ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə81/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   77   78   79   80   81   82   83   84   ...   123

 

259 


 

 

         * * *  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi 

Əməkdaşlıq  Təşkilatının  (İƏT)  XII  zirvə  toplantısında  nitq 

söylədi:  

 

– Hörmətli xanımlar və cənablar! 



Hörmətli nümayəndə heyətlərinin başçıları! 

Əziz qonaqlar, əziz dostlar! 

Mən  sizin  hamınızı  Azərbaycanda  səmimiyyətlə  salamla-

yıram. Azərbaycana xoş gəlmisiniz! 

Məni  zirvə  görüşünün  sədri  seçdiyiniz  üçün  sizə  minnət-

daram.  Sizi  əmin  etmək  istəyirəm  ki,  Azərbaycan  ECO-nun 

sədri  kimi,  əlindən  gələni  edəcək  ki,  təşkilat  daha  da  inkişaf 

etsin,  konkret  layihələr  üzərində  işləsin  və  təşkilata  üzv  olan 

ölkələr arasında dostluq, qardaşlıq əlaqələri daha da genişlənsin. 

Fürsətdən  istifadə  edərək,  son  2  il  ərzində  təşkilata  sədrlik 

etmiş  Türkiyə  Respublikasına  və  onun  rəhbərliyinə  uğurlu 

fəaliyyət üçün minnətdarlığımı bildirmək istəyirəm. 

Bizim  zirvə  görüşümüz  çox  əlamətdar  tarix  ərəfəsində  baş 

verir.  1992-ci  ilin  noyabrında  ECO-ya  yeni  7  üzv  daxil 

olmuşdur.  Onlardan  biri  də  Azərbaycan  idi.  Demək  olar  ki,  o 

vaxtdan  bu  günə  qədər  təşkilatın  yeni  dövrü  başlamışdır. 

Azərbaycan  öz  tərəfindən  bütün  dövrlərdə  ECO  təşkilatının 

fəaliyyətinə böyük önəm vermişdir və biz hesab edirik ki, ECO-

nun  uğurlu  fəaliyyəti  bütün  üzv  ölkələrin  marağındadır.  Çünki 

bizi  həm  ortaq  tarix,  həm  də  iqtisadi  və  siyasi  maraqlar 

birləşdirir. 

Ortaq  tarixə  gəldikdə  deyə  bilərəm  ki,  xalqlarımız  əsrlər 

boyu  bir  yerdə  olmuş,  yaşamış,  yaratmışlar,  bir-birinə  daim 

dayaq  olmuşlar.  Təşkilatımızın  bu  tarixi  irs  üzərində  forma-

laşması,  hesab  edirəm  ki,  çox  əlamətdar  hadisədir.  Bizi 

ənənələrimiz, dinimiz – islam dini birləşdirir və biz çalışırıq ki, 

islam  mədəniyyətinin  təbliği  üçün  öz  səylərimizi  göstərək. 

2009-cu ildə Bakı şəhəri «İslam  mədəniyyətinin paytaxtı» elan 




 

260 


edilmişdi  və  biz  bu  şərəfli  missiyanı  uğurla  yerinə  yetirdik. 

2018-ci  ildə  isə  Azərbaycanın  digər  qədim  şəhəri  –  Naxçıvan 

şəhəri  «İslam  mədəniyyətinin  paytaxtı»  olacaqdır.  Bu,  islam 

dünyasının  bizə  olan  böyük  etimadının  və  hörmətinin 

əlamətidir.  Biz  öz  növbəmizdə  dünyada  islam  həmrəyliyinin 

gücləndirilməsi  üçün  səylərimizi  göstəririk.  Bəzi  ölkələrdə 

islamofobiya meyillərinin gücləndirilməsi bizi çox narahat edir, 

islam  müqəddəslərinin  təhqir  olunması  bizi  haqlı  olaraq 

hiddətləndirir.  Biz  öz  növbəmizdə  islamı  sülh,  qardaşlıq, 

mərhəmət  dini  kimi,  dünyaya  daha  da  geniş  şəkildə  təqdim 

etməliyik. Hesab edirəm ki, təşkilatımızın istiqamətlərindən biri 

də bu olmalıdır. 

Təşkilata üzv olan ölkələr arasında siyasi əlaqələr də yüksək 

səviyyədədir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi qarşılıqlı 

surətdə dəstəkləyirik. Keçən il təşkilata üzv olan ölkələrin fəal 

iştirakı və dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına 

üzv  seçilmişdir.  Bu  fürsətdən  istifadə  edərək,  bizi  dəstəkləyən 

bütün  qardaş  ölkələri  qeyd  edirəm,  onlara  minnətdarlığımı 

bildirmək istəyirəm. Azərbaycan da öz növbəsində ECO-ya üzv 

olan  ölkələrin  milli  maraqlarının  müdafiəsi  üçün  bütün 

beynəlxalq  arenalarda  fəal  iştirak  edir.  Qarşılıqlı  dəstək  və 

qarşılıqlı anlaşma, əlbəttə ki, təşkilatımızı da gücləndirəcəkdir. 

Bizim  üçün  ən  ağrılı  problem  olan  Ermənistan–Azərbaycan, 

Dağlıq  Qarabağ  problemi  ilə  bağlı  ECO-ya  üzv  olan  ölkələrin 

mövqeyini  yüksək  qiymətləndiririk  və  bu  mövqe  bu  gün 

müzakirə  ediləcək  sənədlərin  tərkibinə  salınıbdır.  Bildiyiniz 

kimi,  uzun  illərdir  ki,  ölkəmizin  beynəlxalq  birlik  tərəfindən 

tanınmış  ərazi  bütövlüyü  pozulub,  Ermənistan  Azərbaycana 

qarşı  hərbi  təcavüz  etmişdir.  Bu  təcavüz  və  işğal  nəticəsində 

torpaqlarımızın        20  faizi  ermənilərin  işğalı  altındadır,  1 

milyondan  artıq  azərbaycanlı  öz  doğma  Vətənində  qaçqın-

köçkün  vəziyyətinə  düşüb.  Bizə  qarşı  etnik  təmizləmə  siyasəti 

aparılıb.  1992-ci  ildə  ermənilər  tərəfindən  Xocalı  soyqırımı 

törədilmişdir  ki,  yüzlərlə  günahsız  insan  –  onların  arasında 

qadın, uşaq, yaşlı insanlar vardır – qətlə yetirilmişdir. Dünyada 



 

261 


Xocalı  soyqırımını  soyqırımı  kimi  tanıyan  artıq  3  ölkə  vardır. 

Onlardan  biri  bizim  qardaş  ölkəmiz,  ECO-ya  üzv  olan 

Pakistandır  və  fürsətdən  istifadə  edərək,  Pakistan  xalqına  və 

onun  rəhbərliyinə  bu  ədalətli  mövqeyə  görə  minnətdarlığımı 

bildirmək  istəyirəm.  Azərbaycanın  ərazi  bütövlüyü  danışıqlar 

mövzusu  olmayıbdır  və  ola  da  bilməz.  BMT  Təhlükəsizlik 

Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir və o 

qətnamələrdə  erməni  silahlı  qüvvələrinin  işğal  edilmiş 

torpaqlardan  qeyd-şərtsiz  çıxarılması  nəzərdə  tutulur.  Əfsuslar 

olsun ki, bu qətnamələr yerinə yetirilmir. Ancaq biz əminik ki, 

Azərbaycan  öz  ərazi  bütövlüyünü,  suverenliyini  bərpa  edəcək 

və  işğaldan  əziyyət  çəkən  bütün  soydaşlarımız  doğma  dədə-

baba torpağına, əzəli torpağına qayıdacaqdı. 

Bir  daha  bu  fürsətdən  istifadə  edərək,  bizim  haqlı 

mövqemizi  dəstəkləyən  bütün  üzv  ölkələrə  minnətdarlığımı 

bildirmək  istəyirəm.  Əlbəttə,  bu  işğal  və  ədalətsizlik  bizim 

iqtisadiyyatımıza  da  çox  böyük  zərbə  vurmuşdur.  Buna  bax-

mayaraq,  Azərbaycan  iqtisadiyyatı  son  illər  ərzində  yüksələn 

xətlə inkişaf edir. Son 8-9 il ərzində ümumi daxili məhsul      3 

dəfə artmışdır,  sənaye istehsalı da təxminən 3 dəfə – yəni 300 

faiz  artmışdır.  Yoxsulluqla  mübarizədə  böyük  uğurlar 

qazanılmışdır.  Bu  illər  ərzində  yoxsulluq  49  faizdən  7  faizə 

düşmüş,  işsizlik  5,3  faiz,  xarici  borcumuz  ümumi  daxili  məh-

sulun cəmi 7 faizini təşkil edir. Beynəlxalq reytinq agentlikləri 

Azərbaycanın  kredit  reytinqlərini  artırıblar.  Baxmayaraq  ki, 

Avropada  maliyyə  və  iqtisadi  böhran  hələ  ki,  davam  edir, 

Azərbaycanın  kredit  reytinqləri  aparıcı  reytinq  agentlikləri 

tərəfindən 

artırılmışdır. 

Rəqabətqabiliyyətliliyinə 

görə 

Azərbaycan  dünya  miqyasında  layiqli  yerlərdədir.  İqtisadi 



islahatlar bizə imkan verir ki, iqtisadiyyatımızı şaxələndirək və 

iqtisadiyyatın  bütün  sahələri  inkişaf  etsin,  insanlar  daha  da 

yaxşı yaşasınlar. 

ECO-ya  üzv  olan  ölkələrlə  bizim  ticarət  dövriyyəmiz  artır. 

Bu çox sevindirici haldır. 2011-ci ildə bu ticarət dövriyyəsi 38 

faiz, 2012-ci ilin 9 ayında 20 faiz artmışdır. Bu onu göstərir ki, 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə