ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


AVSTRİYA RESPUBLİKASININ FEDERAL



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə86/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   82   83   84   85   86   87   88   89   ...   123

 

277 


 

AVSTRİYA RESPUBLİKASININ FEDERAL 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB HAYNTZ FİŞERƏ 

 

Hörmətli cənab Federal Prezident! 



Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz 

adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

Əminəm ki, Azərbaycan–Avstriya dostluğu və əməkdaşlığı-

nın  hərtərəfli  inkişafı  və  möhkəmlənməsi  daim  xalqlarımızın 

mənafelərinə xidmət edəcəkdir. 

Bu  bayram  günündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 

Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 18 oktyabr 2012-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

278 


 

MACARISTAN RESPUBLİKASININ  PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB YANOŞ ADERƏ 

 

Hörmətli cənab Prezident! 

Macarıstanın  milli  bayramı  münasibətilə  Sizi  və  bütün 

xalqınızı  öz  adımdan  və  Azərbaycan  xalqı  adından  səmimi- 

qəlbdən təbrik edirəm. 

Bu  gün  Azərbaycan  ilə  Macarıstan  arasındakı  dostluq  və 

əməkdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli qaydada uğurla 

inkişaf etməkdədir. Biz həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq 

istiqamətində  atdığımız  addımların  Macarıstan  tərəfindən 

dəstəklənməsindən məmnunluq duyuruq. 

Əminəm  ki,  əlaqələrimizin  bütün  sahələrdə  dərinləşməsi, 

əməkdaşlığımızın  əhatə  dairəsinin  genişlənməsi  üçün  səyləri-

mizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 

Belə  bir  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlə-

rinizdə uğurlar, dost Macarıstan xalqına sülh və rifah diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 18 oktyabr 2012-ci il 



 

 

 

 

 

 

 

 

 

 


 

279 


 

ƏLCƏZAİR XALQ DEMOKRATİK 

RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA 

 

Hörmətli cənab Prezident! 



Ölkənizin  milli  bayramı  –  İnqilab  Günü  münasibətilə 

Sizə  və  bütün  xalqınıza  öz  adımdan  və  Azərbaycan  xalqı 

adından ən səmimi təbriklərimizi yetirirəm. 

Ümidvaram  ki,  Azərbaycan–Əlcəzair  dostluğu  və  əmək-

daşlığının  xoş  ənənələrini  davam  etdirmək  üçün  bundan  sonra 

da birgə səylər göstərəcəyik. 

Belə  bir  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  iş-

lərinizdə  uğurlar,  dost  Əlcəzair  xalqına  əmin-amanlıq  və 

firavanlıq arzulayıram. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 18 oktyabr 2012-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

280 


 

BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT 

HEYƏTİNİN SƏDRİ BAKİR İZETBEQOVİÇİN 

AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ  

 

18 oktyabr 2012-ci il  



 

Azərbaycan  Respublikasına  rəsmi  səfərə  gələn  Bosniya 

və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin 

oktyabrın 18-də rəsmi qarşılanma mərasimi olmuşdur. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda 

ali qonağın şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport 

verdi. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Bos-

niya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir  İzet-

beqoviçi qarşıladı. 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Bosniya  və  Herseqovinanın 

Rəyasət Heyətinin Sədrinə raport verdi. 

Bosniya və Herseqovinanın və Azərbaycanın dövlət himnləri 

səsləndi. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir 

İzetbeqoviç Fəxri qarovul dəstəsinin qarşısından keçdilər. 

Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Azər-

baycan əsgərlərini salamladı. 

Azərbaycanın  dövlət  və  hökumət  nümayəndələri  Rəyasət 

Heyətinin Sədri Bakir İzetbeqoviçə, Bosniya və Herseqovinanın 

nümayəndə  heyətinin  üzvləri  prezident  İlham  Əliyevə  təqdim 

olundu. 

Fəxri  qarovul  dəstəsi  hərbi  marşın  sədaları  altında  Azər-

baycan  Respublikasının  Prezidentinin  və  Bosniya  və  Herse-

qovinanın Rəyasət Heyətinin Sədrinin qarşısından keçdi. 

 

 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə