ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə111/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   107   108   109   110   111   112   113   114   ...   123

 

356 


və  digər  muzeylərin  məhz  ulu  öndərin  böyük  diqqəti,  qayğısı, 

onun bilavasitə nəzarəti və tapşırığı ilə açıldığını yaxşı bilirəm. 

O  vaxtı  bizə  Ukraynadan,  Moskvadan  məktublar  gəlirdi. 

Soruşurdular  ki,  bir  ifaçının,  müğənninin  ev-muzeyi  necə 

açılıb?!  Bu,  ümumiyyətlə, Sovet  İttifaqında  muzey  işində  yeni 

bir istiqamət idi. 

Burada  hörmətli  Prezidentimiz  dedi  ki,  Bülbülün  100  illi-

yində  böyük  öndərimiz  xüsusi bir  sərəncam  imzaladı  və  o  Sə-

rəncamla  bu  müsabiqənin  əsası  qoyuldu.  1997-cı  ildən  –  artıq 

15  ildir  ki,  bu  beynəlxalq  müsabiqə  keçirilir.  Artıq  altıncı 

dəfədir ki, bu beynəlxalq müsabiqə təşkil olunur. Burada deyildi 

ki,  bu  dəfə  müsabiqədə  Amerikadan  tutmuş  Yaponiyaya  qədər 

iştirak  etmək  istəyənlər  vardır.  Bu  müsabiqədə  beynəlxalq 

münsiflər heyəti fəaliyyət göstərir. 

Mən bir xırda məsələni də deyim, bəlkə bunu deməməliyəm. 

Amma  bir  insan  kimi  deyəcəyəm.  Dünən  cənab  Prezident 

xüsusi  tapşırıq  verib  ki,  Poladın  anası  yaşlı  qadındır  və  orada 

mütləq yaşlı insanlar olacaq, stullar qoyun ki, onlar əyləşsinlər. 

Çox  sağ  olun,  cənab  Prezident!  Mən  Sizə  90  yaşında  anamın, 

bütün  musiqiçilərin  adından  minnətdarlığımı  bildirirəm.  Siz 

burada  Qarabağ  haqqında  danışdınız.  Qarabağlıların  adından  – 

icra  başçısı  da,  Şuşanın  ziyalıları  da  buradadır  –  Sizə  dərin 

təşəkkürümüzü  bildiririk.  Ona  görə  ki,  bu,  ancaq  Bülbülün 

deyil, bu, bir Qarabağ oğlunun, Qarabağ musiqiçisinin, Qarabağ 

səsinin  abidəsidir.  Bu  gün  bizim  xalqımız  üçün  bu    çox  

vacibdir, çox önəmlidir. 

Bir sirri də açım ki, bu yeri məhz cənab Prezident özü seçib. 

Deyib ki, burada yaxşı olar! Doğrudan da bura Bülbülün abidəsi 

üçün çox münasib yerdir. Üzbəüzdə Opera Teatrıdır. Bülbül 40 

ildən  çox  Opera  Teatrına  gedib-gəlib.  Qarşımızda  Gənclər 

Teatrıdır.  Yaxınlıqdakı  bu  evdə  böyük  bəstəkarımız  Qara 

Qarayev, böyük dirijorumuz Niyazi yaşayıb. Bizim evdə böyük 

simalar  –  Məmməd  Səid  Ordubadi,  Süleyman  Rüstəm,  Mirzə 

İbrahimov,  Qəmər  Almaszadə,  daha  kimlər,  kimlər  yaşayıb. 

Şəhərin  bu  yerində  belə  bir  mühit  var  idi.  Bu  gün  Fərhad  çox 



 

357 


gözəl dedi. Onlar bu küçələrdə gəziblər. Qonşumuz olan Niyazi 

bizə gələrdi, atam onlara gedərdi. Bilirsiniz, o vaxt indiki kimi 

mobil  telefon  yox  idi.  Kim-kimi  tapmaq  istəyirdisə,  axşamlar 

bu küçəyə çıxardı. Bu küçədə kimi istəsən tapmaq mümkün idi. 

Doğrudan  da  bu,  sanki  həmin  tarixin  qorunub  saxlanmasıdır. 

Mən  belə  hesab  edirəm.  Əgər  doğrudan  da  bunların  hamısı 

varsa, bu gün Bülbülün, Üzeyir bəyin, bu böyük insanların ruhu 

şad olmalıdır. Ona görə ki, bu gün bizim Prezidentimiz onlara 

böyük  hörmət,  böyük  ehtiram  bəsləyir.  Bu  adların  yaşaması, 

tarixdə  qalması  üçün  çox  işlər  görür.  Mən  onu  da  demək 

istəyirəm ki, cənab Prezident, bu gün bu mərasimdə iştirak edən 

qonaqlarımız Bakıya valeh olublar. 



Polad  Bülbüloğlu  Şuşada  gülləbaran  edilmiş  abidələrin 

vaxtilə  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  bilavasitə 

göstərişi  və  köməyi  ilə  Bakıya  gətirildiyini  vurğuladı,  bu  abi-

dələrin yenidən Şuşaya qayıdacağına inamını ifadə etdi. 

 

* * * 

 

Sonra  prezident  İlham  Əliyev  Bülbülün  ailə  üzvləri  və 



mərasimdə  iştirak  edən  qonaqlarla,  mədəniyyət  və  incəsənət 

xadimləri ilə söhbət etdi və onlarla xatirə şəkli çəkdirdi. 

 

* * * 

 

Qeyd edək ki, qeyri-adi dərəcədə məlahətli səsinə görə xalq 



tərəfindən  Bülbül  adı  verilən  görkəmli  Azərbaycan  musiqi-

çisinin  abidəsinin  müəllifi  heykəltəraş  Akif  Əsgərovdur.  Tunc-

dan  hazırlanan  abidənin  Bakının  mərkəzində,  Bülbülün  yaşa-

dığı  evin  yaxınlığında  ucaldılması  xalqımızın  milli-mənəvi 

dəyərlərinin  qorunması  istiqamətində  atılan  mühüm  addım-

lardan biridir. 

 

 

 


 

358 


 

QEYDLƏR 

 

1.  Fransa,  F  r  a  n  s  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Qərbi 

Avropada  dövlət.  Sahəsi  674,6  min  km

2

,  əhalisi  67  milyon 



nəfərdir. İnzibati cəhətdən 101 departamentə bölünür. Qanun-

verici    orqanı  iki  palatadan  (Milli  Məclis  və  Senat)  ibarət 

parlamentdir.  İcra  hakimiyyəti  prezident  və  Nazirlər  Şurasına 

məxsusdur. Paytaxtı Paris şəhəridir. – 5–26, 62, 97, 255, 353, 

354. 

 

2. Luvr Muzeyi – Parisdə memarlıq abidəsi. Adı vaxtilə bu-

rada  Fransa  krallarının  ovçu  qəsrinin  yerləşdiyi  «Canavar» 

meşəsinin  adından  götürülmüşdür.  Əvvəllər  kral  sarayı  olmuş, 

sonradan  dünyanın  ən  böyük  bədii  muzeylərindən  birinə 

çevrilmişdir.  1791-ci  ildə  inqilabi  Konventin  dekreti  ilə  Luvr 

milli bədii muzeyə çevrilmiş və 1793-cü ildə kütləvi baxış üçün 

açılmışdır.  Ekspozisiyasının  əsasını  keçmiş  kral  kolleksiyası, 

həmçinin  bir  sıra  monastır,  kilsə  və  kübar  ailələrin 

milliləşdirilmiş  kolleksiyaları  təşkil  etmişdir.  Kolleksiyası 

Napoleon 

yürüşlərinin  qənimətləri,  müxtəlif  ölkələrdən 

satınalınma,  eləcə  də  hədiyyələr  hesabına  daim  artmışdır. 

Luvrda  20  mindən  artıq  boyakarlıq  və  heykəltəraşlıq  əsəri  var. 

Muzey 6 şöbədən ibarətdir: Qədim  Şərq, Qədim Misir, Qədim 

Yunanıstan    və  Qədim  Roma,  heykəltəraşlıq,  boyakarlıq  və 

rəsm,  dekorativ-tətbiqi  sənət.  Qədim  Şərq  şöbəsində  nadir 

incəsənət  nümunələri,  o  cümlədən  Azərbaycanın  zərgərlik 

(Ziviyədən  tapılmış  qızıl  əşyalar,  e.ə.  VIII  əsr)  və  metal  

məmulatları  (bürünc  dolça,  1190,  müəllifi  Osman  ibn  Salman 

Naxçıvani)  saxlanılır.  Luvrda  Fransa  incəsənəti  daha  geniş 

təmsil  olunub.  Burada  dünya  şöhrəti  qazanmış  bir  sıra  əsər 

(«Samofrakiyalı  Nika»,  e.ə.  II  əsrin  sonu;  «Miloslu  Afrodita», 

e.ə. II əsr; Mikelancelo, Leonardo da Vinçi, Rafael, Rembrandt 

və b.-nın tabloları) mühafizə edilir. – 6. 



 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə