219
məsələdir. Çünki bir neçə bölgədə mənə müraciət olunarkən
qeyd edilirdi ki, əgər kənd yolu çəkilərsə, o zaman bu bölgənin
turizm imkanları açılacaqdır. Çünki turizmin inkişafı üçün kənd
yolları əsas şərtdir. Nəzərə almalıyıq ki, bizdə turizm yerləri
dağlıq ərazilərdədir, bəzi hallarda o gözəl, mənzərəli yerlərə
çatmaq üçün insanların imkanı olmur. Ona görə biz bu
məsələlərə fərdi qaydada baxırıq. İlin sonunda siyahı tutulur və
kənd yollarının bəziləri dövlət büdcəsi, bəziləri isə Prezidentin
ehtiyat fondu hesabına tikilir. Biz gələn il də eyni yanaşmanı
tətbiq etməliyik.
İnfrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları,
içməli su, kanalizasiya məsələləri prioritet təşkil edir. Elektrik
xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır. Biz elektrik
enerjisi ilə bağlı son illər ərzində çox ciddi tədbirlər görmüşük,
böyük güclər yaradılıbdır, elektrik stansiyaları tikilibdir. Ancaq
paylayıcı xətlər bir çox hallarda istənilən səviyyədə deyildir.
Ona görə hesab edirəm ki, artıq əsas yükü paylayıcı xətlərə
yönəltməliyik, xüsusilə bölgələrdə. Çünki Bakı şəhərində
görülən tədbirlər nəticəsində bu məsələ, demək olar ki, əsaslı
şəkildə öz həllini tapmışdır. Yeni infrastruktur layihələrinin
icrası nəticəsində artıq çox mükəmməl sistem yaranmaqdadır.
Bölgələrdə isə paylayıcı xətlər lazımi səviyyədə deyildir. Mən
də bunu görürəm – bəzi hallarda taxta dirəklər üzərində qurulur.
Külək əsən kimi, həmin dirək aşır, xətt qırılır və insanlar
əziyyət çəkirlər. Mən dəfələrlə bu barədə fikirlərimi
bildirmişəm. Hesab edirəm ki, gələn il artıq bu sahədə də ciddi
dönüş ili olmalıdır. Biz bu məsələ ilə bağlı kompleks tədbirlər
görməliyik. Hökumətə tapşırıram ki, konkret proqram təşkil
edilsin. İnvestisiya Proqramında bölgələrin paylayıcı xətlərinin
bərpası, yenidən qurulması məsələsi də ayrıca maddə ilə öz
əksini tapmalıdır.
Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də Azərbaycanda
uğurla həll edilir. Bu məsələyə biz kompleks şəkildə yanaşırıq,
lazımi təhlil aparılır. Bizim daxili imkanlar, daxili bazarın
220
potensialı araşdırılır və qarşıya məqsəd qoyulmuşdur ki, biz
özümüzü yerli məhsullarla maksimum dərəcədə təmin edək.
Bu məsələ ilə bağlı da biz daim fikir mübadiləsi aparırıq.
Müvafiq göstərişlər verilmişdir və hesab edirəm ki, gələn il bu
istiqamətdə
əlavə tədbirlər görüləcəkdir. Əsas ərzaq
məhsullarının istehlakı 100 faiz Azərbaycanda istehsal olunan
mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq, bəzi
mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq
hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr,
emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları,
çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın
illərdə hər bir mövqe üzrə daxili tələbatı 100 faiz öz
gücümüzə arxalanaraq təmin edək. Bu həm sosial məsələdir,
həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir,
iş yerlərinin yaradılmasına gətirib çıxarır. Burada bir neçə
hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər
məni qane edir. Çünki biz bu işlərə sistemli yanaşmışıq,
pərakəndə şəkildə yox. Sistemli təhlil aparılmışdır və biz bu
istiqaməti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də
sahibkarlara göstəririk. Çünki bu alət də çox səmərəlidir. Bu il
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat
güzəştli kreditlər nəzərdə tutulur, onların böyük əksəriyyəti
artıq verilmişdir. Mən göstəriş verdim ki, gələn il biz bu
məbləği artıraq və gələn il bu fond vasitəsilə 300 milyon manat
məbləğində güzəştli kreditlər verilməlidir. Çünki bu çox vacib
sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət
nəzarəti altında qoyulan investisiyalardır. Ancaq özəl sektor da
bu investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm də
özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər verməklə onların
fəaliyyətini genişləndirir, daxili istehsalı da stimullaşdırırıq.
Bu çox işlək və səmərəli mexanizmdir. Ona görə hesab
edirəm ki, biz məbləği artırmalıyıq. Xüsusilə nəzərə alsaq ki,
indi bu fondda yığılan vəsaitin əksəriyyəti əvvəlki illərdə
verilmiş kreditlərin qaytarılması hesabına formalaşır. Beləliklə,
daha dövlət büdcəsinin vəsaitinə ehtiyac olmayacaqdır. Bir neçə
221
ildən sonra təqribən 300, bəlkə 500 milyon dollar sərbəst vəsait
əldə edəcəyik. Bu vəsait ildən-ilə dövr edərkən biznesi
stimullaşdıracaqdır. Hələ 2-3 il ərzində bu istiqamətə büdcə
dəstəyi verməliyik. Ondan sonra artıq bu, müstəqil şəkildə öz
fəaliyyətini göstərəcəkdir.
İri fermer təsərrüfatlarının yaradılması ilə bağlı verilən
göstərişlər yerinə yetirilir. Artıq 2 böyük layihə icra edil-
məkdədir – biri Ağcabədi rayonunda, digəri Beyləqan rayo-
nunda. İki sahənin ümumi ölçüləri 5000 hektara yaxındır. Bu,
yeni bir yanaşmadır və bu barədə biz dəfələrlə danışmışıq.
Şadam ki, artıq bu məsələ reallaşır. Bu fermer təsərrüfatlarında
məhsuldarlıq çox yüksək olmalıdır. Ən azı 40, bəlkə 50 sentner
taxıl istehsal edilməlidir ki, biz növbəti 3-4 ilə bu sahədə –
buğda sahəsində də öz tələbatımızı tamamilə daxili resurslar
hesabına ödəyə bilək. Belə fermer təsərrüfatlarının yaradılması
prosesi sürətlə getməlidir.
İstədiyimiz məqsədə çatmaq üçün təxminən 40–50 böyük
fermer təsərrüfatı yaratmalıyıq ki, bu da bizim bu sahədə
müstəqilliyimizi tam təmin edəcəkdir. Bunun bir neçə səbəbi
vardır.
Birincisi, biz öz torpaqlarımızdan səmərəli şəkildə istifadə
etməliyik. İkincisi, biz böyük suvarma-meliorasiya layihələrini
icra edirik. Əlbəttə, 10 minlərlə hektar yeni torpaqlar
dövriyyəyə buraxılacaq və kəndlilər bundan səmərəli şəkildə
istifadə edəcəklər. Digər tərəfdən, bu, yeni iş yerləri, yerli
istehsal, iqtisadiyyatın canlanması deməkdir. Belə olan halda
biz dünyada baş verən proseslərdən də özümüzü sığor-
talayacağıq. Çünki hansısa ölkədə bir il quraqlıq olur, bir il taxıl
yığımı aşağı düşür. İstər-istəməz bu, istehlak qiymətlərinə təsir
edir və bizim vətəndaşlar da ondan sonra bunun əziyyətini
çəkirlər. İndi dünyada buğdanın qiyməti xeyli dərəcədə artıb.
Çünki ənənəvi ixracatçı ölkələrdə istehsal kəskin şəkildə aşağı
düşmüşdür, qıtlıq vardır, quraqlıq olmuşdur. Bu, istər-istəməz
qiymətlərin qalxmasına gətirib çıxarır. Bir neçə il budan əvvəl
də biz eyni vəziyyətlə üzləşmişdik. İmzalanmış kontraktlar var
Dostları ilə paylaş: |