ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə71/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   67   68   69   70   71   72   73   74   ...   123

 

225 


sözümdə qeyd etdim ki, qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. 

Bu  da  ölkədə  gedən  sənayeləşmə  prosesinin bariz  nümunəsidir. 

Biz çalışmalıyıq ki, sənayeləşmə prosesi daha da sürətlə getsin. Biz 

burada  yenə  də  fəaliyyətimizi  2  istiqamət  üzrə  qururuq.  Bizə 

irihəcmli,  böyük  potensiala  malik  olan  sənaye  müəssisələri  çox 

lazımdır. Çünki bu bizim qeyri-neft istehsalımızı artıracaq, böyük 

iş yerlərinin yaranmasına gətirib çıxaracaqdır. Bu barədə mən artıq 

bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda 

bir  neçə  sənaye  mərkəzi  yaranır.  Ənənəvi  olaraq  bu  mərkəzlərdə 

ixtisaslaşma  getməlidir.  Sumqayıt,  Gəncə,  Bakının  Qaradağ 

rayonu  –  3  əsas  sənaye  mərkəzi  yaranmaqdadır.  Əlbəttə,  digər 

sahələrdə  sənaye  məsələləri  ilə  bağlı  inkişaf  proqramları  vardır, 

amma  əsas  sənaye  mərkəzləri  bu  yerlərdə  olmalıdır.  Yeni  texno-

parkların  yaradılması  prosesi  gedir.  Artıq  ilkin  gözəl  nəticələr 

vardır,  digər  fikirlər  vardır.  Yeni  texnoparklar  yaradılacaqdır  ki, 

orada  böyük  müəssisələrin  fəaliyyəti  nəticəsində  kiçik  və  orta 

şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər. 

Kiçik,  orta  sahibkarlığın  stimullaşdırılması  prosesi  gedir, 

həm  Sahibkarlığa  Kömək  Milli  Fondunun  xətti  ilə,  həm  digər 

xətlərlə.  Eyni  zamanda,  iri  müəssisələrin  yaradılması,  onlara 

dövlət tərəfindən dəstəyin verilməsi məsələləri də çox vacibdir.   

Bizim  əlimizdə  çox  güclü  alət  –  enerji  müstəqilliyimiz, 

zəngin  enerji  resurslarımız  vardır.  Azərbaycanda  qiymətlər 

dövlət  tərəfindən  tənzimlənir.  Belə  olan  halda,  daxili  istehsalı 

stimullaşdırmaq  üçün,  əlbəttə,  strateji  əhəmiyyətli  yerli 

müəssisələrə  güzəştli şərtlərlə  enerji  daşıyıcıları  da  verilə  bilər 

və verilir. Biz bu məsələ ilə bağlı çox çevik siyasət aparmalıyıq. 

Hesab edirəm  ki,  daxili  istehsalı  gücləndirmək  prioritet  məsələ 

olmalıdır.  Buna  tam  şəkildə  nail  olandan  və  sənaye  sahəsində 

istədiyimizə  çatandan  sonra,  əlbəttə  ki,  Ümumdünya  Ticarət 

Təşkilatı ilə danışıqlarımız daha da sürətlə gedəcəkdir. 

Bakı  şəhəri  və  onun  qəsəbələrinin  inkişaf  proqramı  icra 

edilir.  Çox  ciddi,  konkret  proqramdır.  Vaxt  baxımından  çox 

qısamüddətli  proqramdır.  2  ilə  biz  Bakı  qəsəbələrinin  sosial-

iqtisadi  infrastruktur  və  digər  problemlərini  həll  etməliyik.  Biz 



 

226 


buna  yaxınıq.  Hələ  1  il  vaxt  vardır.  Əminəm  ki,  növbəti  ilin 

sonuna  qədər  bu  proqram  tam  şəkildə  yekunlaşacaq  və  Bakı 

qəsəbələrində  bütün  infrastruktur  və  sosial  məsələlərin  həllinə 

nail  olacağıq.  Artıq  verilən  tapşırıqlar  bunu  göstərir.  Bütün 

qəsəbələrdə  quruculuq  işləri  aparılır.  İlk  növbədə,  su-

kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə 

başlanacaqdır.  Paralel  olaraq  qazlaşdırma,  məktəblərin, 

xəstəxanaların, 

poliklinikaların 

tikintisi, 

iş 

yerlərinin 



yaradılması prosesi gedir. Sahibkarlığa Kömək Milli Fondunun 

xətti  ilə  Bakı  qəsəbələrinin  iqtisadi  inkişafına  yönəlmiş 

layihələr  icra  edilir.  Biz  qəsdən  belə  dar  zaman  kəsiyini 

götürdük  ki,  bu  məsələni  tezliklə  həll  edək.  Gələn  ilin  sonuna 

qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramı tam şəkildə 

yekunlaşmalıdır. 

Şəhərimizin  inkişafı  ilə  bağlı  –  bunu  Bakı  sakinləri  də 

görürlər – böyük quruculuq, abadlıq işləri aparılır. Yeni parklar, 

istirahət  zonaları  salınır.  İnsanların  rahatlığı  üçün  çox  böyük 

işlər  görülür.  Böyük  parkinqlər  tikilir  və  bu  məsələ  çox 

vacibdir.  Çünki  küçələrdə  kifayət  qədər  çox  maşın  dayanır,  bu 

yolverilməzdir.  Digər  tərəfdən,  biz  başa  düşməliyik  ki,  əgər 

parkinq  yoxdursa,  maşın  sahibi  onu  haradasa  saxlamalıdır?! 

Ona  görə  biz  bu  sahədə,  hesab  edirəm  ki,  ədalətli  mövqe 

nümayiş  etdiririk.  Parkinqlər  tikilənə  qədər  bu  məsələyə  bir 

qədər  göz  yummaq  mümkündür.  Parkinqlər  tikilib  istifadəyə 

verildikdən  sonra  küçədə  1  dənə  də  olsun  maşın  qanunsuz 

olaraq  parkinq  etməməlidir.  Bütün  maşınlar  parkinqlərdə 

saxlanılmalıdır.  Biz  böyük  parkinqlər  tikirik.  Heydər  Əliyev 

sarayının  arxasında  1  kilometr  uzunluğunda,  150  metr  enində 

ikimərtəbəli  parkinq  tikilir  ki,  orada  4000  maşın  saxlamaq 

mümkündür. Azadlıq meydanının altında böyük parkinq tikilir. 

Orada  ən  azı  2000  maşın  saxlamaq  mümkün  olacaq.  Mən 

Hacıbala  Abutalıbova  tapşırdım  ki,  şəhərdə  digər  yerlər 

müəyyən edilsin. Boş yerlər çoxdur. O yerlərin altında parkinq, 

üstündə yaşıllıq zonaları və istirahət parkları tikilməlidir. Biz bu 

məsələlərlə bağlı da çox ciddi məşğuluq. 



 

227 


Bütövlükdə  ölkəmizdə  bütün  proseslər  müsbət  istiqamətdə 

gedir.  Azərbaycan  doğrudan  da  böyük  uğurlara  nail  olur.  Bu 

yaxınlarda  II  Bakı  Beynəlxalq  Humanitar  Forumunun 

keçirilməsi və uğurlu keçirilməsi çox müsbət haldır. Artıq cəmi 

1  il  ərzində,  yəni  I  forumdan  keçən  dövr  və    II  forumun 

yekunları bunu təsdiqlədi. Biz dünya miqyasında çox vacib bir 

diskussiya meydanını yarada bilmişik. O diskussiya meydanı ki, 

dünyanın  elitası  artıq  ikinci  dəfə  Bakıda  toplaşır.  Bu  forum 

ənənəvi  olaraq  keçiriləcəkdir.  Bu  dəfə  bu  forumda  təmsil 

olunan xadimlərin çıxışları, onların fikirləri həm çox dəyərli idi, 

həm də onların bu forumda iştirakı  tədbirin əhəmiyyətini böyük 

dərəcədə artırmışdır. 10 sabiq prezident, 11 Nobel mükafatçısı, 

məşhur  professorlar,  dünya  elm,  mədəniyyət  elitasının 

nümayəndələri  Bakıda  idilər.  600  nəfərdən  çox  qonaq 

gəlmişdi.  Onlar  62  ölkəni  təmsil  edirdilər.  Bu  həm  məzmun, 

həm  mahiyyət  baxımından  vacibdir,  eyni  zamanda,  ölkəmizlə 

tanış  olmaq  üçün  onlara  imkan  yaradılmışdır.  Forum  öz  işini 

yekunlaşdırandan  sonra  bölgələrə  səfərlər  təşkil  edilmişdir.  4 

şəhərə səfərlər təşkil edilmişdir. Qonaqlar Naxçıvan, Lənkəran, 

Qəbələ  və  Gəncə  şəhərlərinə  təyyarələrlə  uçdular.  Bu  da  çox 

əlamətdar bir haldır. Orada bütün infrastruktur, mehmanxanalar 

vardır,  tarixi  yerlərlə  tanış  oldular  və  Azərbaycan  haqqında 

daha  da  dolğun  təəssürat  əldə  etdilər.  Ona  görə  bu  çox  gözəl 

formatdır və şadam ki, forumun yekunları çox müsbət oldu. 

Bununla  bərabər,  bu  il  ərzində  və  keçən  il  çox  ciddi 

hadisələr  baş  vermiş,  Azərbaycanın  dünyadakı  rolunu,  yerini 

böyük  dərəcədə  artırmışdır.  Biz  «Eurovision»  mahnı  müsa-

biqəsinin  Bakıda  keçirilməsinə  təşəbbüs  göstərməmişdik. 

Sadəcə  olaraq,  müsabiqənin  şərtləri  belə  idi  ki,  o,  qalib  olan 

nümayəndələrin  ölkəsində  keçirilir.  Biz  isə  onu  yüksək  səviy-

yədə keçirmişik. Bəlkə də ən yüksək səviyyədə keçirmişik. Öz 

mədəniyyətimizi və reallıqlarımızı bütün Avropaya təqdim edə 

bilmişik. 

BMT  Təhlükəsizlik  Şurasına  üzv  seçildik.  Cəmi  20  il  müs-

təqillik  həyatını  yaşayan  ölkə  üçün  bu,  tarixi  nailiyyətdir.  155 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə