ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə89/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   85   86   87   88   89   90   91   92   ...   123

 

288 


Qeyd  etdiyiniz  kimi,  əlaqələrimizi  niyyətlərdən  konkret 

hərəkətə  yönəltməyin  vaxtı  çatıb.  Məsələn,  iqtisadi  əlaqələrin 

qurulması,  nümayəndə  heyətlərinin  mübadiləsi,  sərmayə 

qoyuluşu və sairə. Bosniya və Herseqovina Azərbaycana maraq 

göstərir.  Sizin  yüksək  keyfiyyətli  və  münasib  qiymətə  təklif 

etdiyiniz  təbii  qazınız  vardır.  Böyük  qaz  istehlakçısı 

olduğumuza  görə  biz  alternativlər  axtarmalıyıq.  Biz  Sizin 

sərmayələrinizdə də maraqlıyıq. 

Bosniya  və  Herseqovinada  kənd  təsərrüfatı  və  sənayenin 

müxtəlif  sahələrinin  inkişafına  maraq  vardır.  Bizdə  turizmin 

inkişafı  üçün  imkanlar  mövcuddur.  İlk  növbədə,  qarşılıqlı 

səfərlər  həyata  keçirməliyik.  Bu  gün  biz  bir  sıra  sənədlər 

imzaladıq  ki,  bunlar  da  ölkələrimiz  arasında  daha  asan 

münasibətlər qurmağa, nümayəndə heyətlərinin, iş adamlarının 

qarşılıqlı səfərlərini və digər məsələləri mümkün edir. Əminəm 

ki, Sizin dediyiniz kimi, bizi gələcəkdə daha yaxşı münasibətlər 

gözləyir. 

İstərdim  Sizi  yenidən  Bosniya  və  Herseqovinaya  səfərə 

dəvət  edim.  Bildiyimə  görə,  Siz  təqribən  14  il  əvvəl  çox 

hörmətli  atanızla  bizim  ölkədə  səfərdə  olmusunuz.  Zənnimcə, 

bizim  gözəl  ölkəmizə  bir  daha  səfər  etmənizin  vaxtı  çatıb. 

Düşünürəm  ki,  Azərbaycana  səfərə  gələcək  bosniya  və 

herseqovinalılar  mənim  kimi,  Sizin  ölkənizin  və  paytaxtınızın 

gözəlliyinə  heyran  olacaqlar.  Nümayəndə  heyətimizin  üzvləri 

və  mən  Bakının  gözəlliyinə  heyran  qaldıq.  Bir  daha  təşəkkür 

edirəm. 



 

289 


 

ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ 

ZİYAFƏTDƏ İŞTİRAK   

 

18 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 

adından  oktyabrın 18-də  ölkəmizdə rəsmi səfərdə olan Bosniya 

və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin 

şərəfinə rəsmi ziyafət verilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

Bosniya  və  Herseqovinanın  Rəyasət  Heyətinin  Sədri  Bakir 

İzetbeqoviç ziyafətdə çıxış etdilər. 

 

       Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  

 

Cənab Sədr! 

Birinci xanım! 

Hörmətli qonaqlar! 

Sizi  ölkəmizdə  bir  daha  salamlamaq  istəyirəm.  Çox  şadam 

ki, Siz ölkəmizdə səfərdəsiniz. Sizin bu gün və sabah çox gərgin 

səfər  proqramınız  vardır.  Əminəm  ki,  ölkəmizlə  daha  da 

yaxından  tanışlıq,  insanlarla  ünsiyyət  Azərbaycan  haqqında 

Sizdə maraqlı təəssürat yaradacaqdır. 

Bu  gün  görüşümüz  zamanı  da  qeyd  etdiyim  kimi,  biz 

ölkələrimiz  arasında  daha  sıx  və  səmimi  əlaqələri  yenidən 

qurmalıyıq.  Sarayevo  və  Bakı  arasında  qardaşlaşmış  şəhərlər 

razılaşmasından 40 il sonra Bosniya və Herseqovinanın Rəyasət 

Heyətinin Sədri münasibətlərimizin tarixində ölkəmizə ilk dəfə 

rəsmi səfər edib. Əminəm  ki, ölkələrimiz arasındakı əlaqələrin 

inkişafı uğurla davam etdiriləcəkdir.  

Bu  gün  apardığımız  müzakirələr  və  imzaladığımız  sənədlər 

ikitərəfli  münasibətlərin  inkişafına  çox  yaxşı  zəmin  yaradır. 

Əminəm  ki,  hökumətlərimiz  arasında  daha  çox  razılaşmalara 

nail  olmaq  üçün  bundan  sonra  da  qanunvericilik  formatı  ilə 




 

290 


bağlı  fəal  iş  aparmalıyıq.  Bu  bizim  əməkdaşlığımız  üçün 

vacibdir.  Lakin  bütün  səviyyələrdə  daha  çox  təmaslara 

ehtiyacımız  var:  siyasi,  işgüzar,  ictimai  və  mədəniyyət 

xadimləri səviyyəsində. İndiyə qədər siyasi əlaqələr, beynəlxalq 

təşkilatlarda  qarşılıqlı  dəstək  və  eləcə  də iqtisadi  əməkdaşlığın 

yaxşı  perspektivləri  üçün  çox  möhkəm  zəmin  yaratmışıq. 

Əminəm ki, qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcək 

və möhkəmlənəcəkdir. 

Bir  daha  qeyd  edirəm  ki,  bu  gün  tarixi  bir  gündür.  Mən 

Sizinlə  görüşməyimə  çox  şadam.  Əminəm  ki,  ölkəmizə  səfə-

rinizi  unutmayacaqsınız.  Bir  daha  Azərbaycana  «Xoş  gəlmi-

siniz!» – deyirəm. 



 

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin 

Sədri  Bakir İzetbeqoviçin çıxışı 

 

 Təşəkkür  edirəm,  cənab  Prezident!  Olduqca  səmimi  qəbula 



görə  minnətdaram.  Mən  deməliyəm  ki,  şəhərinizin  gözəlliyi  bizi 

heyran edib. Şəhərinizin təmizliyi və gözəlliyi bizə son dərəcə xoş 

təəssürat  bağışlayır.  Sözün  əsl  mənasında,  çox  abad  və  gözəl 

şəhərdir.  Bu  sizin  necə  xalq  olduğunuz  haqqında  çox  şey  deyir. 

Sizin  də  qeyd  etdiyiniz  kimi,  bizim  oxşar  cəhətlərimiz,  bənzər 

tariximiz  vardır.  Ölkələrimiz  və  xalqlarımızın  üzləşdikləri 

reallıqlar, 1990-cı, 1992-ci, 2003-cü illərdə baş verənlər və bir sıra 

ağrılı hadisələr bizi birləşdirir. Bu gün də qeyd etdiyim kimi, biz 

həmişə Sizin yanınızda olacağıq. 

20  il  əvvəl  burada  baş  verdiyi  kimi,  sərhədlərin  zorakılıqla 

dəyişdirilməsi qeyri-mümkün və qəbuledilməzdir. Beləliklə, biz 

ölkəmizin  ərazi  bütövlüyü  naminə  mübarizəmizi  sülh  yolu  ilə 

davam  etdirəcəyik.  Düşünürəm  ki,  gələcəyimiz  daha  parlaq  və 

daha yaxşı olacaqdır.  

Mən  Sizə  ən  xoş  arzularımı  çatdırıram.  Siz  bizim  dəstəyi-

mizə etibar edə bilərsiniz. Mən Sizin Bosniya və Herseqovinaya 

səfər  etmənizi  və  ölkələrimizin  birlikdə  sərmayələr  qoymasını 

gözləyirəm. Təşəkkür edirəm.           




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə