ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə114/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   110   111   112   113   114   115   116   117   ...   123

 

365 


baycan Respublikasının səfiri, 2004-cü ildən isə Azərbaycan Res-

publikasının Xarici İşlər naziridir. – 37–40, 125, 236, 266. 



 

14. Xocalı soyqırımı  – 1992-ci il fevralın 25-dən 26-na ke-

çən  gecə erməni  silahlı  qüvvələri  və  Xankəndidə  yerləşən  Ru-

siyanın 366-cı alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən 

hücum  etmiş,  şəhəri  tamamilə  yandırmışlar,  613  azərbaycanlı  

öldürülmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüşdür. 

– 38, 48, 116, 142. 



 

15. Tacikistan, T a c i k i s t a n   R e s p u b l i k a s ı – 

Orta  Asiyanın  cənub-şərqində  dövlət.  Sahəsi  142  min  km

2



əhalisi  8,5  milyon  nəfərdir.  İnzibati  ərazisi  Bədaxşən  Muxtar 



Vilayətinə,  2  vilayətə  və  45  rayona  bölünür.  Dövlət  başçısı 

prezident,  qanunverici  orqanı  Məclisdir.  Paytaxtı  Düşənbə 

şəhəridir. – 38, 257, 265, 271. 

 

16. Rusiya, R u s i y a   F e d e r a s i y a s ı – Avropanın şər-

qində,  Asiyanın  şimalında  dövlət.  Sahəsi  17,125  milyon  

km

2

, əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 



respublika,  9  diyar,  46  vilayət,  federal  əhəmiyyətli  Moskva 

və  Sankt-Peterburq  şəhərləri,  4  muxtar  vilayət  və  mahal  da-

xildir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı 

Dövlət  Duması  və  Federasiya  Şurasıdır.  Paytaxtı  Moskva  şəhə-

ridir.  –  39,  63–64,  71,  78,  79,  80,  81,  99,  110,  121–122,  345, 

353. 


 

17. İslam Konfransı Təşkilatı (İKT)– 1969-cu ildə yaradıl-

mışdır.  Müsəlman  ölkələrinin  çoxunu  birləşdirir.  Nizamna-

məsinə  görə  İslam  Konfransı  Təşkilatının  fəaliyyəti  müsəl-

manların  həmrəyliyinin  möhkəmlənməsinə,  üzv  dövlətlər  ara-

sında  əməkdaşlığa  yönəldilmişdir.  İqamətgahı  Ciddədədir 

(Səudiyyə  Ərəbistanı).  Azərbaycan  1991-ci  ildən  İKT-nın 

üzvüdür. Hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır.  – 40. 

 



 

366 


 

18.  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  –  Azərbaycan  Res-

publikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil 

edilmişdir.  Dağlıq  Qarabağda  1988-ci  ilə  qədər  170  min  əhali 

yaşayırdı. Sahəsi 4,4 min  km

2

-dir. Mərkəzi Xankəndidir.  



1988-ci ildə  muxtar  vilayətin  erməni  separatçıları  və  millət-

çiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşa-

yan  azərbaycanlıları  doğma  torpaqlarından  çıxararaq  Dağlıq 

Qarabağı işğal etdilər. BMT-nin 822, 853, 874, 884 saylı qətnamə-

lərinə  görə,  erməni  işğalçıları  Azərbaycan  torpaqlarını  qeyd-

şərtsiz  tərk  etməlidirlər.  Ancaq  Azərbaycan  torpaqları  hələ  də 

erməni  tapdağı  altındadır.  –  42,  43,  116,  117,  142,  144,  145, 

167, 169, 170, 213, 228, 238, 244, 248, 252, 350. 



 

19. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-

siyasi  ittifaq.  1949-cu  il  aprelin  4-də  Vaşinqtonda  ABŞ,  Bö-

yük  Britaniya,  Fransa,  Belçika,  Niderland,  Lüksemburq,  Ka-

nada,  İtaliya,  Portuqaliya,  Norveç,  Danimarka,  İslandiyanın 

imzaladıqları  Şimali  Atlantika  müqaviləsi  əsasında  yaradıl-

mışdır.  1952-ci  ildə  Yunanıstan  və  Türkiyə,  1955-ci  ildə  Al-

maniya  Federativ  Respublikası,  1982-ci  ildə  İspaniya  NATO-

ya  qoşulublar.  Varşava  Müqaviləsi  Təşkilatı  dağıldıqdan 

(1991)  sonra  əvvəllər  sosialist  ölkələri  düşərgəsinə  daxil 

olmuş  ölkələrin  bir  qismi  NATO-ya  üzvlüyə  qəbul  edilmiş, 

digər  qismi  isə ilkin  mərhələ  kimi,  NATO-nun  «Sülh  naminə 

tərəfdaşlıq»  proqramına  qoşulmuşlar.  Ali  orqanı  NATO  

Şurasının  sessiyasıdır.  Mənzil-qərargahı  Brüsseldədir.  –  43, 

49, 117, 145, 213. 



 

20.  Çin  Xalq  Respublikası  (ÇXR)  –  Mərkəzi  və  Şərqi 

Asiyada  dövlət.  Sahəsi  9,6  milyon  km

2

,  əhalisi  1,4  milyard 



nəfərdir.  İnzibati  cəhətdən  22  əyalətə  (Tayvansız),  5  muxtar 

rayona  və  mərkəz  tabeliyində  olan  3  şəhərə  (Pekin,  Şanxay, 

Tyantszin)  bölünür.  Ali  dövlət  hakimiyyəti  orqanı  Ümumçin 

Xalq  Nümayəndələri  Məclisidir.  Dövlət  başçısı  Çin  Xalq 




 

367 


Respublikasının  Sədridir.  Paytaxtı  Pekin  şəhəridir.  –  58–59, 

62, 79, 88, 255. 



 

21. Hu Szintao (d.1942) – Çin siyasətçisi və dövlət xadimi. 

1992-ci  ildən  ÇKP  MK-da  yüksək  vəzifələrdə  çalışmışdır. 

2002–2012-ci  illərdə  ÇKP  MK-nın  Baş  katibi,  2003–2013-cü 

illərdə  ÇXR-nın  Sədri,  2004–2012-ci  illərdə  isə  ÇXR  Hərbi 

Şurasının sədri olmuşdur. – 58, 59, 88. 

 

22. Həzi Aslanov, H ə z i   Ə h ə d   o ğ l u (1910–1945) – 

tank  qoşunları  qvardiya  general-mayoru,  2  dəfə  Sovet  İttifaqı 

Qəhrəmanı.  Böyük  Vətən  müharibəsinin  ilk  günlərindən  döyüş-

lərdə iştirak edən H. Aslanov Stalinqrad vuruşmasında, feldmarşal 

Manşteynin  tank  ordusunun  darmadağın  edilməsində  xüsusi 

məharət  göstərmişdir.  1944-cü  ildə  H.  Aslanovun  35-ci  qvardiya 

tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək 

uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. H. Aslanov 1945-

ci il  yanvar ayının 24-də Latviyanın Liepay şəhəri  yaxınlığındakı 

vuruşmada qəhrəmancasına həlak olmuşdur. – 64. 



 

23.  M.V.Lomonosov  adına  Moskva  Dövlət  Universitetinin 

Bakı  filialı  –  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  tabe-

liyində  olan  ali  təhsil  müəssisəsi.  Filial  2009-cu  ildən  fəaliyyətə 

başlamışdır.  Universitetdə  6  ixtisas  üzrə  489  tələbə  təhsil  alır. 

Tədris  müəssisəsində  Moskvadan  ezam  olunmuş  tanınmış 

alimlərlə  yanaşı,  Bakı  universitetlərinin  yüksək  hazırlıqlı  alimləri 

də dərs deyirlər. – 69–87. 



 

24. Nərgiz Paşayeva, N ə r g i z   A r i f   q ı z ı  (d.1962) – 

filologiya  elmləri  doktoru,  professor,  Lomonosov  adına  Moskva 

Dövlət  Universitetinin  Bakı  filialının  rektoru.  Özəl  «Üns» 

yaradıcılıq  səhnəsinin  yaradıcısı  və  bədii  rəhbəri,  «Azərbaycan 

mədəniyyətinin  dostları»  Xeyriyyə  Fondunun  İdarə  Heyətinin 

üzvü,  «Azərbaycan–İrs»  jurnalının  ədəbi  şöbəsinin  redaktoru, 

İngiltərə– Azərbaycan Cəmiyyətinin həmsədridir. – 69–87. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə