ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə77/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   73   74   75   76   77   78   79   80   ...   123

 

246 


bir-birini 

qarşılıqlı 

tamamladığı 

sahələrdə 

əməkdaşlığın 

genişlənməsinə Özbəkistanın və Azərbaycanın işgüzar dairələrinin 

çox  böyük  marağını  göstərdi.  Biz  ölkələrimizin  çox  zəngin 

nəqliyyat-kommunikasiya-tranzit  potensialından  daha  səmərəli, 

qarşılıqlı  faydalı  istifadə  edilməsi  üçün  ikitərəfli  və  çoxtərəfli 

formatda  işi  davam  etdirmək  barədə  razılığa  gəldik.  Biz 

ölkələrimiz  arasında  lazımi  əməkdaşlığın  mühüm  istiqaməti  və 

onun möhkəmləndirilməsi mənbəyi kimi mədəni-humanitar sahədə 

əməkdaşlığa çox böyük əhəmiyyət veririk. 

Mən  Azərbaycan  prezidenti  İlham  Əliyevi  onun  üçün  münasib 

vaxtda,  öz  imkanlarını  və  iş  qrafikini  nəzərə  almaqla,  Özbəkistana 

rəsmi səfərə dəvət etməyimizi sizin iştirakınızla bir daha təsdiqləmək 

istəyirəm.  Ümid  edirəm  ki,  bu,  xüsusi  səfər  olacaqdır,  çünki  İlham 

Heydər oğlunun Daşkəndə gəlişindən artıq 2 il keçib. Yadımdadır, o 

vaxt biz ümumi sərvətlərimizə abidənin açılışını etmişdik. Fürsətdən 

istifadə edib, bir daha demək istəyirəm ki, biz burada, Bakıda Əlişir 

Nəvaiyə və Daşkənddə Nizami Gəncəviyə ucaldılmış abidələrə görə, 

ilk növbədə, Azərbaycan prezidentinə, Azərbaycan ziyalılarına həmi-

şə  minnətdarıq.  Mən  onu  nəzərdə  tuturam  ki,  Bakıdakı  küçələrdən 

birinə  bizim  böyük  alim  Mirzə  Uluqbəyin  adı  verilmişdir.  Bunu 

minnətdarlıqla  qeyd  edirik.  Uluqbəy  də  Səmərqəndin  fəxri  idi. 

Daşkəndin  küçələrindən  birinə  Azərbaycanın  böyük  oğlunun  adı 

verilmişdir.  Mən  bu  insanı  yaxından  tanıyırdım  və  hələ  də  ona 

heyranam.  Mən  onun  müdrikliyinə,  dözümlülüyünə  və  ən  başlıcası, 

uzaqgörənliyinə heyranam. Əsasını bu insanın qoyduğu siyasəti onun 

oğlu  həyata  keçirir.  Azərbaycanda  varislik  siyasətinin  həyata 

keçirilməsi  çox  vacibdir.  Bizim  dövlətlər  arasında  bugünkü  müasir 

münasibətlərin  təməlini  Heydər  Əliyev  qoymuşdur  və  mən  İlham 

Heydər oğluna təşəkkür edirəm ki, o, atasından bu cür tərbiyə, bu cür 

nəsihətlər alaraq Özbəkistanla Azərbaycan arasında, bizim xalqlarımız 

arasında münasibətlərin daha da möhkəmlənməsi kimi çox nəcib işi 

davam etdirir. 

Diqqətinizə görə sağ olun. 

 

 




 

247 


 

 

ALİ QONAĞIN ŞƏRƏFİNƏ  RƏSMİ QƏBULDA 

İŞTİRAK   

 

12 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  12-də  Azərbaycan  Respublikasında  rəsmi  səfərdə 

olan  Özbəkistan  Respublikasının  Prezidenti  İslam  Kərimovun 

şərəfinə rəsmi ziyafət vermişdir.  

Dövlət başçıları ziyafətdə çıxış etdilər. 

 

      Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  

 

Hörmətli İslam Abduqəniyeviç! 



Hörmətli qonaqlar! 

Əziz dostlar! 

İslam  Abduqəniyeviç,  Sizi  bir  daha  Azərbaycanda  salam-

lamaq  istəyirəm.  Dəvətimi  qəbul  edib  rəsmi  səfərə  gəldiyinizə 

görə minnətdarlığımı bildirirəm. Biz bu səfərə böyük əhəmiyyət 

veririk.  Əminəm  ki,  bu  səfər  ölkələrimiz  arasında  dostluq  və 

qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha güclü təkan 

verəcəkdir.  Xalqlarımızı  ümumi  tarix,  çoxəsrlik  dostluq  və 

qarşılıqlı  dəstək,  qarşılıqlı  rəğbət  birləşdirir.  Biz  artıq  bu 

möhkəm  əsas  üzərində  dostluğumuzu  və  əməkdaşlığımızı 

qurmuşuq. 

Münasibətlərimizin dərin kökləri Azərbaycan ilə Özbəkistan 

arasında bugünkü inkişafımız üçün münbit mənbədir. Müstəqil 

dövlətlər kimi, ölkələrimiz uğurla inkişaf edir, öz regionlarında 

aparıcı  rol  oynayır.  Bu  prosesləri  təhlil  edərkən  görürük  ki, 

münasibətlərimizin  bünövrəsini,  İslam  Abduqəniyeviç,  Siz  və 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Məhz 

Sizin  müdrikliyiniz,  dostluğunuz,  uzaqgörənliyiniz  və  siyasi 

məharətiniz  Özbəkistan  ilə  Azərbaycan  arasında  bugünkü 



 

248 


gerçəklikləri  yaradır.  Biz  bu  ənənələrə  sadiqik  və  mən  öz 

tərəfimdən  əlaqələrimizi  inkişaf  etdirmək  və  möhkəmləndirmək, 

qarşılıqlı  fəaliyyət  zonasını  genişləndirmək  üçün  əlimdən  gələni 

edirəm. Bu gün keçirilən ikitərəfli görüşlər və dünya siyasəti üzrə 

aparılan  danışıqlar  münasibətlərimizin  strateji  xarakterini  təsdiq 

edir. 


Ölkələrimiz  arasında  ikitərəfli  əlaqələr  uğurla  inkişaf  edir. 

Azərbaycan  ilə  Özbəkistan  beynəlxalq  təşkilatlarda  bir-birinə 

qarşılıqlı  dəstək  verir.  Ölkələrimiz  arasında  iqtisadi,  nəqliyyat 

infrastrukturu  və  digər  sahələrdə  əməkdaşlığın  dərinləşməsi 

üçün  yaxşı  potensial  var  və  bu,  Avropa  ilə  Asiya  arasında 

əlaqələrin genişlənməsinə də xidmət edir. 

Biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

nizamlanması  məsələsində  şəxsən  Sizə  və  Özbəkistan  xalqına 

prinsipial  mövqeyə  görə  minnətdarıq.  Azərbaycanda  bunu 

bilirlər  və  yüksək  qiymətləndirirlər.  Münaqişənin  ərazi 

bütövlüyü  prinsipi  əsasında  həll  olunması  ilə  bağlı  Sizin 

dəstəyiniz  Azərbaycanda  çox  müsbət  qəbul  olunur.  Bu  cür 

münasibətlər  ədalətlidir,  beynəlxalq  hüququn  normalarına 

əsaslanır,  həmçinin  bu  münasibət  qardaşlığın  sübutudur.  Mən 

əminəm  ki,  bu  münaqişənin  ərazi  bütövlüyü  prinsipi  əsasında 

nizamlanmasının  geniş  beynəlxalq  dairələr  tərəfindən 

dəstəklənməsi Azərbaycan ərazilərində işğala son qoyulmasının 

və sülhün bərpa edilməsinin başlanğıcı olacaqdır. 



Prezident  İlham  Əliyev  İslam  Kərimovun  rəhbərliyi  altında 

Özbəkistanın siyasi, iqtisadi, sənaye, ölkənin ixrac imkanlarının 

artırılması və digər sahələrdə əsaslı inkişaf yolu keçdiyini, böyük 

uğurlar  qazandığını  vurğuladı.  Dövlətimizin  başçısı  ölkələrimiz 

arasında münasibətlərin möhkəmlənməsində xalqlarımızın milli-

mənəvi  dəyərlərimizə  söykənən  əlaqələrinin  mühüm  rol 

oynadığını vurğuladı. 

Biz  həmçinin  çox  bəyənirik  ki,  Özbəkistanın  müasir  inkişafı 

milli-mənəvi dəyərlərə əsaslanır. Siz bu gün bu barədə çox dəqiq 

və  aydın  danışdınız.  Mən  əvvəlki  görüşlərimizi  də  xatırlayıram, 

biz  həmişə  bu  mövzuya  toxunmuşuq.  Ölkələrimizin  və 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə