249
xalqlarımızın dünya xəritəsində rolu və yeri barədə söhbət
açmışıq. Məhz bizim milli ənənələrimizin qorunması,
möhkəmləndirilməsi, bu ənənələrin gənc nəslə çatdırılması və
xalqlarımızın mənəvi dəyərlərinin qorunması məsələsini tam
qarşılıqlı anlaşma ruhunda müzakirə etmişik.
Özbəkistan prezidenti İslam Kərimovun çıxışı
Hörmətli İlham Heydər oğlu!
Hörmətli azərbaycanlı dostlarımız!
Mən nümayəndə heyəti adından, burada iştirak edənlərin
adından Sizə dediyiniz xoş sözlərə görə, ilk növbədə, bizim,
hansı ki 1 il deyil, 1 əsr deyil, uzun müddət davam edən
əməkdaşlığımıza, səmimi dostluğumuza verdiyiniz qiymətə
görə ürəkdən təşəkkür etmək istəyirəm.
2008-ci ildə ölkəmizə səfərini məmnunluqla xatırladan
prezident İslam Kərimov respublikamıza indiki səfəri zamanı
Azərbaycanda daha böyük inkişafın şahidi olduğunu dedi.
Özbəkistan dövlətinin başçısı respublikamızın paytaxtında
sürətli inkişafın getdiyini, nəhəng tikinti, yenidənqurma və
abadlıq işlərinin aparıldığını, Bakının daha da gözəlləşdiyini
vurğuladı.
Mən Sizi, Azərbaycanın liderini, bütün Azərbaycan
rəhbərliyini və hamınızı, əziz dostlar – Siz bu cür müraciəti
qəbul edirsinizsə, Sizə başqa cür müraciət edə bilmirəm –
məncə, hələ Heydər Əliyev dövründə başlayan quruculuq
prosesinin nəinki davam etməsi, artıq həm də yeni mərhələyə
qədəm qoymuş inkişaf dinamikası münasibətilə təbrik etmək
istəyirəm.
Mən ötən əsrin 30-cu illərini xatırlatmaq istəyirəm. Həmin
dövrdə kütləvi repressiyalar, terror, ədalətsizlik vaxtı 10
minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapdı. Qo-
naqpərvər və dost özbək xalqı deportasiya olunanları özlərinin
doğmaları kimi qəbul etdi, bir tikə çörəklərini onlarla bölüşdü.
Bu gün onların övladları olan 40 mindən çox azərbaycanlı
250
ölkəmizin bir çox xalqları və millətləri ilə dinc yanaşı yaşayır,
suveren Özbəkistanın inkişafına layiqli töhfələrini verirlər. Bu
gün təkcə son illər ölkəmizin 27 azərbaycanlı nümayəndəsinin –
alimlərin, müəllimlərin, inşaatçıların, hərbi xidmətçilərin,
ümumxalq məhəbbəti qazanmış mədəniyyət və incəsənət
xadimlərinin yüksək dövlət mükafatlarına və adlarına layiq
görülməsi onların bizim cəmiyyətdə layiqli rol oynadıqlarına
əyani sübutdur.
Özbəkistan dövlətinin başçısı Azərbaycanın müasir tarixində
ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi
vurğuladı.
Bu gün ildən-ilə yeni görkəm alan gözəl, bənzərsiz Bakını
gəzərkən mən Azərbaycan xalqının görkəmli oğlu Heydər
Əliyevə onun sadəcə, insani keyfiyyətlərinə, müdrikliyinə,
uzaqgörənliyinə və güclü siyasi iradəsinə görə dərin ehtiramımı
bildirmək istəyirəm. O, böyük həyat yolu keçmiş insan idi.
Prezident İslam Kərimov Azərbaycan ilə Özbəkistan ara-
sında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi üçün hər iki
ölkənin böyük potensial imkanlara malik olduğunu dedi.
Özbəkistan dövlətinin başçısı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin inkişafı üçün yaxşı perspektivin olduğunu
bildirdi və bundan sonra da əlaqələrimizin daha da möhkəm-
lənəcəyinə əminliyini ifadə etdi.