350
edilmişdir. O ildən başlayaraq bu günə qədər beynəlxalq Bülbül
müsabiqəsi keçirilir və müsabiqənin iştirakçıları bu gün bizim
qonaqlarımızdır.
2007-ci ildə artıq mənim sərəncamımla Bülbülün 110 illik
yubileyi münasibətilə dövlət tədbirlər planı hazırlanmış və
həyata keçirilmişdir. Bu il Bülbülün 115 illik yubileyi qeyd
olunur. Bu gün isə onun abidəsi şəhərimizin mərkəzində, onun
yaşadığı evin yaxınlığında ucaldılıb. Bu, əlbəttə, Azərbaycan
xalqının və dövlətinin onun xatirəsinə olan münasibətidir, eyni
zamanda,
bu,
Azərbaycan
mədəniyyətinə,
görkəmli
şəxsiyyətlərin xatirəsinə olan böyük ehtiramın əlamətidir.
Bülbül ölkəmizin gözəl diyarında – Qarabağda dünyaya
gəlmişdir, Şuşada doğulmuşdur. Qarabağın gözəl təbiəti, havası,
bulaqları, gözəl mənzərələri ona güc, ilham verirdi. Onun
təkrarolunmaz səsi məhz Qarabağ diyarının sərvətlərindən,
nemətlərindən qaynaqlanırdı.
Onun doğulduğu Şuşa şəhəri 20 ildən artıqdır ki, erməni
işğalı altındadır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı
etnik təmizləmə siyasəti törədilmişdir. Bu etnik təmizləmə
siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma
torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı
soyqırımı törədilmişdir. Xocalı soyqırımı ki, artıq dünyanın 3
ölkəsi bunu soyqırımı kimi rəsmən tanımışdır və bu proses
davam etdirilir.
Bizə qarşı mədəni soyqırımı törədilmişdir. Bizim dini, tarixi,
mədəni abidələrimiz dağıdılmışdır. Onların içində Bülbülün,
Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Şuşadakı büstləri
erməni güllələri ilə deşik-deşik edilmişdir. O büstlər bu
gün İncəsənət Muzeyində saxlanılır. Güllələnmiş bu büstlər
erməni vandalizminin şahidləridir. Bülbülün Şuşadakı evi
yarıdağılmış vəziyyətdədir.
Bu, böyük faciədir, böyük dərddir. Ancaq mən əminəm ki,
Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa
edəcəkdir. Bunu deməyə əsas verən müxtəlif amillər vardır.
İldən-ilə artan gücümüz, qüdrətimiz, beynəlxalq müstəvidə
351
artan təsir imkanlarımız, beynəlxalq aləmin Azərbaycanın haqq
işinə dəstək olması, beynəlxalq hüquq normalarının
Azərbaycanın mövqeyini dəstəkləməsi və əlbəttə, bizim iqtisadi
qüdrətimiz qələbə gününü yaxınlaşdırır. Mən əminəm ki, yaxın
zamanlarda biz qələbə gününü qeyd edəcəyik.
Əlbəttə, bütün dünya ictimaiyyəti çalışır ki, məsələ sülh yolu
ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Ancaq eyni
zamanda, biz istənilən varianta da hazırıq. Heç vaxt imkan
vermərik ki, qədim Azərbaycan torpağında ikinci erməni dövləti
yaradılsın və mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Ondan sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin
abidələri yenə də Şuşada qoyulacaqdır. Əminəm ki, biz o
abidələrin açılışında iştirak edəcəyik və Xankəndidə, Şuşada
Azərbaycanın milli bayrağı qaldırılacaqdır.
Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha
ürəkdən təbrik edirəm. Bülbülün ailəsini, onun yaxınlarını,
bütün musiqi ictimaiyyətini bu gözəl hadisə münasibətilə təbrik
edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.
F ə r h a d B ə d ə l b ə y l i (Bakı Musiqi Akademiyasının
rektoru, Xalq artisti): Bülbül həqiqətən, Azərbaycan üçün çox
əziz bir insan idi. Bu küçələrdə gəzərkən ona hamı ehtiramla
«Salam, professor» – deyirdi. Onu hamı – taksi sürücüsü də,
akademik də, kolxozçu da çox sevirdi. Onu bütün millət sevirdi.
Burada Ada xanım əyləşib, mən onun qonaqpərvərliyi
haqqında danışmaq istərdim. Bülbülün evi bu yaxındadır.
Həmişə Ada xanım gözəl süfrə açırdı. Böyük ifaçılar Bakıya
gələrkən hər bir konsertdən, hər bir tamaşadan sonra Bülbülün
evi bir kluba çevrilirdi. Mən də, Polad da o vaxt 10 yaşında
uşaq idik. Xoşbəxt idik ki, bu ev bizim üçün ikinci universitet,
ikinci konservatoriya idi. Çünki orada dahi insanlar toplaşırdı.
Bülbül bizim Bakı Musiqi Akademiyamız üçün – onda
Konservatoriya idi – çox önəmli bir insan idi. Siz tamamilə
doğru dediniz, o həm də böyük alim idi. Onun kabineti xalq
musiqisi kabineti idi. Fikrət Əmirov ilə bu kabinetdə muğam
üzərində işləyirdilər. Ona görə Fikrət Əmirov simfonik
352
muğamları yazdı. Bu cür çox misal çəkmək olar. Əlbəttə,
Koroğlu obrazı həmişə yaşayacaqdır.
Fərhad Bədəlbəyli Bülbülün İtaliyada təhsil almasının onun
yaradıcılığında böyük rol oynadığını qeyd edərək, görkəmli
ifaçının milli və Avropa musiqi dəyərlərini özündə ehtiva etdi-
yini xüsusi vurğuladı. Bakı Musiqi Akademiyasının rektoru
Azərbaycan musiqi sənətinin inkişafına verdiyi böyük dəstəyə
görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Çünki il
ərzində Bakıda musiqi sənəti ilə bağlı çox hadisələr olub.
Bülbülün adını daşıyan müsabiqə, Qəbələ, Şəki festivalları, caz,
muğam festivalları, Rostropoviç adına festival. Bizim
qonaqlarımız deyir ki, biz 2 il bundan əvvəl Bakıda olmuşuq,
indi Bakını tanımadıq. Bakı belə inkişaf edib.
Buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim,
cənab Prezident. Sizinlə bir yerdə, inşallah, Şuşada muzeyin
açılışında iştirak edəcəyik.
A r i f B a b a y e v (Xalq artisti): Hörmətli Bülbül səsini
sevənlər! Bu gün doğrudan da böyük bir bayramdır. Azər-
baycanın böyük xanəndəsinin, vokalistinin heykəlinin açılışıdır.
Bizim
hamımızın, bütün Azərbaycan xalqının böyük
bayramıdır. Bülbül hamı tərəfindən – nəinki Azərbaycanda,
xarici ölkələrdə də sevilən sənətkar idi. Mən xarici ölkələrdə
olanda da görmüşəm ki, onun lent yazılarını necə əzizləyirlər,
necə qoruyurlar.
Bülbülün səsi əvəzolunmaz səsdir. Biz onun sənətini, oxu-
mağını tələbələrimizə aşılayırıq. Tələbələrimizə deyirik ki,
böyük Bülbülü dinləyin, onun oxu tərzini öyrənin. Onun hər bir
ifası, hər bir xalq mahnısı böyük bir əsərdir. Sevinirik, çox
sevinirik ki, biz Bülbül səsindən istifadə edirik. Burada doğru
qeyd etdilər, Bülbül həm vokalist, həm xanəndə idi, o kişidə
hər şey var idi. Allah-Taala ona əvəzolunmaz səs bəxş etmişdi.
Bu mərasimin Bülbül sənətinin yaşadılmasına töhfə oldu-
ğunu deyən Arif Babayev böyük sənətkarın abidəsinin ucal-
dılmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Dostları ilə paylaş: |