ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


RUMINİYANIN KEÇMİŞ BAŞ NAZİRİ, MƏRKƏZ-



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə108/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   104   105   106   107   108   109   110   111   ...   123

 

346 


 

RUMINİYANIN KEÇMİŞ BAŞ NAZİRİ, MƏRKƏZ-

SAĞ VƏTƏNDAŞ TƏŞƏBBÜSÜNÜN TƏSİSÇİSİ 

VƏ RƏHBƏRİ MİHAY RAZVAN UNQUREANU 

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

29 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  29-da  Rumıniyanın  keçmiş  Baş  naziri,  Mərkəz-Sağ 

Vətəndaş  Təşəbbüsünün  təsisçisi  və  rəhbəri  Mihay  Razvan 

Unqureanunu qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  –  Rumıniya  əlaqələrinin  uğurlu  inki-

şafından məmnunluq ifadə edildi, ölkələrimiz arasında bir neçə 

il bundan əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin 

önəmi qeyd olundu. 

Regional  əməkdaşlığın  genişləndirilməsində  Azərbaycan–

Rumıniya  ikitərəfli  əlaqələrinin  rolunun  xüsusi  vurğulandığı 

görüşdə  münasibətlərimizin  daha  da  möhkəmləndirilməsi üçün 

böyük imkanların olduğu bildirildi. 

 

 

 



 

 

 

 

 

 

 

 

 



 


 

347 


 

 

BELARUS RESPUBLİKASI BAŞ NAZİRİNİN 

BİRİNCİ MÜAVİNİ VLADİMİR SEMAŞKONUN  

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ  

HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

30 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  30-da  Belarus  Respublikası  Baş  nazirinin  birinci 

müavini  Vladimir  Semaşkonun  başçılıq  etdiyi  nümayəndə 

heyətini qəbul etmişdir. 

Belarusun  Baş  nazirinin  birinci  müavini  Vladimir  Semaşko 

Azərbaycana  sonuncu  dəfə  2008-ci  ildə  səfər  etdiyini  və  ötən 

dövr  ərzində  ölkəmizdə  çox  böyük  inkişaf  proseslərinin  şahidi 

olduğunu dedi. 

Görüşdə  Azərbaycan  ilə  Belarus  arasında  ikitərəfli  müna-

sibətlərin  müxtəlif  istiqamətlərdə,  o  cümlədən  iqtisadi  sahədə 

uğurlu inkişafından məmnunluq ifadə olundu, Gəncə Avtomobil 

zavodunda 

həyata  keçirilən  Azərbaycan–Belarus  birgə 

layihəsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişlən-

dirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. 

 

 



 


 

348 


 

BAKIDA GÖRKƏMLİ OPERA MÜĞƏNNİSİ 

BÜLBÜLÜN ABİDƏSİNİN AÇILIŞI MƏRASİMİ 

 

Bülbül prospekti  

 

31 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  31-də  Bakıda  Bülbül  prospektində  görkəmli  opera 

müğənnisi,  SSRİ  Xalq  artisti  Bülbülün  xatirəsinə  ucaldılmış 

abidənin açılışında iştirak etmişdir. 

Azərbaycan  musiqi  ictimaiyyətinin  tanınmış  nümayəndələri, 

xaricdən  gəlmiş  qonaqlar  və  müğənninin  ailə  üzvləri 

dövlətimizin başçısını hərarətlə qarşıladılar. 

Prezident  İlham  Əliyev  abidənin  üzərindəki  örtüyü  götürdü 

və abidənin önünə gül dəstəsi qoydu. 

Dövlətimizin başçısı mərasimdə  çıxış etdi: 

 

– Hörmətli xanımlar və cənablar! 

Əziz dostlar, hörmətli qonaqlar! 

Bu  gün  ölkəmizin  həyatında  çox  əlamətdar  bir  gündür. 

Bu  gün  biz  Azərbaycan  xalqının  böyük  oğlu  Bülbülün  abi-

dəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi 

ürəkdən təbrik edirəm. 

Azərbaycan  dövləti  və  Azərbaycan  xalqı  görkəmli  şəxsiy-

yətlərinin  xatirəsinə  həmişə  böyük  hörmətlə  yanaşmışdır. 

Görkəmli  şəxsiyyətlərin  xatirəsinə  ucaldılmış  abidələr  bunun 

bariz nümunəsidir. 

Bülbül böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan profes-

sional  vokal  sənətinin  banisi  idi.  Onun  ifasında  səslənən  xalq 

mahnıları,  muğam,  klassik  opera  partiyaları  Azərbaycan 

musiqisinin  Qızıl  Fondunu  təşkil  edir.  50  ildən  çoxdur  ki, 

Bülbül aramızda deyildir. Ancaq xalqımızın qəlbində ona olan 

sevgi  bu  gün  də  yaşayır.  Bu  sevgi,  onun  istedadına  olan 




 

349 


məhəbbət  onun  nə  qədər  böyük  sənətkar  olduğunu  bir  daha 

əyani şəkildə göstərir. 

Bülbül  əsl  milli  müğənni,  milli  xanəndə,  milli  sənətkar  idi. 

Onda  vətənpərvərlik  ruhu  çox  yüksək  səviyyədə  idi.  Bülbül 

eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün 

də  yaşayır  və  bir  çoxları  üçün  Koroğlu  obrazı  məhz  Bülbülün 

obrazı ilə eyniləşdirilir. Gənc nəsil, orta nəsil və yaşlı nəsil təbii 

ki,  Koroğlu  haqqında  düşünəndə  mütləq  Bülbülün  obrazı  yada 

düşür.  Koroğlu  partiyasının  ifası,  demək  olar  ki,  onun  opera 

ifaçısı kimi fəaliyyətinin zirvəsi idi. 

Əlbəttə,  Bülbülün  yaradıcılığı  haqqında  bir  vətəndaş, 

Azərbaycan xalq musiqisinə bağlı olan bir insan kimi, mən öz 

fikirlərimi  bu  gün  bölüşmək  istəyirəm.  Doğrudan  da  onun 

təkrarolunmaz  səsinin  məlahəti  unudulmazdır.  Onun  ifasında 

səslənən mahnılar ölməz mahnılardır. Artıq 50 il keçdi, bundan 

sonra  da  50  il,  100  il  keçəcək  və  Bülbülün  sənəti,  onun 

təkrarolunmaz 

səsi 


yaşayacaq 

və 


bizim 

hamımızı 

sevindirəcəkdir. 

Bülbül eyni zamanda, böyük ictimai xadim, əsl Azərbaycan 

ziyalısı,  öz  xalqına,  öz  milli  köklərinə  bağlı  və  həmçinin 

dünyaya açıq insan idi. O, Azərbaycanın musiqi sənətini sovet 

məkanında  və  dünyada  təbliğ  edirdi.  O  illərdə  xalqımızı 

dünyaya  tanıtdırmaq  üçün  incəsənət,  musiqi,  ifaçılıq  sənəti, 

ədəbiyyat  yeganə  bir  vasitə  idi.  Çünki  Azərbaycan  müstəqil 

deyildi  və  Azərbaycan  xalqı,  Azərbaycan  diyarı  haqqında 

dünyada  və  sovet  məkanında  təsəvvürü  məhz  bizim  görkəmli 

incəsənət xadimləri yaratmışlar. Bülbülün bu istiqamətdəki rolu 

çox böyük idi. 

Bülbülün adı hamımız üçün əzizdir. Onun adı Azərbaycanda 

əbədiləşdirilib.  Bu  prospekt  onun  adını  daşıyır.  1982-ci  ildə 

Şuşada  və  1983-cü  ildə  Bakıda  Bülbülün  ev-muzeyləri 

yaradılmışdır. Onun adını daşıyan musiqi məktəbi uzun illərdir 

ki,  fəaliyyət  göstərir.  1997-ci  ildə  ulu  öndər  Heydər  Əliyevin 

sərəncamı ilə Bülbülün 100 illik yubileyini dövlət səviyyəsində 

qeyd  etmək  üçün  xüsusi  tədbirlər  planı  hazırlanmış  və  icra 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə