246
bir-birini
qarşılıqlı
tamamladığı
sahələrdə
əməkdaşlığın
genişlənməsinə Özbəkistanın və Azərbaycanın işgüzar dairələrinin
çox böyük marağını göstərdi. Biz ölkələrimizin çox zəngin
nəqliyyat-kommunikasiya-tranzit potensialından daha səmərəli,
qarşılıqlı faydalı istifadə edilməsi üçün ikitərəfli və çoxtərəfli
formatda işi davam etdirmək barədə razılığa gəldik. Biz
ölkələrimiz arasında lazımi əməkdaşlığın mühüm istiqaməti və
onun möhkəmləndirilməsi mənbəyi kimi mədəni-humanitar sahədə
əməkdaşlığa çox böyük əhəmiyyət veririk.
Mən Azərbaycan prezidenti İlham Əliyevi onun üçün münasib
vaxtda, öz imkanlarını və iş qrafikini nəzərə almaqla, Özbəkistana
rəsmi səfərə dəvət etməyimizi sizin iştirakınızla bir daha təsdiqləmək
istəyirəm. Ümid edirəm ki, bu, xüsusi səfər olacaqdır, çünki İlham
Heydər oğlunun Daşkəndə gəlişindən artıq 2 il keçib. Yadımdadır, o
vaxt biz ümumi sərvətlərimizə abidənin açılışını etmişdik. Fürsətdən
istifadə edib, bir daha demək istəyirəm ki, biz burada, Bakıda Əlişir
Nəvaiyə və Daşkənddə Nizami Gəncəviyə ucaldılmış abidələrə görə,
ilk növbədə, Azərbaycan prezidentinə, Azərbaycan ziyalılarına həmi-
şə minnətdarıq. Mən onu nəzərdə tuturam ki, Bakıdakı küçələrdən
birinə bizim böyük alim Mirzə Uluqbəyin adı verilmişdir. Bunu
minnətdarlıqla qeyd edirik. Uluqbəy də Səmərqəndin fəxri idi.
Daşkəndin küçələrindən birinə Azərbaycanın böyük oğlunun adı
verilmişdir. Mən bu insanı yaxından tanıyırdım və hələ də ona
heyranam. Mən onun müdrikliyinə, dözümlülüyünə və ən başlıcası,
uzaqgörənliyinə heyranam. Əsasını bu insanın qoyduğu siyasəti onun
oğlu həyata keçirir. Azərbaycanda varislik siyasətinin həyata
keçirilməsi çox vacibdir. Bizim dövlətlər arasında bugünkü müasir
münasibətlərin təməlini Heydər Əliyev qoymuşdur və mən İlham
Heydər oğluna təşəkkür edirəm ki, o, atasından bu cür tərbiyə, bu cür
nəsihətlər alaraq Özbəkistanla Azərbaycan arasında, bizim xalqlarımız
arasında münasibətlərin daha da möhkəmlənməsi kimi çox nəcib işi
davam etdirir.
Diqqətinizə görə sağ olun.
247
ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ QƏBULDA
İŞTİRAK
12 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 12-də Azərbaycan Respublikasında rəsmi səfərdə
olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun
şərəfinə rəsmi ziyafət vermişdir.
Dövlət başçıları ziyafətdə çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Hörmətli İslam Abduqəniyeviç!
Hörmətli qonaqlar!
Əziz dostlar!
İslam Abduqəniyeviç, Sizi bir daha Azərbaycanda salam-
lamaq istəyirəm. Dəvətimi qəbul edib rəsmi səfərə gəldiyinizə
görə minnətdarlığımı bildirirəm. Biz bu səfərə böyük əhəmiyyət
veririk. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və
qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha güclü təkan
verəcəkdir. Xalqlarımızı ümumi tarix, çoxəsrlik dostluq və
qarşılıqlı dəstək, qarşılıqlı rəğbət birləşdirir. Biz artıq bu
möhkəm əsas üzərində dostluğumuzu və əməkdaşlığımızı
qurmuşuq.
Münasibətlərimizin dərin kökləri Azərbaycan ilə Özbəkistan
arasında bugünkü inkişafımız üçün münbit mənbədir. Müstəqil
dövlətlər kimi, ölkələrimiz uğurla inkişaf edir, öz regionlarında
aparıcı rol oynayır. Bu prosesləri təhlil edərkən görürük ki,
münasibətlərimizin bünövrəsini, İslam Abduqəniyeviç, Siz və
Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Məhz
Sizin müdrikliyiniz, dostluğunuz, uzaqgörənliyiniz və siyasi
məharətiniz Özbəkistan ilə Azərbaycan arasında bugünkü
248
gerçəklikləri yaradır. Biz bu ənənələrə sadiqik və mən öz
tərəfimdən əlaqələrimizi inkişaf etdirmək və möhkəmləndirmək,
qarşılıqlı fəaliyyət zonasını genişləndirmək üçün əlimdən gələni
edirəm. Bu gün keçirilən ikitərəfli görüşlər və dünya siyasəti üzrə
aparılan danışıqlar münasibətlərimizin strateji xarakterini təsdiq
edir.
Ölkələrimiz arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir.
Azərbaycan ilə Özbəkistan beynəlxalq təşkilatlarda bir-birinə
qarşılıqlı dəstək verir. Ölkələrimiz arasında iqtisadi, nəqliyyat
infrastrukturu və digər sahələrdə əməkdaşlığın dərinləşməsi
üçün yaxşı potensial var və bu, Avropa ilə Asiya arasında
əlaqələrin genişlənməsinə də xidmət edir.
Biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması məsələsində şəxsən Sizə və Özbəkistan xalqına
prinsipial mövqeyə görə minnətdarıq. Azərbaycanda bunu
bilirlər və yüksək qiymətləndirirlər. Münaqişənin ərazi
bütövlüyü prinsipi əsasında həll olunması ilə bağlı Sizin
dəstəyiniz Azərbaycanda çox müsbət qəbul olunur. Bu cür
münasibətlər ədalətlidir, beynəlxalq hüququn normalarına
əsaslanır, həmçinin bu münasibət qardaşlığın sübutudur. Mən
əminəm ki, bu münaqişənin ərazi bütövlüyü prinsipi əsasında
nizamlanmasının geniş beynəlxalq dairələr tərəfindən
dəstəklənməsi Azərbaycan ərazilərində işğala son qoyulmasının
və sülhün bərpa edilməsinin başlanğıcı olacaqdır.
Prezident İlham Əliyev İslam Kərimovun rəhbərliyi altında
Özbəkistanın siyasi, iqtisadi, sənaye, ölkənin ixrac imkanlarının
artırılması və digər sahələrdə əsaslı inkişaf yolu keçdiyini, böyük
uğurlar qazandığını vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz
arasında münasibətlərin möhkəmlənməsində xalqlarımızın milli-
mənəvi dəyərlərimizə söykənən əlaqələrinin mühüm rol
oynadığını vurğuladı.
Biz həmçinin çox bəyənirik ki, Özbəkistanın müasir inkişafı
milli-mənəvi dəyərlərə əsaslanır. Siz bu gün bu barədə çox dəqiq
və aydın danışdınız. Mən əvvəlki görüşlərimizi də xatırlayıram,
biz həmişə bu mövzuya toxunmuşuq. Ölkələrimizin və