291
HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ
18 oktyabr 2012-ci il
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya
və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç
və xanımı Sebiya İzetbeqoviç oktyabrın 18-də Heydər Əliyev
Fondunda olmuşlar.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçi Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev qarşıladı.
Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli
liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti
barədə məlumat verildi.
Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və
təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata
keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına
və tarixinin öyrənilməsinə köməklik göstərir.
Bakir İzetbeqoviç və xanımı ulu öndərin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid
fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.
Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ulu
öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən
şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərə-
findən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-
iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin
fəaliyyətinin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən
müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv
bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə,
dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri
hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm,
mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan
dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici
293
ABŞ-ın NƏQLİYYAT KOMANDANLIĞININ
KOMANDANI UİLYAM FREYZERİN BAŞÇILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
18 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 18-də ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı
Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş
Ştatları arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə
olduğu vurğulandı, bu münasibətlərin müxtəlif sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə edildi.
Görüşdə, həmçinin beynəlxalq terrorizmə qarşı birgə müba-
rizə, regional sülhün və sabitliyin təmin olunması məsələlə-
rindən danışıldı, Azərbaycanın Əfqanıstandakı sülhməramlı
missiyada birbaşa və daşımalar yolu ilə iştirakının əhəmiyyəti
yüksək qiymətləndirildi, əməkdaşlığımızın bundan sonra da
genişlənəcəyinə əminlik vurğulandı.
294
«CONOCOPHİLLİPS» ŞİRKƏTİNİN PREZİDENTİ
RYAN LANSIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
19 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 19-da «ConocoPhillips» şirkətinin prezidenti Ryan
Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
«ConocoPhillips» şirkətinin prezidenti Ryan Lans Azər-
baycanda xarici investorlar üçün əlverişli mühitin yaradıldı-
ğını, enerji ilə bağlı əməkdaşlıq sahəsində ölkəmizdə şəffaflığın
olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın uzun illər dünyanın bir
çox nüfuzlu enerji şirkətləri ilə uğurlu əməkdaşlığından məm-
nunluğunu ifadə etdi.
Görüşdə Azərbaycan ilə «ConocoPhillips» şirkəti arasında
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.