213
vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək
səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır.
Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir
və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi
tikilməkdədir.
Bir sözlə, keçən rüb və bu ilin 9 ayı bütün istiqamətlər üzrə
ölkə iqtisadiyyatı üçün uğurlu olmuşdur. Beynəlxalq arenada
böyük uğurlar əldə edilmişdir. Biz BMT Təhlükəsizlik
Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe
nümayiş etdiririk. Keçən ilin oktyabr ayında – artıq bir il keçir –
biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa
müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və
beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu
kimi, əməl edirik. Bizim mövqemiz böyük rəğbətlə və böyük
hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz
ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Seçkilər zamanı
bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə
verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə
dəstəkləmişdir. Bu yaxınlarda «Qoşulmama Hərəkatı»nın zirvə
görüşündə 120 ölkə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü
çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu
bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın
növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin
əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə
vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir,
münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər
biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini
nəzərə alsaq – təbii ki, NATO-ya üzv olan ölkələr «Qoşulmama
Hərəkatı»nın üzvü ola bilməz – orada da Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin
ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə
vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim
növbəti uğurumuzdur. Dünya birliyinin dörddə üç hissəsi
məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür.
214
Əlbəttə, bu çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa
mövqe, başqa variant ola bilməz.
O ki qaldı xalqların müqəddəratını təyinetmə prinsiplərinə,
ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim
qərarlar və bəyannamələr bütün bu yalan təbliğatı alt-üst edir.
Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi
bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun
Aktının sənədlərində məsələ məhz belə qoyulubdur. Ona görə
bütün növbəti diplomatik uğurlar, siyasi qələbələr, bu sahələrdə
Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və
məsələnin həllinə yaxınlaşdırır.
Biz daha da güclü olmalıyıq və oluruq. Beynəlxalq
mövqelərimizi möhkəmləndiririk, dünya miqyasında böyük
dəstəyə malikik. Mən bu yaxınlarda Azərbaycan Diplomatik
Akademiyasının açılışında və ölkəmizin xaricdəki səfirləri ilə
görüşdə xarici siyasətlə bağlı strateji baxışlarımı kifayət qədər
geniş ifadə etdim, təkrar etmək istəmirəm. Bir şeyi demək
istəyirəm ki, biz indi dünyada yeni tərəfdaşlar əldə edirik və
görürük ki, bizim üçün, əməkdaşlıq üçün ənənəvi olmayan
qitələrdən də Azərbaycana böyük maraq vardır. Xüsusilə Latın
Amerikasından. Biz də Latın Amerikası ölkələri ilə çox sıx
əlaqələr qururuq və görürük ki, bu əlaqələr çox səmimidir,
qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında
qurulur. Münasibətlər hər bir ölkə ilə məhz bu prinsiplər
üzərində qurulmalıdır. Biz bunu dəfələrlə bəyan etmişik. Mən
dəfələrlə demişəm ki, Azərbaycan ancaq bərabərhüquqlu
münasibətləri qəbul edir. Əgər kimsə fikirləşirsə ki, öz iradəsini
bizə qəbul etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu,
qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini
qəbul edirik. Biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi
məhz bu prinsiplər əsasında sıx bağlayırıq və hesab edirəm ki,
həm xarici siyasət, həm də iqtisadi məsələlərin həlli üçün bu
istiqamət çox perspektivlidir. Həm xarici siyasət sektoruna, həm
iqtisadi məsələlərlə bağlı olan qurumlara müvafiq tapşırıqlar
verilmişdir ki, biz Latın Amerikası ölkələri ilə münasi-
215
bətlərimizi daha da sürətlə qurmalıyıq. Əlbəttə, ənənəvi
tərəfdaşlarla da bizim dostluq münasibətlərimiz vardır. Təbii ki,
bu əlaqələr davam etdiriləcəkdir.
YEKUN NİTQİ
İlin sonuna 3 aydan az bir vaxt qalır. Əminəm ki, qalan
müddət ərzində bütün nəzərdə tutulmuş məsələlər öz həllini
tapacaqdır. Xüsusilə Dövlət İnvestisiya Proqramının icrası
yekunlaşacaq. Çünki Dövlət İnvestisiya Proqramı ölkə
iqtisadiyyatının inkişafı üçün, deyə bilərəm ki, əsas rolunu
oynayır, ildən-ilə bu proqram böyüyür. Həm həcmi böyüyür,
həm yeni istiqamətlər üzə çıxır. Ona görə hesab edirəm ki, ilin
sonuna qədər uğurlu iqtisadi inkişafımız davam edəcəkdir. Biz
gələn ilin sosial-iqtisadi konturlarını indidən özümüz üçün
müəyyən etməliyik. Əslində bunu müəyyən edirik. Elə
etməliyik ki, gələn il də makroiqtisadi vəziyyət sabit olaraq
qalsın.
Mən giriş sözümdə qeyd etdim ki, hətta dünyanın ən
mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi
Forumunun hesablamalarına əsasən makroiqtisadi sabitliyə görə
Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Əlbəttə, bu çox
yüksək göstəricidir. Bu göstərici əslində onu deyir ki, gələcək
illərdə də bu sahədə sabitlik olacaqdır. Bu ilin inflyasiyası son
illər ərzində ən aşağı səviyyədədir. Çalışmalıyıq ki, gələn il də
inflyasiya riskləri minimuma endirilsin. Bunu təmin etmək üçün
bizim əlimizdə kifayət qədər geniş mexanizmlər, vasitələr,
alətlər vardır. Bu sahədə əldə edilmiş nəticələr xüsusi məna
daşıyır. Çünki ölkə iqtisadiyyatına verilən maliyyə ildən-ilə
artır. Həm dövlət büdcəmiz artır, eyni zamanda, bu il
inflyasiyaya təkan verə biləcək çox ciddi siyasi qərar qəbul
edilmişdir. Sovet vaxtından qalan əmanətlərə kompensasiya
verilməsi başlanıb və bildiyiniz kimi, hər bir yeni pul kütləsi
bazara çıxdıqda istər-istəməz inflyasiya riskləri də artır.
Baxmayaraq ki, böyük məbləğdə vəsait artıq vətəndaşlara
Dostları ilə paylaş: |