ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə85/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   81   82   83   84   85   86   87   88   ...   123

 

273 


 

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB ABDULLAH GÜLƏ 

 

Hörmətli cənab Prezident! 



Əziz qardaşım! 

Qardaş  Türkiyənin  milli  bayramı  –  Respublika  Günü 

münasibətilə Sizi və Sizin simanızda bütün Türk xalqını şəxsən 

öz  adımdan  və  Azərbaycan  xalqı  adından  səmimi-  qəlbdən 

təbrik edirəm. 

Bu  gün  Türkiyə  özünün  siyasi  nüfuzu,  iqtisadi  qüdrəti  ilə 

regionun  aparıcı  dövlətlərindən  birinə  çevrilmişdir.  Biz 

Türkiyənin  beynəlxalq  miqyasda  bütün  uğurlarına  hədsiz 

dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. 

Xalqlarımızın  yekdil  iradəsindən  qaynaqlanan  Azərbaycan–

Türkiyə  birliyi,  müttəfiqliyi  və  tərəfdaşlığı  qardaşlıq 

duyğularımızı bariz şəkildə təcəssüm etdirir. 

İkitərəfli  əməkdaşlıq  zəminində  əldə  etdiyimiz  misilsiz 

nailiyyətlər  ölkələrimizin  tərəqqisinə,  qardaş  xalqlarımızın 

rifahına,  regionumuzda  əmin-amanlığın  bərqərar  olmasına  dair 

niyyətlərimizin gerçəkləşən ifadəsidir. 

Əminəm  ki,  xalqlarımız  arasında  dərin  tarixi  kökləri  olan 

möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da bütün birgə 

işlərimizdə yeni uğurlara yol açacaqdır. 

Hörmətli  cənab  Prezident,  belə  bir  əlamətdar  gündə  Sizə 

möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyəyə daim 

sülh və çiçəklənmə diləyirəm. 

 

Dərin hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 18 oktyabr 2012-ci il 



 

 


 

274 


     TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA 

 

Hörmətli cənab Baş nazir! 



Əziz qardaşım! 

Türkiyənin  milli  bayramı  –  Respublika  Günü  münasibə-

tilə  Sizə  və  qardaş  Türk  xalqına  öz  adımdan  və  Azərbaycan 

xalqı  adından  ən  səmimi  təbriklərimizi  və  xoş  arzularımızı 

yetirirəm. 

Bu  gün  Türkiyə  özünün  siyasi  nüfuzu,  iqtisadi  qüdrəti  ilə 

regionun  aparıcı  dövlətlərindən  birinə  çevrilmişdir.  Biz 

Türkiyənin  beynəlxalq  miqyasda  bütün  uğurlarına  hədsiz 

dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. 

Dərin  tarixi  kökləri  ilə  bir-birinə  bağlı  olan,  ortaq  mənəvi 

dəyərlərdən  güc  alan  xalqlarımızın  qardaşlıq  ideallarının 

təcəssümünə  çevrilən  Azərbaycan–Türkiyə  birliyi  nümunəvi 

tərəfdaşlıq modelidir. 

Heç  şübhəsiz  ki,  bu  yaxınlarda  Yüksək  Səviyyəli  Strateji 

Əməkdaşlıq  Şurasının  birgə  keçirdiyimiz  ikinci  iclası  qarşıya 

qoyduğumuz  vəzifələr,  imzalanan  sənədlər  istər  ikitərəfli 

qaydada,  istərsə  də  regional  əməkdaşlıq  zəminində  irəli  sür-

düyümüz  məqsədlərə  çatmaq  yolundakı  səylərimizə  yeni 

təkandır. Əminəm ki, daim dərinləşən işbirliyimiz bundan sonra 

da  qardaş  xalqlarımızın  iradəsini  əks  etdirərək  ölkələrimizin 

rifahına və çiçəklənməsinə xidmət edəcəkdir. 

Hörmətli cənab Baş nazir, bayram sevincinizə qoşulur, Sizə 

möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  qardaş  Türk  xalqına 

daim əmin-amanlıq və firavanlıq diləyirəm. 

 

Dərin hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 18 oktyabr 2012-ci il 



 


 

275 


 

TÜRKMƏNİSTAN RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB QURBANQULU 

BERDIMƏHƏMMƏDOVA 

 

Hörmətli Qurbanqulu Məlikquliyeviç! 



Türkmənistanın  milli  bayramı  –  Müstəqillik  Günü 

münasibətilə  Sizə  və  Sizin  simanızda  bütün  xalqınıza  öz 

adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi 

yetirirəm. 

Əminəm  ki,  Azərbaycan  ilə  Türkmənistan  arasındakı 

ənənəvi dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlığımız 

bundan sonra da öz inkişafını müvəffəqiyyətlə davam etdirərək, 

xalqlarımızın rifahına töhfələr verəcəkdir. 

Belə  bir  xoş  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 18 oktyabr 2012-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

276 


 

ÇEX RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB VATSLAV KLAUSA 

 

Hörmətli cənab Prezident! 



Çex  Respublikasının  milli bayramı  münasibətilə  Sizə  və 

bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi  yetirməkdən 

məmnunluq duyuram. 

Bu  gün  Azərbaycan–Çexiya  münasibətləri  yüksələn  xətt 

üzrə  inkişaf  etməkdədir.  Qarşılıqlı  səfərlərimiz,  dövlətlərarası 

münasibətlərimizin müxtəlif sahələrinə dair imzalanan sənədlər 

əməkdaşlığımızın 

genişlənməsi 

üçün 

əlverişli 



zəmin 

yaratmışdır. 

Əminəm  ki,  dostluq  münasibətlərimizin  daim  möhkəm-

ləndirilməsi,  ikitərəfli  və  çoxtərəfli  qaydada  fəaliyyətimizin 

dərinləşdirilməsi  istiqamətində  birgə  səylərimizi  bundan  sonra 

da davam etdirəcəyik. 

Bu  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost Çexiya xalqına sülh və rifah diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 18 oktyabr 2012-ci il 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə