ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə113/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   109   110   111   112   113   114   115   116   ...   123

 

362 


riyaziyyat elmləri doktoru. Azərbaycan Respublikasının «Şərəf» 

ordeni ilə təltif edilmişdir. – 32. 



 

11.  Amerika  Birləşmiş  Ştatları  (ABŞ)  –  Şimali  Amerikada 

dövlət.  Şimaldan  Kanada,  cənubdan  Meksika,  şərqdən  Atlantik 

okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Sahəsi 9,5 milyon km

2



əhalisi  325,8  milyon  nəfərdir.  İnzibati  cəhətdən  50  ştat  və 

Kolumbiya  federal  paytaxt  dairəsinə  bölünür.  Ali  qanunvericilik 

orqanı ikipalatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresi-

dir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 34, 

62, 79, 252, 255, 293, 354. 

 

12. Heydər Əliyev,  H e y d ə r   Ə l i r z a  o ğ l u (1923–

2003)  –    Müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu, 

xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan 

Respublikasının  Prezidenti  (1993–2003),  2  dəfə  Sosialist  Əməyi 

Qəhrəmanı. 

1964-cü ildə Azərbaycan  SSR Nazirlər Soveti  yanında  Dövlət 

Təhlükəsizlik  Komitəsi  sədrinin  müavini,  1967-ci  ildə  isə  sədri 

vəzifəsinə irəli çəkilmişdir. 

Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  iyul 

(1969)  plenumunda  Heydər  Əliyev  MK-nın  Büro  üzvü,  Azər-

baycan KP MK-nın Birinci katibi seçilmişdir.  

H.Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  ilk    illərdən  əhatəli 

iqtisadi  konsepsiya  hazırlanmış,  yeni  istehsal  sahələri  yaradılmış, 

Azərbaycanın  iqtisadi  potensialı  güclənmişdir.  H.Əliyevin 

respublikaya  bilavasitə  rəhbərlik  etdiyi  dövrdə  (1969–82-ci  illər) 

idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək 

və  ictimai-siyasi  fəallığın  artırılması,  kənd  təsərrüfatının 

inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məf-

kurəsinin,  milli  ruhun,  milli  özünüdərkin  yüksəlişi,  müstəqil 

dövlətçilik  ideyalarının  güclənməsi  və  reallaşması  üçün  dəyərli 

işlər görülmüşdür. 

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mər-

kəzi Komitəsinin  üzvü, 1976-cı ilin martında Sov.İKP MK Siyasi 




 

363 


Bürosu  üzvlüyünə  namizəd,  1982-ci  ilin  noyabrında  isə  Siyasi 

Büro  üzvü  seçilmiş  və  eyni  zamanda,  SSRİ  Nazirlər  Soveti 

sədrinin Birinci  müavini təyin edilmişdir. 

H.Əliyev  Moskvada  işlədiyi  dövrdə  də  həmişə  Azərbaycanı 

düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada 

tanıdılması üçün əlindən gələni etmişdir. 

H.Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda 

törətdiyi  qanlı  faciəni  qətiyyətlə  pisləmiş  və  Azərbaycanın 

Moskvadakı  nümayəndəliyində  kəskin  bəyanatla  çıxış 

etmişdir. 

H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış,  əvvəlcə 

Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamışdır.  O,  1991–93-cü  illərdə 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan 

Respublikası Ali Sovetinin Sədr müavini olmuş, Ali Sovetin sessi-

yalarında  fəal  iştirak  etmiş,  Azərbaycanda  mövcud  ictimai-siyasi  

vəziyyəti  həmişə  obyektiv  təhlil  etmiş,  mühüm  prinsipial  fikirlər 

söyləmiş,  Dağlıq  Qarabağ  münaqişəsinin  səbəblərini  aşkara 

çıxarmış  və  təqsirkarların  dəqiq  ünvanını  göstərmişdir.  1993-cü 

ilin  may–iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin, 

başıpozuqluğun  kulminasiya  nöqtəsinə  çatması  ilə  ölkədə 

vətəndaş  müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi 

yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətiril-

məsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı döv-

lət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. 

H.Əliyev  iyunun  15-də  Azərbaycan  Ali  Sovetinin  Sədri 

seçildi,  iyulun  24-də  Milli  Məclisin  qərarı  ilə  Azərbaycan 

Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə 

başladı.  

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində 

H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əli-

yevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, 

sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəl-

xalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu 

prosesi  başlandı.  Dövlətimizin  xarici  siyasəti,  eləcə  də 

dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əla-



 

364 


qələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. 

Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  ilk  mərhələ  kimi, 

cəbhə  xəttində  atəşkəs  elan  edilməsinə  nail  olundu. 

H.Əliyevin  fəal  diplomatiyası  nəticəsində  ATƏT-in  Lissa-

bon sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 

53-ü  (Ermənistandan  başqa)  Dağlıq  Qarabağ  probleminin 

həllində  Azərbaycanın  mənafeyinə  uyğun    prinsipləri  açıq 

şəkildə müdafiə etdi. 

1994-cü  ilin  sentyabrında  Bakıda  dünyanın  aparıcı  neft    şir-

kətləri  ilə  «Əsrin  müqaviləsi»  adı  almış  mühüm    müqavilələr  

bağlandı. 

 1999-cu  ilin  aprelində  GUÖAM  birliyinin  geniş  bir  məkanda 

yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur. 

H.Əliyevin  «İnsan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 

haqqında»  fərmanı  Azərbaycanın  dünyaya  və  Avropaya  in-

teqrasiyası  prosesinin  sürətləndirilməsinə  geniş  imkanlar  yaratdı. 

Məhz  bunun  nəticəsində  Azərbaycan  1996-cı  ilin  iyunundan 

Avropa  Şurasına    «Xüsusi  qonaq»  statusu  almış,  2001-ci  il  yan-

varın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur. 

H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın  yüksək siyasi fəal-

lığı  şəraitində  keçirilən  seçkilərdə  yekdilliklə  yenidən  prezident 

seçildi. 

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Bey-

nəlxalq Atatürk  Sülh Mükafatına, müxtəlif ölkə universitetlə-

rinin Fəxri doktoru adına və digər yüksək nüfuzlu Fəxri adlara 

layiq görülmüşdür. – 37, 42, 63, 64, 65, 67, 137–138, 140, 166, 

171, 173, 185, 187, 188, 195, 246, 249, 250, 291, 292, 297, 298, 

299, 309, 325, 329, 330, 349, 355, 357. 



 

13. Elmar Məmmədyarov, E l m a r  M ə h ə r r ə m   o ğ- 

l  u  (d.1960)  –  tarix  elmləri  namizədi,  diplomat.  1995–98-ci 

illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşki-

latlar  İdarəsinin  başçısı,  1998–2003-cü  illərdə  ABŞ-da  Azər-

baycan səfirliyində müşavir, 2003–2004-cü illərdə İtaliyada Azər-



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə