ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə78/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   74   75   76   77   78   79   80   81   ...   123

 

249 


xalqlarımızın  dünya  xəritəsində  rolu  və  yeri  barədə  söhbət 

açmışıq.  Məhz  bizim  milli  ənənələrimizin  qorunması, 

möhkəmləndirilməsi,  bu  ənənələrin  gənc  nəslə  çatdırılması  və 

xalqlarımızın  mənəvi  dəyərlərinin  qorunması  məsələsini  tam 

qarşılıqlı anlaşma ruhunda müzakirə etmişik. 

 

      Özbəkistan prezidenti İslam Kərimovun çıxışı  

 

Hörmətli İlham Heydər oğlu! 

Hörmətli azərbaycanlı dostlarımız! 

Mən  nümayəndə  heyəti  adından,  burada  iştirak  edənlərin 

adından  Sizə  dediyiniz  xoş  sözlərə  görə,  ilk  növbədə,  bizim, 

hansı  ki  1  il  deyil,  1  əsr  deyil,  uzun  müddət  davam  edən 

əməkdaşlığımıza,  səmimi  dostluğumuza  verdiyiniz  qiymətə 

görə ürəkdən təşəkkür etmək istəyirəm. 



2008-ci  ildə  ölkəmizə  səfərini  məmnunluqla  xatırladan 

prezident  İslam  Kərimov  respublikamıza  indiki  səfəri  zamanı 

Azərbaycanda  daha  böyük  inkişafın  şahidi  olduğunu  dedi. 

Özbəkistan  dövlətinin  başçısı  respublikamızın  paytaxtında 

sürətli  inkişafın  getdiyini,  nəhəng  tikinti,  yenidənqurma  və 

abadlıq  işlərinin  aparıldığını,  Bakının  daha  da  gözəlləşdiyini 

vurğuladı. 

Mən  Sizi,  Azərbaycanın  liderini,  bütün  Azərbaycan 

rəhbərliyini  və  hamınızı,  əziz  dostlar  –  Siz  bu  cür  müraciəti 

qəbul  edirsinizsə,  Sizə  başqa  cür  müraciət  edə  bilmirəm  – 

məncə,  hələ  Heydər  Əliyev  dövründə  başlayan  quruculuq 

prosesinin  nəinki  davam  etməsi,  artıq  həm  də  yeni  mərhələyə 

qədəm  qoymuş  inkişaf  dinamikası  münasibətilə  təbrik  etmək 

istəyirəm. 

Mən  ötən  əsrin  30-cu  illərini  xatırlatmaq  istəyirəm.  Həmin 

dövrdə  kütləvi  repressiyalar,  terror,  ədalətsizlik  vaxtı  10 

minlərlə  azərbaycanlı  Özbəkistanda  sığınacaq  tapdı.  Qo-

naqpərvər  və  dost  özbək  xalqı  deportasiya  olunanları  özlərinin 

doğmaları kimi qəbul etdi, bir tikə çörəklərini onlarla bölüşdü. 

Bu  gün  onların  övladları  olan  40  mindən  çox  azərbaycanlı 




 

250 


ölkəmizin bir çox xalqları və millətləri ilə dinc yanaşı yaşayır, 

suveren  Özbəkistanın  inkişafına  layiqli  töhfələrini  verirlər.  Bu 

gün təkcə son illər ölkəmizin 27 azərbaycanlı nümayəndəsinin – 

alimlərin,  müəllimlərin,  inşaatçıların,  hərbi  xidmətçilərin, 

ümumxalq  məhəbbəti  qazanmış  mədəniyyət  və  incəsənət 

xadimlərinin  yüksək  dövlət  mükafatlarına  və  adlarına  layiq 

görülməsi  onların  bizim  cəmiyyətdə  layiqli  rol  oynadıqlarına 

əyani sübutdur. 



Özbəkistan dövlətinin başçısı Azərbaycanın müasir tarixində 

ulu  öndər  Heydər  Əliyevin  müstəsna  xidmətlərini  xüsusi 

vurğuladı. 

Bu  gün  ildən-ilə  yeni  görkəm  alan  gözəl,  bənzərsiz  Bakını 

gəzərkən  mən  Azərbaycan  xalqının  görkəmli  oğlu  Heydər 

Əliyevə  onun  sadəcə,  insani  keyfiyyətlərinə,  müdrikliyinə, 

uzaqgörənliyinə və güclü siyasi iradəsinə görə dərin ehtiramımı 

bildirmək istəyirəm. O, böyük həyat yolu keçmiş insan idi. 



Prezident  İslam  Kərimov  Azərbaycan  ilə  Özbəkistan  ara-

sında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi üçün hər iki 

ölkənin  böyük  potensial  imkanlara  malik  olduğunu  dedi. 

Özbəkistan  dövlətinin  başçısı  ölkələrimiz  arasında  ikitərəfli 

münasibətlərin  inkişafı  üçün  yaxşı  perspektivin  olduğunu 

bildirdi  və  bundan  sonra  da  əlaqələrimizin  daha  da  möhkəm-

lənəcəyinə əminliyini ifadə etdi. 

 

 



 

 

 

 

 

 

 

 

 

 


 

251 


 

DÖVLƏT BAYRAĞI MEYDANINI VƏ  

HEYDƏR ƏLİYEV MƏRKƏZİNİ ZİYARƏT  

 

12 oktyabr 2012-ci il  



 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 

ölkəmizdə  rəsmi  səfərdə  olan  Özbəkistan  Respublikasının 

Prezidenti  İslam  Kərimov  oktyabrın  12-də  Dövlət  Bayrağı 

Meydanında olmuşlar. 

Sonra  dövlət  başçıları  Heydər  Əliyev  Mərkəzinə  gəldilər. 

Prezident  İlham  Əliyev  dünya  memarlığının  nadir  incilərindən 

sayılan  Heydər  Əliyev  Mərkəzi  barədə  Özbəkistan  dövlətinin 

başçısına məlumat verdi. Qeyd edildi ki, 2007-ci ildə bünövrəsi 

qoyulan Mərkəz bu il mayın 10-da – ulu öndər Heydər Əliyevin 

doğum  günündə  açılmışdır.  Mərkəz 16  hektar  ərazidə  yerləşir. 

Burada  əsaslı  abadlıq  və  yaşıllaşdırma  işləri  aparılmışdır.  Bu 

mədəniyyət ocağı dünya şöhrətli memar Zaha Hadidin layihəsi 

əsasında  tikilib.  Beynəlxalq  səviyyədə  nadir  memarlıq 

nümunələrindən biri olan, müasirliyi özündə dolğun ehtiva edən 

və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı 

siyahısına daxil edilmişdir. 

Özbəkistan  prezidenti  İslam  Kərimovun  diqqətinə  çatdırıldı 

ki,  ulu  öndərin  tükənməz  irsinin  təbliği  baxımından  mühüm 

əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzində rəsmi qəbullar, 

müxtəlif  beynəlxalq  səviyyəli  konfranslar,  iclaslar,  mədəniyyət 

və  digər  tədbirlərin  keçirilməsi  üçün  hər  cür  şərait 

yaradılmışdır.  Qeyd  edildi  ki,  Mərkəzin  açılışından  sonra 

burada bir neçə yüksək səviyyəli, o cümlədən beynəlxalq tədbir 

keçirilmişdir. 

Ali  qonaq  Heydər  Əliyev  Mərkəzindən  zəngin  təəssüratla 

ayrıldı. 

 

 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə