülbülün  ailəsini,  onun  yaxınlarını, 

bütün musiqi ictimaiyyətini bu gözəl hadisə münasibətilə təbrik 

edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.  



F ə r h a d   B ə d ə l b ə y l i (Bakı Musiqi Akademiyasının 

rektoru,  Xalq  artisti):  Bülbül  həqiqətən,  Azərbaycan  üçün  çox 

əziz  bir  insan  idi.  Bu  küçələrdə  gəzərkən  ona  hamı  ehtiramla 

«Salam,  professor»  –  deyirdi.  Onu  hamı  –  taksi  sürücüsü  də, 

akademik də, kolxozçu da çox sevirdi. Onu bütün millət sevirdi. 

Burada  Ada  xanım  əyləşib,  mən  onun  qonaqpərvərliyi 

haqqında  danışmaq  istərdim.  Bülbülün  evi  bu  yaxındadır. 

Həmişə  Ada  xanım  gözəl  süfrə  açırdı.  Böyük  ifaçılar  Bakıya 

gələrkən hər bir konsertdən, hər bir tamaşadan sonra Bülbülün 

evi  bir  kluba  çevrilirdi.  Mən  də,  Polad  da  o  vaxt  10  yaşında 

uşaq idik. Xoşbəxt idik ki, bu ev bizim üçün ikinci universitet, 

ikinci konservatoriya idi. Çünki orada dahi insanlar toplaşırdı. 

Bülbül  bizim  Bakı  Musiqi  Akademiyamız  üçün  –  onda 

Konservatoriya  idi  –  çox  önəmli  bir  insan  idi.  Siz  tamamilə 

doğru  dediniz,  o  həm  də  böyük  alim  idi.  Onun  kabineti  xalq 

musiqisi  kabineti  idi.  Fikrət  Əmirov  ilə  bu  kabinetdə  muğam 

üzərində  işləyirdilər.  Ona  görə  Fikrət  Əmirov  simfonik 




 

352 


muğamları  yazdı.  Bu  cür  çox  misal  çəkmək  olar.  Əlbəttə, 

Koroğlu obrazı həmişə yaşayacaqdır. 



Fərhad Bədəlbəyli Bülbülün İtaliyada təhsil almasının onun 

yaradıcılığında  böyük  rol  oynadığını  qeyd  edərək,  görkəmli 

ifaçının milli və Avropa musiqi dəyərlərini özündə ehtiva etdi-

yini  xüsusi  vurğuladı.  Bakı  Musiqi  Akademiyasının  rektoru 

Azərbaycan  musiqi  sənətinin  inkişafına  verdiyi  böyük  dəstəyə 

görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 

Sizə  dərin  minnətdarlığımı  bildirmək  istərdim.  Çünki  il 

ərzində  Bakıda  musiqi  sənəti  ilə  bağlı  çox  hadisələr  olub. 

Bülbülün adını daşıyan müsabiqə, Qəbələ, Şəki festivalları, caz, 

muğam  festivalları,  Rostropoviç  adına  festival.  Bizim 

qonaqlarımız  deyir  ki,  biz  2  il  bundan  əvvəl  Bakıda  olmuşuq, 

indi Bakını tanımadıq. Bakı belə inkişaf edib. 

Buna  görə  Sizə  dərin  minnətdarlığımı  bildirmək  istərdim, 

cənab  Prezident.  Sizinlə  bir  yerdə,  inşallah,  Şuşada  muzeyin 

açılışında iştirak edəcəyik. 



A r i f   B a b a y e v (Xalq artisti): Hörmətli Bülbül səsini 

sevənlər!  Bu  gün  doğrudan  da  böyük  bir  bayramdır.  Azər-

baycanın böyük xanəndəsinin, vokalistinin heykəlinin açılışıdır. 

Bizim 


hamımızın,  bütün  Azərbaycan  xalqının  böyük 

bayramıdır.  Bülbül  hamı  tərəfindən  –  nəinki  Azərbaycanda, 

xarici  ölkələrdə  də  sevilən  sənətkar  idi.  Mən  xarici  ölkələrdə 

olanda  da  görmüşəm  ki,  onun  lent  yazılarını  necə  əzizləyirlər, 

necə qoruyurlar. 

Bülbülün  səsi  əvəzolunmaz  səsdir.  Biz  onun  sənətini,  oxu-

mağını  tələbələrimizə  aşılayırıq.  Tələbələrimizə  deyirik  ki, 

böyük Bülbülü dinləyin, onun oxu tərzini öyrənin. Onun hər bir 

ifası,  hər  bir  xalq  mahnısı  böyük  bir  əsərdir.  Sevinirik,  çox 

sevinirik  ki,  biz  Bülbül  səsindən  istifadə  edirik.  Burada  doğru 

qeyd etdilər, Bülbül həm vokalist, həm xanəndə idi,    o kişidə 

hər şey var idi. Allah-Taala ona əvəzolunmaz səs bəxş etmişdi. 



Bu  mərasimin  Bülbül  sənətinin  yaşadılmasına  töhfə  oldu-

ğunu  deyən  Arif  Babayev  böyük  sənətkarın  abidəsinin  ucal-

dılmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə