ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə73/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   69   70   71   72   73   74   75   76   ...   123

 

233 


 

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ   

 

Prezident sarayı  



 

12 oktyabr 2012-ci il  

 

Təkbətək  görüş  başa  çatdıqdan  sonra  oktyabrın  12-də 



Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Öz-

bəkistan  Respublikasının  Prezidenti  İslam  Kərimovun  nüma-

yəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. 

İ l h a m  Ə l i y e v: Hörmətli İslam Abduqəniyeviç! 

Hörmətli qonaqlar! 

Sizi  Azərbaycanda  bir  daha  ürəkdən  salamlayıram.  Ölkə-

mizə  xoş  gəlmisiniz!  Bu  gün Sizinlə qarşılıqlı maraq doğuran, 

regional  əhəmiyyətli  məsələlərin  geniş  dairəsi  barədə  fikir 

mübadiləsi  apardıq.  Məmnuniyyətlə  qeyd  etmək  istəyirəm  ki, 

müzakirə edilən bütün məsələlər barəsində baxışlarımız üst-üstə 

düşür. 


Prezident  İlham  Əliyev  Özbəkistan  prezidentinin  rəsmi 

səfərinin  ölkələrimiz  arasında  əməkdaşlığın  müxtəlif  sahələrdə 

genişlənməsinə  yeni  imkanlar  açılması  baxımından  yaxşı 

nəticələr verəcəyinə əminliyini ifadə etdi. 

Bizim qarşılıqlı fəaliyyətimiz daha sıx, əməkdaşlığımız daha 

fəal olacaqdır. Özbəkistan bizim üçün dost və qardaş dövlətdir. 

Münasibətlərimizin  dostluq,  bərabərhüquqlu  tərəfdaşlıq, 

qarşılıqlı  dəstək  əsasında  daha  da  möhkəmlənməsi  bizi  çox 

sevindirir.  Bu  dəstək  beynəlxalq  strukturlarda  ölkələrimizlə 

bağlı  bütün  məsələlər  barəsində  bir-birimizi  dəstəkləyəndə  də 

hiss olunur. Təbii ki, beynəlxalq qurumların fəal qarşılıqlı təsiri 

bizim  milli  maraqlarımızı  daha  tam  qorumağa,  habelə  dünya 

siyasətinin  bir  sıra  məsələlərinə  dair  həmrəy  mövqedən  çıxış 

etməyə  imkan  verir.  Həm  BMT-də,  həm  İslam  Əməkdaşlıq 

Təşkilatında,  başqa  strukturlarda  Azərbaycanı  dəstəklədiyinə 

görə  biz  Özbəkistana  çox  təşəkkür  edirik.  Biz  də  öz 



 

234 


tərəfimizdən  Sizin  irəli  sürdüyünüz  bütün  məsələlərdə  və 

təşəbbüslərdə Sizi həmişə dəstəkləyirik. 



Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə 

əməkdaşlığın  mövcud  potensialından  səmərəli  istifadə  etməyin 

vacibliyini də vurğuladı. 

Bu  gün  biz  qarşılıqlı  iqtisadi  fəaliyyət  məsələlərini  ətraflı 

müzakirə  edəcəyik.  Mənim  fikrimcə,  bu  sahədə  görüləsi  işlər 

hələ  çoxdur.  Düzdür,  biz  irəliləyirik,  lakin  güman  edirəm  ki, 

qarşılıqlı  əmtəə  dövriyyəsi  qat-qat  çox  ola  bilər.  Əlbəttə,  Hö-

kumətlərarası  Komissiyanın  bu  yaxınlarda  keçirilmiş  iclası, 

zənnimcə,  bu  sahədə  prioritetləri  və  münasibətlərin  gələcək 

inkişaf  yollarını  müəyyən  etmişdir.  Yəqin  ki,  gələcəkdə  göz-

lənilən  konkret  layihələr  və  təşəbbüslər  barədə  bu  gün  bizə 

məruzə edəcəklər. 

Sizi  bir  daha  ürəkdən  salamlamaq  istəyirəm.  Azərbaycanda 

Sizi  çox  sevir,  hörmət  edirlər.  Siz  bizim  əziz  qonağımızsınız. 

Xoş gəlmisiniz! 

İ  s  l  a  m    K  ə  r  i  m  o  v:  Cənab  Prezident,  ümumiyyətlə, 

təkcə  bizim  regionda  deyil,  onun  hüdudlarından  uzaqda  da 

geosiyasət  o  qədər  tez-tez  dəyişir  ki,  bizim  görüşməyimiz  zə-

rurətə çevrilir. Özü də bunun üçün hər hansı böyük sənədlərin 

imzalanması  vacib  deyil,  sadəcə,  bizim  cavab  tapmalı 

olduğumuz  mürəkkəb  məsələlər  barədə  fikir  mübadiləsi  apar-

malıyıq.  

Prezident İslam Kərimov bildirdi ki, Özbəkistan Azərbaycanı 

özünün  strateji  tərəfdaşı  hesab  edir  və  xalqlarımız  arasında 

oxşar  cəhətlərin  çoxluğu  ölkələrimizi  daha  da  yaxınlaşdıran 

amillərdəndir. 

Azərbaycan  Özbəkistan  üçün  strateji  tərəfdaşdır.  Azər-

baycan bizə həmişə ilk növbədə, ümumi mənafelərimiz naminə 

yaxın  olmuşdur.  Təkcə  bugünkü  maraqlar  baxımından  deyil, 

həm də tarixi keçmişimizlə bağlı, xalqlarımızın dil, mənəviyyat, 

mentalitet  baxımından  yaxınlığı  ilə  əlaqədar  mürəkkəb 

məsələlərin həlli üçün bu tərəfdaşlıq vacibdir. Bizim üçün çox 



 

235 


vacibdir  ki,  aramızda  heç  vaxt  ziddiyyət,  anlaşılmazlıq 

olmamışdır. 

Artıq  uzun  illərdir  ki,  mən  Özbəkistana  rəhbərlik  edirəm. 

Yadıma gəlmir ki, biz hər hansı problemi onun həlli baxımından 

müzakirə edərkən anlaşılmazlıq və ya ciddi ziddiyyət yaransın. 

Məgər  bu  bizim  münasibətlərimizin  həmişə  qarşılıqlı  anlaşma 

və  qarşılıqlı  dəstək  əsasında  qurulmasına  dəlalət  etmirmi?! 

Ümid edirəm ki, bundan sonra da belə olacaqdır. 

 

 



 

236 


 

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ  

 

Prezident sarayı  

 

12 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 



Özbəkistan  Respublikasının  Prezidenti  İslam  Kərimovun  nü-

mayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çat-

dıqdan sonra Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması 

mərasimi olmuşdur. 

«Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və 

Özbəkistan  Respublikasının  Prezidenti  İslam  Kərimovun  Birgə 

Bəyanatı»nı Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan 

prezidenti İslam Kərimov imzaladılar. 

«Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  və 

Özbəkistan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  arasında 

2013–2015-ci illər üzrə Əməkdaşlıq Proqramı»nı Azərbaycanın 

Xarici İşlər naziri Elmar Məmmədyarov və Özbəkistanın Xarici 

İşlər naziri Abdulaziz Kamilov imzaladılar.  

«Azərbaycan  Respublikası  Hökuməti  və  Özbəkistan  Res-

publikası  Hökuməti  arasında  2012–2015-ci  illər  üzrə  iqtisadi 

Əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Pla-

nı»nı  Azərbaycanın  Baş  nazirinin  birinci  müavini  Yaqub 

Eyyubov və Özbəkistanın Baş nazirinin birinci müavini, Maliyyə 

naziri Rustam Azimov imzaladılar. 

 

 



 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə