ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə76/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   72   73   74   75   76   77   78   79   ...   123

 

243 


İlham  Heydər  oğlu  ilə  birlikdə  tarixi  yerləri,  əsl  Azərbaycan 

şəhərlərini, kəndlərini gəzmək, kənd sakinlərini, ziyalıları, bu gün 

Azərbaycanın zəngin olduğu bütün sahələrin nümayəndələrini, ilk 

növbədə,  mənə  qəlbən  yaxın  olan  insanları  görmək  barədə 

düşünürəm. Belə insanlara rəğbətlə yanaşıram. Çünki onlara böyük 

hörmət  bəsləyirəm.  Bu  bizim  ümumi  tariximizdir.  Onlar  bizim 

insanlara  çox  oxşayan,  təxminən  eyni  dildə  danışan  insanlardır. 

Mən  dünən  Azərbaycan  melodiyalarını  dinləmək  üçün  böyük 

məmnuniyyətlə  televizoru  yandırdım.  Zənnimcə,  təbiətin  özü,  bu 

şəhərlərin  və  kəndlərin  aurası  elədir  ki,  bunu  sadəcə,  görmək, 

yaxından  tanış  olmaq  deyil,  ən  başlıcası  bizim  ümumi 

cəhətlərimizin çoxluğuna, bir məqsədə xidmət etdiyimizə bir daha 

əmin  olmaq  çox  xoş  olacaqdır.  Başqa  məqsəd  olmamalıdır, 

alternativ 

də 

yoxdur 


– 

münasibətlərimizin 

tam 

möhkəmləndirilməsi  və  deyərdim  ki,  həm  Azərbaycana,  həm  də 



Özbəkistana  münasibətdə,  demək  olar,  üst-üstə  düşən  çağırışlara 

ümumi  yanaşmalar,  onlara  dair  ümumi  həll  yolları  olmalıdır. 

Bunlar o qədər oxşardır ki, İlham Əliyev öz problemlərindən, mən 

isə  öz  problemlərimdən  danışanda  fikirləşirəm  ki,  bu  problemlər 

mənə  tanışdır,  bizim  problemlərlə  tutuşdururam  –  bunlar,  demək 

olar, bir-birindən az fərqlənən problemlərdir. Həm xarici təhdidlər 

baxımından,  həm  də  daxildə,  ilk  növbədə,  şəhərlərimizdə, 

dövlətimizdə təhlükəsizliyi, sabitliyi təmin etmək üçün həll etməli 

olduğumuz  problemlər  baxımından.  Ən  başlıcası  isə  Bakının 

timsalında gördüyüm yaradıcı planlar baxımından. Ümidvaram ki, 

İlham Heydər oğlu bizə gələndə mən də onu sevindirəcəyəm, Daş-

kənd  şəhərinin  yeni  tikililərini  göstərəcəyəm.  Əgər  vaxt  olsa, 

Səmərqəndə,  Buxaraya  və  Xivəyə  gedərik.  Xalqlarımızı  yaxın-

laşdıran  cəhətləri,  ümumi  tariximizi,  Azərbaycanın  rəhbərinə  də, 

onu  müşayiət  edəcək  şəxslərə  də  xoş  təsir  bağışlayacaq  çox  şeyi 

görə  bilərik.  Mən  xahiş  edirəm  ki,  Sizin  nümayəndə  heyətinizdə 

tamamilə  fərqli  ixtisaslardan  olan  insanlar  –  tarixçilər,  dilçilər, 

ziyalıların  nümayəndələri,  ümumi  yaxınlaşmağımıza  xidmət 

edən şəxslər daha çox olsun. 



 

244 


Azərbaycan  və  Özbəkistan  tərəfləri  arasında  baş  tutmuş, 

müzakirə  etdiyimiz,  demək  olar,  bütün  məsələlər  üzrə  yaxınlığı, 

mövqelərin  üst-üstə  düşməsini,  hesablamaları  təsdiq  etmiş 

danışıqların  yekunlarından  tam  məmnun  qaldığımı  ifadə  etmək 

istərdim.  Azərbaycan  prezidenti  ilə  danışıqlarda  Dağlıq  Qarabağ 

problemi  ilə  bağlı  Özbəkistanın  mövqeyinin  dəyişməz,  əsaslı 

olduğu vurğulanmışdır. Özbəkistan tərəfi bu çoxillik münaqişənin 

həmişə  sülh  yolu  ilə  siyasi  həllinə  tərəfdar  olmuş,  tərəfdardır  və 

bundan  sonra  da  tərəfdar  olacaqdır  və  onun  Azərbaycanın  ərazi 

bütövlüyü çərçivəsində həll olunmasını kifayət qədər uzanmış bu 

problemin  həllinin  əsas  şərtlərindən  biri  sayır.  Biz  bu  problemin 

bütün  Azərbaycan  üçün,  bütün  xalq  üçün,  xüsusən  bu  gün  dədə-

baba  yurdlarından  didərgin  salınmış  1  milyon  insan  üçün  nə 

dərəcədə ciddi bir problem olduğunu başa düşürük. Bax, məsələyə 

bu  prizmadan  yanaşsaq,  Azərbaycanın  bugünkü  vəziyyəti,  onun 

qazandığı  nailiyyətlər  bir  daha  təsdiq  edir  ki,  ölkə  malik  olduğu 

potensialdan,  ehtiyatlardan  istifadə  edərək,  son  dərəcə  çətin  bir 

vəziyyətdə  belə  bir  inkişafı,  belə  bir  inkişaf  dinamikasını  təmin 

etmək iqtidarında olmuşdur. 

Özü də bütün bunlar ölkədə 1 milyondan çox qaçqının olduğu 

şəraitdə  baş  verir.  Azərbaycanın  özü  və  başqaları  üçün  qarşıya 

qoyduğu hədəfləri yaxınlaşdırmaq, Qarabağ problemini həll etmək 

üçün  bu  problemlə  hər  gün  məşğul  olmaq  lazımdır.  Mən 

Azərbaycan  prezidentinin  bu  bəyanatını  tamamilə  dəstəkləyirəm 

ki,  Qarabağ  problemi  həll  edilməlidir  və  həll  ediləcəkdir.  Bu 

baxımdan əminəm ki, bu məsələ həm Azərbaycanın, həm də bütün 

regionun  maraqlarına,  ola  bilsin  ki,  regionun  hüdudlarından 

kənarda  da  ümumi  maraqlara  cavab  verir.  Ona  görə  ki,  bu 

məsələnin  həlli  təkcə  Azərbaycana  yox,  oxşar  problemlərin 

mövcud olduğu bir sıra başqa ölkələrə də aiddir. Hesab edirəm ki, 

belə  bir  vəziyyətdə  ölkədə  bu  cür,  mən  deyərdim  ki,  köklü 

dəyişikliklərə nail olmaq qəhrəmanlıqdır. Burada heç bir mübaliğə 

yoxdur. Bu, əsl qəhrəmanlıqdır, bu qəhrəmanlığı Azərbaycan xalqı 

göstərir.  Mən  Azərbaycan  xalqını  bu  gün  təkcə  iqtisadiyyatın 

inkişafında,  sosial  sahənin  inkişafında  nümayiş  etdirdiyi 



 

245 


nailiyyətlər  münasibətilə  deyil,  həm  də  onun  beynəlxalq  aləmdə 

qəbul edilməsinə görə təbrik edirəm. Bir sıra dövlətlərin çox böyük 

müqavimətinə  baxmayaraq,  Azərbaycanın  2012–2013-cü  illər 

üçün  Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvü  seçilməsi  çox 

böyük müvəffəqiyyətdir və bu həm iqtisadi həyatda, həm də sosial 

həyatda  məsələnin  qoyuluşunun,  bugünkü  mürəkkəb  şəraitdə 

Azərbaycanın,  onun  liderinin  həyata  keçirdiyi  siyasətin  düzgün 

olmasını,  bu  gün  dünya  siyasətinin  həyata  keçirilməsində  Azər-

baycanın  oynadığı  rolun  beynəlxalq  aləmdə  tanınmasını  bir  daha 

təsdiq  edir.  Mən  dünya  siyasətinin  həyata  keçirilməsi  sözündən 

qorxmuram.  Mənim  fikrimcə,  bu  bir  daha  təsdiq  edir  ki,  biz 

məhdud  tərkibdə  və  bizim  nümayəndə  heyətlərinin  iştirakı  ilə 

danışıqlarda vahid fikrə gəlmişik. 

Biz vahid fikrə gəldik və bizim arzumuzu, istəyimizi belə ifadə 

etmək  olar:  biz  regional  və  beynəlxalq  təhlükəsizliyin  təmin 

edilməsi,  dövlətlərimizin  davamlı  sosial-iqtisadi  inkişafı,  region-

larımızda  sülhün  və  sabitliyin  təmin  edilməsi  naminə  maksimum 

əlverişli şərait yaradılması üçün bundan sonra da qarşılıqlı əlaqələri 

möhkəmləndirəcəyik,  səylərimizi  əlaqələndirəcəyik.  Vurğulamaq 

istəyirəm  ki,  biz  aparıcı  beynəlxalq  təşkilatlarda  Azərbaycan  ilə 

qarşılıqlı  fəaliyyətin,  qarşılıqlı  dəstəyin  səviyyəsini  yüksək 

qiymətləndiririk.  Burada  çox  nümunələr  göstərmək  olar,  mən 

onların barəsində danışmayacağam. 

Danışıqların  nəticələrinə  əsasən  qəbul  edilmiş  Birgə  Bəya-

natda  iqtisadi  kooperasiyanın  genişlənməsi  zərurətinə,  bu  gün 

hər  iki  dövlətin  malik  olduğu  böyük  ehtiyatlardan  istifadə 

edilməsinə  xüsusi  diqqət  yetirilmişdir.  Bu  gün  2013–2015-ci 

illər  üçün  iqtisadi  əməkdaşlıq  proqramının  yerinə  yetirilməsi 

tədbirləri haqqında müqavilə imzalanmışdır. Bu, haqqında bəhs 

etdiyimiz  məsələlərin  qoyuluşunun  real  olduğunu  təsdiqləyən 

faktlardan biridir. Biz razılaşdıq ki, lap yaxın vaxtlarda səmərəli 

iclası  keçirilmiş  hökumətlərarası  komissiyanın  fəal  işi  bu 

məsələdə əlaqələndirici mexanizm olmalıdır. 

Son illərdə Bakıda və Daşkənddə milli sərgilərin keçirilməsini 

qeyd  etmək  istərdim.  Bu  sərgilər,  xüsusən  bizim  iqtisadiyyatların 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə