ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə82/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   78   79   80   81   82   83   84   85   ...   123

 

262 


təşkilata  üzv  olan  ölkələrlə  bizim  çox  səmərəli  iqtisadi 

əlaqələrimiz  vardır.  Bu  da  təbiidir,  çünki  bizim  siyasi 

əlaqələrimiz çox yüksək səviyyədədir və iqtisadi sektor, əlbəttə 

ki,  bu  səviyyəyə  uyğun  olmalıdır.  Mən  əminəm  ki,  bu  zirvə 

görüşünün  yekunları  və  qəbul  ediləcək  qərarlar  aramızda  olan 

ticarət  dövriyyəsinin  artırılmasına  daha  da  böyük  təkan 

verəcəkdir və beləliklə, biz bir-birimizi iqtisadi yollarla, iqtisadi 

amillərlə daha da çox dəstəkləyəcəyik. 

2  il  bundan  əvvəl  ECO-nun  İstanbulda  keçirilən  zirvə 

görüşündə Azərbaycan söz vermişdi və öhdəlik götürmüşdü ki, 

ECO  Bankının  səhmdarına  çevriləcəkdir,  ECO  Bankına  üzv 

olacaqdır.  Məmnuniyyət  hissi  ilə  deyə  bilərəm  ki,  bu,  artıq 

reallıqdır.  Azərbaycan  ECO  Bankının  səhmdarıdır  və  öz 

tərəfindən  üzv  olan  ölkələrdə  həyata  keçirilən  vacib 

infrastruktur  və  iqtisadi  layihələrdə  fəal  iştirak  etmək  əzmin-

dədir.  Həm  bank  vasitəsilə,  həm  də  investor  kimi.  Hazırda 

Azərbaycan  öz  investisiyalarını  ölkənin  hüdudlarından  kənara 

qoymağa  başlamışdır.  Bu  investisiyalar  milyardlarla  dollar 

səviyyəsindədir.  Biz  yeni  bazarlara  çıxmaq  üçün  araşdırma 

işləri  aparırıq.  Əlbəttə  ki,  investisiyanın  qoyuluşu  üçün  biz  ilk 

növbədə  özümüzə  dost,  qardaş  bildiyimiz  ölkələrə  üz  tuturuq. 

Hesab  edirəm  ki,  zirvə  görüşü  çərçivəsində  və  ondan  sonra 

nümayəndə  heyətlərinin,  iqtisadiyyat  nazirlərinin  birgə 

fəaliyyəti  nəticəsində  qarşılıqlı  investisiyaların  istiqaməti  və 

həcmi haqqında daha da geniş müzakirə aparıla bilər. Biz bunun 

tərəfdarıyıq. 

Azərbaycan region üçün vacib olan çox mühüm infrastruktur 

layihələrini  icra  edir.  Onların  arasında,  əlbəttə  ki,  enerji 

infrastrukturunun  yaradılması  layihələri  ön  plandadır.  Bizim 

təşəbbüsümüzlə  son  illər  ərzində  şaxələndirilmiş  neft-qaz 

kəmərləri 

şəbəkəsi 

yaradılmışdır 

ki, 


hazırda 

enerji 


resurslarımızı  müxtəlif  istiqamətlər  üzrə  dünya  bazarlarına 

çıxarır.  Çox  şadam  ki,  bu  təşəbbüslər  region  ölkələrinin 

marağındadır  və  regionda  yerləşən  ölkələr  də  bu  təşəbbüsləri 

dəstəkləyirlər.  Enerji  sahəsində  fəaliyyətimiz,  əlbəttə  ki,  milli 




 

263 


maraqlarımızı  təmin  edir,  enerji  təhlükəsizliyi  məsələlərini  də 

gücləndirir və bu sahədə yeni imkanlar açılır. 

Nəqliyyat  sektorunda  təşəbbüslərimiz  və  fəaliyyətimiz,  hesab 

edirəm ki, ümumi maraqlarımıza xidmət edir. Azərbaycan Şimal–

Cənub  və  Şərq–Qərb  nəqliyyat  dəhlizlərinin  fəaliyyəti  üçün 

praktiki  tədbirlər  görür.  Bizim  coğrafi  vəziyyətimiz  elədir  ki, 

Azərbaycan  təkcə  coğrafi  vəziyyətinə  görə  nəqliyyat  sahəsində 

regional  mərkəzə  çevrilə  bilər.  Bizim  investisiyalarımız  –  yeni 

yaradılan  dəniz  limanları,  dəmir  yolu  xətləri,  avtomobil  yolları, 

hava  nəqliyyatının  təkmilləşdirilməsi  layihələri  Bakını  nəqliyyat 

mərkəzinə çevirmək üçün gözəl imkanlar yaradır. Yaxın vaxtlarda 

tikintisi  başa  çatacaq  Bakı–Tbilisi–Qars  dəmir  yolu  isə  öz 

növbəsində,  ECO-ya  üzv  olan  bütün  ölkələrin  xidmətində 

olacaqdır.  Çünki  bu  dəmir  yolu  təkcə  Azərbaycanı  Türkiyə  ilə 

birləşdirmir. Bu yol əslində qitələri birləşdirir və əgər ECO-ya üzv 

olan  ölkələrin  xəritəsinə,  bizim  təşkilatımızın  xəritəsinə  baxsaq 

görərik  ki,  bu  yol  hamımız  üçün  çox  səmərəli,  çox  əhəmiyyətli 

olacaqdır. Bu, strateji layihədir, geosiyasi və geoiqtisadi vəziyyəti 

xeyli dərəcədə yaxşılaşdıracaq bir layihədir. Mən çox şadam ki, bu 

layihə artıq yaxın zamanlarda reallaşacaqdır. 

Əziz  qonaqlar,  bir  daha  demək  istəyirəm  ki,  Azərbaycan 

ECO-nun  fəaliyyətinə  çox  böyük  önəm  verir.  ECO-nun 

fəaliyyəti  bu  günə  qədər  çox  uğurlu  idi.  Bu  təşkilat  dünya 

miqyasında  öz  layiqli  yerini  tuta  bilmişdir.  Təşkilata  üzv  olan 

ölkələrin böyük iqtisadi potensialının mövcudluğu bizi daha da 

gücləndirir. Əminəm ki, növbəti mərhələlərdə konkret layihələr 

üzərində  işləməyimiz  təşkilatı  daha  da  gücləndirəcək  və 

iqtisadi,  siyasi,  mədəniyyət  sahələrində  təşəbbüslərimiz  ancaq 

və  ancaq  qarşılıqlı  etimadın  gücləndirilməsinə  xidmət 

göstərəcəkdir. 

Mən  bir  daha  sizin  hamınızı  Azərbaycanda  səmimiyyətlə 

salamlayıram.  Əminəm  ki,  ECO-nun  Bakı  zirvə  görüşü  uğurlu 

olacaq və zirvənin nəticələri təşkilatı daha da gücləndirəcəkdir. 

* * * 


 


 

264 


Sonra  çıxış  edən  Əfqanıstan  İslam  Respublikasının  Prezi-

denti  Həmid  Kərzai  zirvə  toplantısının  yüksək  səviyyədə 

təşkilinə  görə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevə təşəkkürünü bildirdi. 

Bu  günədək  İƏT-in  uğurlu  fəaliyyət  göstərdiyini  və  bundan 

sonra  da  yeni  nailiyyətlərə  imza  atılacağını  vurğulayan  Əfqa-

nıstan prezidenti ölkəsində həyata keçirilən layihələr və cərəyan 

edən  proseslər  haqqında  məlumat  verdi.  Prezident  Həmid 

Kərzai  qeyd  etdi  ki,  bir  çox  ölkələr  terrordan  əziyyət  çəkir. 

Bunlardan  biri  də  Əfqanıstandır.  Əfqanıstan  ilə  yanaşı, 

regionun  digər  ölkələri  də  terrordan  əziyyət  çəkirlər.  Əfqanıs-

tan prezidenti bütün bunların qarşısının alınması üçün səylərin 

birləşdirilməsini təklif etdi. 

İran  İslam  Respublikasının  Prezidenti  Mahmud  Əhmə-

dinejad İƏT-in üzvü olan ölkələrin yerləşdiyi regionda yaşanan 

problemlərin  həllində  birgə  fəaliyyətin  genişləndirilməsinin 

vacibliyini vurğuladı. Bu ölkələrdə təbii ehtiyatlardan səmərəli 

istifadə edilməsi və yeni layihələrin həyata keçirilməsində zirvə 

görüşlərinin  əhəmiyyətindən  danışan  İran  prezidenti  bu 

baxımdan  Bakı  toplantısının  da  mühüm  hadisə  olduğunu  vur-

ğuladı.  Prezident  Mahmud  Əhmədinejad  bildirdi  ki,  bu  zirvə 

toplantısı İƏT-in üzvü olan ölkələrin iqtisadi əlaqələrinin daha 

da möhkəmlənməsinə yeni töhfələr verəcəkdir. 

İƏT-də  sədrliyi  dövründə  Türkiyənin  fəaliyyətini  yüksək 

qiymətləndirən  İran  prezidenti  Azərbaycanın  sədrliyi  ilə 

təşkilatın daha böyük uğurlara imza atacağına əminliyini ifadə 

etdi. 

 Pakistan  İslam  Respublikasının  Prezidenti  Asif  Əli  Zərdari 



zirvə  toplantısının  yüksək  səviyyədə  təşkil  olunduğuna  görə 

Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirdi. Pakistan 

prezidenti qeyd etdi ki, ötən İstanbul zirvə toplantısından sonra 

İƏT-in  üzvü  olan  ölkələr  arasında  əlaqələr  daha  da 

dərinləşmişdir.  Əməkdaşlıq  iqtisadiyyatın  müxtəlif  sahələrini 

əhatə  etmiş  və  üzv  ölkələr  arasında  sərmayə  yatırımları 

artmışdır. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə