ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə80/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   76   77   78   79   80   81   82   83   ...   123

 

256 


 

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ 

MAHMUD ƏHMƏDİNEJAD İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  



 

15 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 15-də İran İslam Respublikasının Prezidenti Mahmud 

Əhmədinejad ilə görüşmüşdür. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  İran 

İslam  Respublikasının  Prezidenti  Mahmud  Əhmədinejadı  qar-

şıladı. 

Görüşdə  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  XII  zirvə  top-

lantısının  önəmi  vurğulandı,  bu  tədbirin  region  ölkələri  ara-

sında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz 

töhfəsini  verəcəyinə  əminlik  ifadə  olundu.  Dövlət  başçıları 

Azərbaycan  Respublikası  ilə  İran  İslam  Respublikası  arasında 

ikitərəfli  münasibətlərin  siyasi,  iqtisadi,  mədəni  sahələrdə 

inkişafından məmnunluqlarını ifadə etdilər, əlaqələrin iqtisadi, 

ticarət, o cümlədən, enerji, nəqliyyat və digər sahələrdə geniş-

ləndirilməsi  üçün  yaxşı  potensialın  olduğunu  vurğuladılar. 

Xalqlarımız  arasında  mədəni,  tarixi  yaxınlığın  əlaqələrimizin 

daha da inkişaf etdirilməsi işinə yaxşı zəmin yaratdığı bildirildi, 

ölkələrimiz  arasında  münasibətlərin  inkişafının  regional 

əməkdaşlığa töhfəsini verəcəyi qeyd olundu. 

Əlaqələrimizin  inkişafında  yüksək  səviyyəli  qarşılıqlı  səfər-

lərin  önəmini  vurğulayan  prezidentlər  ölkələrimiz  arasında 

ikitərəfli  münasibətlərin  bundan  sonra  da  inkişaf  edəcəyinə 

əmin olduqlarını bildirdilər. 

Görüşdə  qarşılıqlı  maraq  doğuran  bir  sıra  məsələlər  ət-

rafında fikir mübadiləsi aparıldı. 

 

 



 

257 


 

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ  

XII ZİRVƏ TOPLANTISINDA İŞTİRAK  

 

Heydər Əliyev Mərkəzi   



 

16 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  16-da  Bakıda  Heydər  Əliyev  Mərkəzində  keçirilən 

İqtisadi  Əməkdaşlıq  Təşkilatının  (İƏT)  XII  zirvə  toplantısında 

iştirak etmişdir.  

Zirvə  toplantısında  İƏT-in  üzvü  olan  ölkələrin  dövlət  baş-

çıları,  bir  sıra  ölkələr  isə  hökumət  rəhbərləri  və  parlament 

sədrləri ilə təmsil olunmuşlar. Nüfuzlu beynəlxalq tədbirlərə ev 

sahibliyi  etməkdə  kifayət  qədər  təcrübəsi  olan  Azərbaycanın 

paytaxtı  Bakı  İƏT-in  XII  zirvə  toplantısına  hərtərəfli  hazır-

laşmışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə 

Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı, İran İslam 

Respublikasının  Prezidenti  Mahmud  Əhmədinejadı,  Tacikistan 

Respublikasının  Prezidenti  Emoməli  Rəhmonu,  Əfqanıstan 

İslam  Respublikasının  Prezidenti  Həmid  Kərzaini,  Pakistan 

İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini qarşıladı. 

Azərbaycanın Dövlət himni səsləndi. 

İƏT-in  XII  zirvə  toplantısını  Türkiyə  Respublikasının  Baş 

naziri Rəcəb Tayyib Ərdoğan açdı: 

 

– Hörmətli dövlət və hökumət başçıları! 

Azərbaycan  prezidenti,  əziz  qardaşım,  hörmətli  İlham 

Əliyev! 


Hörmətli iştirakçılar! 

İqtisadi  Əməkdaşlıq  Təşkilatının  XII  zirvə  toplantısı 

münasibətilə  dost  və  qardaş  Azərbaycanın  paytaxtı  Bakıda 

olmaqdan  böyük  məmnunluq  duyuruq.  Həqiqətən,  belə 




 

258 


möhtəşəm konfrans mərkəzində bu toplantıda sizlərlə bir arada 

olmaq,  belə  yüksək  ev  sahibliyini  görmək  bizlər  üçün  də  ayrı 

bir iftixar mənbəyidir. 

Bu zirvə toplantısında 2 il əvvəl təhvil aldığımız sədrliyi bu 

gün Azərbaycana təhvil verəcəyik. Bildiyiniz kimi, bizlər qlobal 

iqtisadi  və  maliyyə  böhranının  bütün  dünyanı  olduğu  kimi, 

bölgəmizi  də  mənfi  yöndən  təsirinə  aldığı  bir  dövrdə  sədrliyi 

təhvil  aldıq.  Sədrliyimiz  müddətində  ECO-nun  baxışlarını 

genişləndirmək,  əməkdaşlıq  sahələrində  konkret  irəliləyişləri 

təmin  etmək  və  qurumun  yenidən  təşkilatlanmasını 

sürətləndirmək üçün böyük səylə çalışdıq. 

«2015-ci  il  ECO-ya  Baxış  Sənədi»ndə  nəzərdə  tutulan 

hədəflərə çatmaq məqsədilə görülə biləcək tədbirlərlə bağlı töv-

siyələr  vermək  üçün  İstanbul  zirvə  toplantısı  zamanı  Ağsaq-

qallar  Qrupunu  təsis  etdik.  Ağsaqqallar  Qrupu  fədakarlıqla 

çalışaraq  bizlər  üçün  yol  bələdçisi  olacağına  inandığım  bir 

hesabat hazırladı. Qarşıdakı dövrdə təşkilatımızın bu tövsiyələr 

əsasında  sadəcə,  regional  miqyasda  deyil,  qlobal  səviyyədə  də 

adını  duyuracaq  önəmli  bir  əməkdaşlıq  platformasına 

çevriləcəyinə inanıram.  



Türkiyə  hökumətinin  başçısı  ölkəmizin  sədrliyi  dövründə 

təşkilatın  fəaliyyətinin  daha  da  genişlənəcəyinə  və  üzv  ölkələr 

arasında  iqtisadi  əməkdaşlığın  inkişafına  yeni  töhfələrin  ve-

riləcəyinə əminliyini vurğuladı. 

Azərbaycanın  ECO-ya  baxışın  daha  geniş  bir  əməkdaşlıq 

zəmininə  oturdacaq  fəal  sədrlik  edəcəyinə  və  təşkilatı  daha  da 

irəliyə aparacağına inamım qətidir. Türkiyə Respublikasının bu 

önəmli  missiyanın  həyata  keçirilməsi  zamanı  həmişə  olduğu 

kimi,  dost  və  qardaş  Azərbaycan  ilə  bilgi  və  təcrübəsini 

bölüşməyə  hazır  olduğunu  xüsusilə  vurğulamaq  istəyirəm.  Bu 

düşüncələrlə  Bakı  zirvə  toplantısının  bütün  üzvlər  və  bölgə 

üçün  xeyirli  olmasını  diləyir,  hörmətli  dövlət  və  hökumət 

başçılarını, dəyərli iştirakçıları sevgi və sayğı ilə salamlayıram. 



Sonra  Rəcəb  Tayyib  Ərdoğan  sədrliyin  Türkiyədən  Azər-

baycana keçdiyini elan etdi. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə