ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə83/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   79   80   81   82   83   84   85   86   ...   123

 

265 


Digər  regional  təşkilatlar  ilə  əlaqələrin  qurulmasının  və 

birgə  işləməyin  vacibliyinə  də  toxunan  prezident  Asif  Əli 

Zərdari özəl sektorun inkişaf etdirilməsinin və İƏT-in üzvü olan 

ölkələrin  qarşılıqlı  investisiya  yatırımlarının  çoxaldılmasının 

əhəmiyyətini vurğuladı. 

Tacikistan  Respublikasının  Prezidenti  Emoməli  Rəhmon 

regionda  iqtisadi  əməkdaşlığın  genişləndirilməsində  İƏT-in 

rolundan  danışdı.  Həm  ərazi,  həm  də  əhali  baxımından  təş-

kilatın  əhatə  etdiyi  regionda  iqtisadi  və  ticari  əməkdaşlıq 

sahəsində  böyük  potensialın  olduğunu  vurğulayan  Tacikistan 

prezidenti ölkəsinin İƏT çərçivəsində bu potensialdan səmərəli 

istifadə edilməsinə xüsusi önəm verdiyini qeyd etdi. Tacikistan 

dövlətinin  başçısı  təşkilata  sədrliyi  dövrdə  Azərbaycana  və 

prezident İlham Əliyevə uğurlar arzuladı. 

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan 

ölkəsinin  İƏT-də  sədrlik  etdiyi  dövrdə  təşkilatın  fəaliyyətini 

gücləndirmək  üçün  göstərdiyi  səylərdən  danışdı.  Türkiyə  hö-

kumətinin  başçısı  dedi  ki,  Azərbaycanın  İƏT-ə  baxışı  geniş 

perspektivlər  əsasında  qurulmuş  və  daha  ümidvericidir.  Baş 

nazir İƏT-in üzvü olan ölkələrin iqtisadi göstəricilərinin tica-

rət  potensialını  əks  etdirmədiyini  dedi.  Türkiyə  hökumətinin 

başçısı  bunun  üçün  ticarət  qaydalarının  sadələşdirilməsini 

təklif  etdi.  İƏT-in  Ticarət  və  İnkişaf  Bankının  təşkilatın  layi-

hələrinə  önəmli  kömək  göstərəcəyini  deyən  Türkiyənin  Baş 

naziri bütün üzv ölkələri bu banka ortaq olmağa çağırdı. 

Özbəkistan  Respublikası  parlamentinin  yuxarı  palatası  – 

Senatın  Sədri  İlqizar  Sabirov  ölkəsinin  qarşılıqlı  maraqlar 

çərçivəsində  regional  əməkdaşlığa  verdiyi  önəmdən  danışdı. 

Senatın  Sədri  bildirdi  ki,  Bakı  zirvə  toplantısı  bu  əməkdaşlığı 

daha da genişləndirməyin yollarını müzakirə etmək baxımından 

mühüm əhəmiyyət kəsb edir. 

İlqizar  Sabirov  regional  nəqliyyat  infrastrukturunun  pers-

pektivləri, ekoloji problemlər və digər məsələlərlə bağlı müza-

kirələrin İƏT-in gələcək fəaliyyətini genişləndirmək baxımından 

önəmini qeyd etdi. 


 

266 


Zirvə  toplantısında  çıxış  edən  Türkmənistan  Respublikası 

Baş  nazirinin  müavini  Annaməhəmməd  Qoçiyev,  Qazaxıstan 

Respublikasının  Nəqliyyat  və  Kommunikasiya  naziri  Askar 

Jumaqaliyev,  Qırğız  Respublikasının  Xarici  İşlər  naziri  Erlan 

Abdıldayev, Səudiyyə Ərəbistanının Ticarət naziri Tofiq Arabiy-

yə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil 

Akıncı  İƏT-in  yüksək  səviyyədə  təşkil  olunmuş  XII  zirvə 

toplantısının üzv ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin 

daha  da  möhkəmlənməsinə  töhfə  olacağına  əminliyini  bildir-

dilər. 

Daha  sonra  Azərbaycanın  Xarici  İşlər  naziri  Elmar 

Məmmədyarov  İƏT-in  Nazirlər  Şurasının  oktyabrın  15-də 

Bakıda  keçirilmiş  20-ci  iclasının  hesabatı  barədə  iştirakçılara 

məlumat verdi. 

 Təşkilatın  baş  katibi  Şamil  Ələsgərov  çıxış  edərək,  İƏT-in 



sonuncu  zirvə  toplantısından  ötən  dövr  ərzində  görülmüş  işlər 

barədə  danışdı.  Baş  katib İƏT-in  qarşıya  qoyduğu  məqsədlərə 

çatacağını  və  səslənən  bütün  səmərəli  təkliflərin  nəzərə  alına-

cağını qeyd etdi. 

Toplantıya  sədrlik  edən  Azərbaycan  Respublikasının  Prezi-

denti  İlham  Əliyev  İƏT-in  XIII  zirvə  görüşünün  Pakistanda 

keçiriləcəyi barədə qərarın qəbul edildiyini diqqətə çatdırdı: 

 

–  Gündəliyimizdə  duran  növbəti  məsələ  zirvə  toplantısının 



keçiriləcəyi  yer  və  vaxt  məsələsidir.  Mənim  dostum,  Pakistan 

İslam  Respublikasının  Prezidenti  cənab  Zərdari  təklif  etdi  ki, 

növbəti  zirvə  toplantısı  Pakistanda  keçirilsin.  Biz,  əlbəttə  ki, 

bunu çox böyük səmimiyyətlə qəbul etdik. Bununla da növbəti 

zirvə toplantısı Pakistanda keçiriləcək. 

Gündəlikdə  duran  növbəti  məsələ  «Bakı  Bəyannaməsi–

2012»nin  qəbuludur.  Bakı  Bəyannaməsinin  layihəsi  qarşı-

nızdadır.  Kimsə  rəy  bildirmək  istəyirsə,  buyursun.  Hesab  edi-

rəm  ki,  artıq  hər  şey  razılaşdırılıb.  Ona  görə  də  elan  etmək 

istərdim ki, Bakı Bəyannaməsi qəbul olunub. 




 

267 


Sonra  üzv  ölkələrin  müxtəlif  sahələrdə  fərqlənmiş  nüma-

yəndələrinə  İƏT-in  mükafatları  təqdim  olundu.  Mükafatları 

Azərbaycan prezidenti İlham Əliyev təqdim etdi. 

 

     

 

YEKUN NİTQİ 

 

Hörmətli nümayəndə heyətlərinin başçıları! 

Hörmətli dostlar! 

Mən  sizin  hamınızı  bir  daha  Azərbaycanda  salamlayıram 

və  zirvə  toplantısının  nəticələrindən  dərin  razılığımı  bildirmək 

istəyirəm.  İqtisadi  Əməkdaşlıq  Təşkilatının    XII  zirvə  toplantısı 

təşkilatımızın çox vacib nailiyyətlərini xüsusi olaraq qeyd etdi. 

Giriş nitqimdə dediyim kimi, ECO-ya üzv olan 7 dövlət 20 ildir 

sürətlə 

inkişaf 


edən 

ölkəyə 


çevrilmiş 

və 


ümumi 

məqsədlərimizin  həyata  keçməsinə  töhfə  verir.  Mən  fürsətdən 

istifadə  edərək,  təşkilatımızı  təsis  edən  dövlətlərə  təşəkkür 

etmək  istəyirəm.  Onların  müdrikliyi,  yaradıcılıq  baxışları 

təşkilatımızı  qarşılıqlı  inamın,  qarşılıqlı  dəstəyin  və  fəal  siyasi 

dialoqun olduğu bugünkü vəziyyətə gətirib çıxarmışdır. 

Təşkilatımız əsasən iqtisadi gündəliyə üstünlük verir. Lakin 

bu  gün  dünyamız  iqtisadi  siyasəti  geosiyasi  vəziyyətdən  ayıra 

bilməyəcək  dərəcədə  mürəkkəbdir.  Hamımız  öz  ölkələrimizi 

inkişaf  etdirmək  istəyirik.  Üzv  ölkələr  getdikcə  regionda  daha 

çox  önəmli  rol  oynayırlar.  Həmrəyliyimiz,  ümumi  səylərimiz 

bizi yeni inkişafa, uğurlara, xalqlarımızın rifahına gətirəcək. Biz 

güclü  iqtisadiyyat  olmadan  real  müstəqilliyə  nail  ola 

bilməyəcəyik.  Möhkəm  iqtisadi  bünövrə,  ciddi  iqtisadi 

islahatlar  olmadan  XXI  əsrdə  insanlarımız  üçün  yaxşı  yaşayış 

şəraiti  yarada  bilməyimiz  çox  çətin  ola  bilər.  Təşkilatımızın 

əsas  məqsədlərindən  biri  ölkələrimizdə  iqtisadi  inkişafı 

stimullaşdırmaqdır. Çox böyük qürur hissi duyuruq ki, biz artıq 

ECO Bankının üzvüyük.  Maliyyə institutundan istifadə edərək, 

biz ümumi inkişafımızda öz rolumuzu oynayacağıq. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə