ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


ABŞ DÖVLƏT KATİBİNİN AVROPA VƏ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə79/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   75   76   77   78   79   80   81   82   ...   123

 

252 


 

ABŞ DÖVLƏT KATİBİNİN AVROPA VƏ 

AVRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ 

ERİK RUBİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ 

HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

13 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  13-də  ABŞ  Dövlət  katibinin  Avropa  və  Avrasiya 

məsələləri  üzrə  müşaviri  Erik  Rubinin  başçılıq  etdiyi  nüma-

yəndə heyətini qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  Respublikası  ilə  Amerika  Birləşmiş 

Ştatları  arasında  ikitərəfli  münasibətlərin  müxtəlif  sahələrdə 

inkişafından  məmnunluq  ifadə  edildi,  iqtisadi  sahədə  əlaqə-

lərimizin  daha  da  genişləndirilməsi  üçün  böyük  imkanların 

olduğu vurğulandı. 

Görüşdə,  həmçinin  ölkələrimiz  arasında  enerji  sahəsində 

yüksək səviyyəli əməkdaşlığın önəmi qeyd olundu, Ermənistan–

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizama  salınması 

ilə  bağlı  danışıqların  hazırkı  vəziyyəti  və  digər  məsələlər 

ətrafında fikir mübadiləsi aparıldı. 

 

 

 



 

 

 

 

 

 

 

 


 

253 


 

UEFA-nın PREZİDENTİ MİŞEL PLATİNİ  İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı  



 

13 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  13-də  UEFA-nın  prezidenti  Mişel  Platinini  qəbul 

etmişdir. 

Görüşdə  FİFA  U-17  qadınlararası  futbol  üzrə  dünya  çem-

pionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından 

məmnunluq  ifadə  edildi,  yarışların  ölkəmizdə  böyük  maraqla 

izlənildiyi bildirildi. 

Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, 

o  cümlədən  futbolun  inkişaf  etdirilməsi  istiqamətində  həyata 

keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulandı. 

 

 



 

254 


 

FUTBOL ÜZRƏ «FIFA U-17 QADINLARARASI 

DÜNYA ÇEMPİONATI AZƏRBAYCAN–2012»nin  

FİNAL OYUNUNDA İŞTİRAK 

 

Tofiq Bəhramov adına Respublika stadionu 



 

13 oktyabr 2012-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  13-də 



Bakıda  Tofiq  Bəhramov  adına  Respublika  stadionunda  futbol 

üzrə «FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–

2012»nin  final  oyununa  baxmışdır.  Finalda  Fransanın  və 

Koreya  Xalq  Demokratik  Respublikasının  komandaları  qarşı-

laşmışdı. 

Avropa  Futbol  Federasiyaları  Assosiasiyasının  prezidenti 

Mişel  Platini,  FIFA  İcraiyyə  Komitəsinin  üzvü  Lydia  Nsekera, 

beynəlxalq  və  milli  futbol  qurumlarının  rəhbərləri  də  final 

oyununu izləmişlər. 

Mundialda Fransa komandası qalib gəldi. 

Həlledici  oyunun  əsas  hissəsi  komandaların  bərabərliyi 

(1:1)  ilə  başa  çatdı.  Oyundan  sonrakı  penalti  zərbələrini  daha 

dəqiq  yerinə  yetirən  (7:6)  Fransa  futbolçuları  «FIFA  U-17 

qadınlararası  dünya  çempionatı  Azərbaycan–2012»nin  kubo-

kuna sahib oldu. 

Sonra təntənəli mükafatlandırma mərasimi keçirildi. 

Əvvəlcə final oyununun hakimləri mükafatlandırıldılar. 

«Fair play» – ədalətli oyun mükafatına Yaponiya komandası 

layiq görüldü. 

Daha  sonra  çempionatın  ən  məhsuldar  futbolçusu,  ən  yaxşı 

qapıçısı və ən yaxşı oyunçusu mükafatlandırıldı. 

Çempionatı üçüncü yerdə başa vuran Qana millisinə bürünc 

medallar təqdim olundu. 


 

255 


Final  oyununda  məğlub  olan  Koreya  Xalq  Demokratik 

Respublikasının  komandası  gümüş  medallarla  mükafatlan-

dırıldı. 

Mundialın qalibi Fransa yığmasına qızıl medallar və dünya 

çempionatının kuboku təqdim olundu. 

Mükafatları  Azərbaycan  prezidenti  İlham  Əliyev,  UEFA-nın 

prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia 

Nsekera və başqaları təqdim etdilər. 

Mükafatlandırma  mərasimindən  sonra  yaşıl  meydançadakı 

səhnəyə çıxan dünya şöhrətli müğənni Şakiranı 27 min azarkeş 

hərarətlə qarşıladı. 

Bununla da Azərbaycanın ev sahibliyi etdiyi daha bir dünya 

çempionatı  başa  çatdı.  Beynəlxalq  yarışları  keçirməkdə  böyük 

təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşadək qadınlar 

arasında  dünya  çempionatı  yüksək  səviyyədə  keçirildi.  Bu, 

Azərbaycanda  keçirilən  ilk  böyük  FIFA  tədbiri  və  Avrasiyada 

baş  tutan  ilk  U-17  qadınlararası  dünya  çempionatı  idi.  Çem-

pionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, 

Nigeriya,  Qana,  Qambiya,  ABŞ,  Kanada,  Meksika,  Braziliya, 

Uruqvay,  Kolumbiya,  Yeni  Zelandiya,  Fransa,  Almaniya  və  ev 

sahibi  Azərbaycanın  milli  komandaları  birincilik  uğrunda 

mübarizə aparmışlar. 

Dünya  çempionatının  oyunları  paytaxt  Bakı  ilə  yanaşı, 

Lənkəran  şəhərində  də  keçirilmişdir.  Çempionat  üçün  5-i 

Bakıda,  1-i  isə  Lənkəranda  olmaqla,  6  stadion  ayrılmışdı.  Bu 

stadionlardan  3-ü  mundiala  hazırlıq  işləri  çərçivəsində  inşa 

olunmuşdur. 

Dünya çempionatının açılışı mərasimində iştirak edən FIFA-

nın prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar mundialın 

yüksək  səviyyədə  təşkil  olunduğunu  dəfələrlə  xüsusi  vurğu-

ladılar. 

 

 

 



 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə