ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə68/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   64   65   66   67   68   69   70   71   ...   123

 

216 


verilir,  inflyasiya  aşağı  səviyyədədir.  Bu  bizim  böyük 

rezervlərimizi,  düşünülmüş  makroiqtisadi  siyasət  aparılmasını 

göstərir  və  ümumiyyətlə,  iqtisadi  sahədə  bizim  düzgün 

siyasətimizə dəlalət edir. 

Ona  görə  biz  bu  məsələ  ilə  daim  məşğuluq  və  müvafiq 

qurumlar  –  iqtisadi  qurumlar,  Mərkəzi  Bank  məsələni  daim 

nəzarət altında saxlayır. Elə etməliyik ki, gələn il də inflyasiya 

riskləri minimum səviyyədə olsun. 

Biz  son  aylar  təbii  fəlakətlərin  fəsadlarının  aradan  qaldırıl-

ması ilə də ciddi məşğul olmuşuq. Əfsuslar olsun ki, son illərdə 

Azərbaycan  təbii  fəlakətlərlə  üzləşir.  2  il  əvvəl  böyük  daşqın 

baş  vermişdir.  Bu  il  böyük  zəlzələ  baş  verdi.  Mən  zəlzələ 

zonasında  2  dəfə  olmuşam.  Zəlzələ  baş  verdikdə  və  keçən  ay. 

Artıq  işin  gözəl  nəticələrini  gördüm.  Həm  məktəblər  qısa 

müddət ərzində tikilmişdir, həm də evlər tikilir, bərpa edilir. Bu 

məqsədlər  üçün  həm  Prezidentin  ehtiyat  fondundan,  həm  də 

dövlət  büdcəsindən  kifayət  qədər  böyük  məbləğ  –  300  milyon 

manatdan  çox  vəsait  ayrılmışdır.  Çalışmalıyıq  ki,  qalan  vəsait 

də  təşkil  edilsin  ki,  qısa  müddət  ərzində  biz  bu  məsələni    tam 

şəkildə  həll  edək.  Ancaq  bu  çox  böyük  iş  həcmi  deməkdir. 

Minlərlə  ev  dağıldı,  yararsız  vəziyyətə  düşdü  və  Azərbaycan 

dövləti bu maliyyə yükünü yenə də öz üzərinə götürdü. Mən bu 

barədə  bir  neçə  dəfə    fikirlərimi  bildirmişəm.  Daşqın,  zəlzələ 

zamanı  biz  çalışmalıyıq  ki,  bu  sahədə  də  mütərəqqi  təcrübəni 

Azərbaycanda tətbiq edək. Yəni bunun vaxtı gəlib çatıb və onu 

da  demək  istəyirəm  ki,  heç  bir  dövlətdə,  yəni  inkişaf  etmiş 

dövlətlərdə  təbii  fəlakətlərin  fəsadlarının  aradan  qaldırılması, 

yəni  o  mənada  ki,  evlərin  tikintisi  heç  vaxt  dövlət  büdcəsi 

vəsaitinə həll edilmir. 

Onlarda  bütün  evlər  sığortalıdır.  Hər  bir  vətəndaş  öz  evini 

sığortalayır.  Ondan  sonra  xoşagəlməz  hal  baş  verdikdə  sığorta 

şirkəti onun bütün kompensasiyalarını ödəyir. Əlbəttə, heç kim 

təbii fəlakətləri proqnozlaşdıra bilməz. Zəlzələ elə şeydir ki, heç 

bir  ölkə  onun  qarşısını  ala  bilməz.  Ona  görə  hesab  edirəm  ki, 

biz  indidən  bu  məsələ  ilə  bağlı  ciddi  məşğul  olmalıyıq.  Yeni 



 

217 


sistem  tətbiq  edilməlidir.  İnkişaf  etmiş  ölkələrin  təcrübəsi 

öyrənilməlidir və hökumət yaxın zamanlarda bu məsələ ilə bağlı 

konkret 

təkliflər 

verməlidir. 

Əlbəttə, 

cəmiyyətdə 

maarifləndirmə  işləri  də  aparılacaqdır,  digər  tədbirlər  də 

görüləcəkdir.  Biz  bu  məsələni  birdəfəlik  həll  etməliyik,  çünki 

hər  dəfə  dövlət  bu  məqsədlər  üçün  100  milyonlarla  manat 

məbləğində  vəsait  ayırır.  Bu  həm  dövlət  büdcəsinə  əlavə 

yükdür,  həm  də  o  qədər  də  ciddi,  sistemli  yanaşma  deyil. 

Sadəcə  olaraq,  biz  yenə  də  öz  sosial  siyasətimizi  aparmaqla, 

insanların ağır  vəziyyətə düşməsini nəzərə alaraq bu addımları 

atırıq. Əslində artıq hər şey sistemə oturmalıdır və əminəm ki, 

biz bu sahədə də lazımi sistemi yarada biləcəyik. 

Məcburi köçkünlərin yerləşdirilməsi prosesi gedir. Bu il bu 

məqsədlər  üçün  Neft  Fondundan  rekord  məbləğ  –  300  milyon 

manat  nəzərdə  tutulmuşdur.  Bu  vəsaitlə  yeni  qəsəbələr  salınır. 

Mən bu qəsəbələrin açılışlarında iştirak edirəm və görürəm ki, 

doğrudan  da  biz  insanlara  sevinc  bəxş  edirik,  onları  ağır 

vəziyyətdən çıxarıb normal şəraitlə təmin edirik. Hesab edirəm 

ki,  biz  gələn  il  də  ən  azı  bu  səviyyədə  vəsait  ayırmalıyıq.  300 

milyon  manat  böyük  məbləğdir  və  gələn  il  də  köçkünlərin 

yerləşdirilməsi,  onların  yaşayış  səviyyəsinin  yaxşılaşdırılması 

üçün  böyük  tədbirlər  görüləcəkdir.  Hələ  ki,  ağır  vəziyyətdə 

yaşayan  köçkünlər  vardır.  Əlbəttə,  «çadır  şəhərciyi»  anlayışı 

artıq  5  ildir  ki,  silinibdir.  Ancaq  uşaq  bağçalarında,  hərbi 

hissələrin ərazilərində, yataqxanalarda kifayət qədər çox köçkün 

yaşayır.  Biz  həm  onların  vəziyyətini  yüngülləşdirəcəyik,  eyni 

zamanda  uşaq  bağçaları  ilə  də  bağlı  bizim  böyük  planlarımız 

vardır. 


İndi  Bakı  şəhərində  bütün  uşaq  bağçaları  təmir  edilir  və 

göstəriş  verilmişdir  ki,  yeni  bağçalar  tikilsin.  Çünki  mövcud 

imkanlar  tələbatın  yalnız  20  faizini  ödəyir.  Uşaq  bağçalarının 

əksəriyyəti sovet dövründə tikilib. O vaxt əhalinin sayı o qədər 

çox deyildi. Əhali artır, tələbat artır və valideynlər görəndə ki, 

artıq  uşaq  bağçalarında  vəziyyət  çox  yaxşıdır,  istəyirlər  ki, 

uşaqlarını  oraya  versinlər,  amma  fiziki  imkanlar  yoxdur. 



 

218 


Əvvəllər  uşaq  bağçalarının  vəziyyəti  elə  ağır  idi  ki,  heç  bir 

valideyn  uşağı  oraya  vermək  istəmirdi.  İndi  vəziyyət  dəyişib. 

Buna görə gələn ilin İnvestisiya Proqramında uşaq bağçalarının 

tikilməsi  və  bəlkə  də  mövcud  bağçaların  yanında  yeni 

korpusların  inşası  məsələlərinə  baxmalıyıq.  Çünki  bu  çox 

əlamətdar haldır ki, – mən daim bunu qeyd edirəm və görürəm 

– həm məktəblər, həm uşaq bağçaları tikilərkən onların ərazisi 

çox  böyük  götürülmüşdür.  Bu,  sovet  dövrünün  çox  müsbət 

siyasəti  idi.  İndi  o  ərazilərdə  yeni  korpuslar  tikilməlidir  və 

tikilir.  Yeni  yerlər  də  müəyyən  edilməlidir.  Ona  görə  biz  bu 

məsələlərlə  ciddi  şəkildə  məşğul  olacağıq  və  əminəm  ki, 

növbəti illərdə daha da böyük uğurlar əldə ediləcəkdir. 

Regionlarda  infrastruktur  layihələrinin  icrası  sürətlə  gedir. 

Artıq  biz  hər  istiqamət  üzrə  konkret  proqramlar  çərçivəsində 

işləyirik.  Qazlaşdırma  prosesi  gedir,  mən  bölgələrdə  olarkən 

daim  maraqlanıram  –  qazlaşdırma  necə  gedir,  içməli  su 

layihələri necə icra edilir?! 

Demək olar ki, hər şey cədvəl üzrə gedir. Bu yaxınlarda biz 

Zərdab  rayonunda  artıq  birinci  içməli  su  layihəsinin 

reallaşdırılmasını  qeyd  etmişik.  Artıq  bir  neçə  gündən  sonra 

Zərdab şəhərinin sakinləri təmiz mənbədən götürülən saf içməli 

suya malik olacaqlar. Bu doğrudan da böyük və tarixi hadisədir. 

Növbəti  müddətdə  bütün  rayon  mərkəzləri,  bütün  şəhərlər 

içməli  su  ilə  təmin  ediləcəkdir.  Bunu  etmək  üçün  konkret 

tapşırıqlar  verilib  və  bu  məqsədlərə  çatmaq  üçün  gələn  ilin 

İnvestisiya  Proqramında  kifayət  qədər  böyük  məbləğ  nəzərdə 

tutulmuşdur. 

Bununla  bərabər,  regional  infrastruktur  layihələri  ilə  bağlı 

digər istiqamətlər üzrə işlər sürətlə gedir. Həm magistral yollar, 

həm  şəhərlərarası  və kənd yolları tikilir. Deyə bilərəm ki, bu il 

kənd  yollarına  müasir  Azərbaycanın  tarixində  ən  böyük  vəsait 

qoyulmuşdur.  Hər  bir  bölgədə  kənd  yolları  tikilir  və  onlarla 

kənd,  şəhər,  rayon  mərkəzləri  bir-biri  ilə  birləşir.  Bunun  çox 

böyük  mənası  vardır.  Bu  həm  sosial  məsələdir,  biz  bunu 

insanların  rahatlığı  üçün  edirik.  Eyni  zamanda,  iqtisadi 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə