ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə66/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   62   63   64   65   66   67   68   69   ...   123

 

210 


sırf  «Azəri»,  «Çıraq»  yataqları  üzrə  fəaliyyət  göstərən 

konsorsiuma  rəhbərlik  edən  bp  şirkətinin  kobud  səhvləri 

nəticəsində  mümkün  olmuşdur.  Biz  bp  şirkəti  ilə  uzun  illərdir 

ki,  əməkdaşlıq  edirik.  Onların  fəaliyyətini  bütün  dövrlərdə 

dəstəkləmişik.  Onlar  üçün  ən  ağır  günlərdə  onları 

dəstəkləmişik.  Biz  adekvat  münasibət  gözləyirik.  Bizə  verilən 

səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən 

yalan  vədlər  qəbuledilməzdir.  Dünya  biznesində,  biznesin  bu 

səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. 

Biz  həmişə  bütün  tərəfdaşlarla  –  istər  siyasətdə,  istər  iqtisadi 

sahədə  ədalətli  olmuşuq.  Həmişə  dediyimiz  sözlərə  əməl 

etmişik.  Biz  adekvat  münasibət  gözləyirik.  Mən  hesab  edirəm 

ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən 

nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət 

üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi 

qaydada  söz  verilmişdi  ki,  bütün  xoşagəlməz  halların  qarşısı 

qısa  müddət  ərzində  alınacaqdır.  Bütün  səhvlər  etiraf  edildi. 

Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir. 

Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində 

çox  ciddi  dəyişikliklər  ediləcək,  işçi  proqrama  düzəlişlər 

olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər 

görüləcək  və  ən  önəmlisi,  bu  kobud  səhvləri  buraxan  insanlar 

dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər təxminən bir ay 

vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. 

Əksinə,  hesab  edirəm  ki,  burada  vaxt  uzatma  prosesi  gedir. 

Hesab  edirəm  ki,  bu  tamamilə  dözülməz  haldır.  Artıq  Dövlət 

Neft  Şirkətinə  tapşırıq  verilmişdir  ki,  bu  məsələ  rəsmi  qaydada 

qaldırılsın  və  lazımi  tədbirlər  görülsün.  Öz  vəzifə  borcunu, 

kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək nəticə 

çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir. 

Beləliklə,  əgər  iqtisadi  sahədə  bu  xoşagəlməz  hadisələri 

nəzərə  almasaq,  vəziyyət,  ümumiyyətlə,  çox  müsbətdir  və 

ölkəmizdə  aparılan  iqtisadi  islahatlar  beynəlxalq  maliyyə 

qurumları  tərəfindən  də  yüksək  qiymətləndirilir.  Keçən  rübdə 

dünyanın  ən  mötəbər  iqtisadi  qurumlarından  biri  olan  Davos 



 

211 


İqtisadi  Forumu  ölkələrin  rəqabətqabiliyyətliliyi  ilə  bağlı  yeni 

cədvəl dərc etmişdir və Azərbaycan o siyahıda    46-cı yerdədir. 

MDB  məkanında  1-ci,  dünya  miqyasında      46-cı.  Keçən  ilə 

nisbətən  biz  9  pillə  yuxarı  qalxmışıq.  Bu  onu  göstərir  ki, 

Azərbaycanın  iqtisadi  inkişafı  və  uğurları  iqtisadi  islahatlarla 

bağlıdır  və  bu  hesabatda,  eyni  zamanda,  makroiqtisadi 

vəziyyətlə bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi sabitliyə 

görə  Azərbaycan  dünya  miqyasında  18-ci  yerdədir.  Dünya 

miqyasında  bu  sahədə  18-ci  yerdə  olmaq  nə  deməkdir,  hesab 

edirəm  ki,  bunu  izah  etməyə  lüzum  yoxdur.  Əsas  reytinq 

agentlikləri  ki,  hazırda  Avropanın  inkişaf  etmiş  ölkələrinin 

kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit 

reytinqlərini artırırlar. «Fitch», «Standard & Poors», «Moodys» 

–  yəni  3  əsas  reytinq  agentliyi  bizim  kredit  reytinqlərimizi 

artırıb  və  bu  da  görülən  işlər,  aparılan  islahatlar  nəticəsində 

mümkün olmuşdur. İqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, 

irəliləyişi  həm  gözlə  görmək  mümkündür,  həm  də  statistik 

rəqəmlərdə bu öz əksini tapır. 

Digər  sahələrdə,  yenə  də  deyirəm,  sosial  məsələlərin  həl-

lində də böyük nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından 

qalmış əmanətlərə kompensasiya verilməsi prosesi başlanmışdır 

və bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək 

əmsalla bu vəsait məhz Azərbaycanda veriləcəkdir. Bu da sosial 

siyasətimizin nə qədər geniş olduğunu göstərir. 

Orta  aylıq  əməkhaqqı,  orta  aylıq  pensiya  artıb  və  MDB 

məkanında  bu  göstərici  ən  yüksək  göstəricilər  arasındadır. 

Müqayisə  aparmaq  üçün  göstəricilər  daha  çox  dollarla 

hesablanır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bəra-

bərdir,  orta  pensiya  190  dollara  bərabərdir.  Artım  sürətlidir, 

ancaq  bu  bizi  qane  edə  bilməz.  Baxmayaraq  ki,  müqayisə 

aparmaq  və  uğurlarla  öyünmək  üçün  imkan  var,  hesab  edirəm 

ki,  gələcək  illərdə  bu  sahədə  daha  da  böyük  uğurlar  əldə 

ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiiyalar, əmək haqları 

ildən-ilə  qaldırılır.  Hazırda  Azərbaycanda  pensiyalar  əmək 




 

212 


haqlarının  40  faizini  təşkil  edir  ki,  bu  da  Avropanın  inkişaf 

etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir. 

Regionlarda  işlər  çox  uğurla  gedir.  Regionlara  səfərlərim 

mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm 

əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə 

canlanma,  inkişaf,  infrastruktur  layihələrinin  icrası,  yeni  iş 

yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni 

iş  yeri  açılmışdır  ki,  onlardan  73  mini  daimi  iş  yeridir. 

Regionların  sosial-iqtisadi  inkişafı  proqramının  əvvəlindən  – 

2004-cü  ildən  bəri  1  milyon  100  min  iş  yeri  açılmışdır  ki, 

onlardan 800 mini daimi iş yeridir. 

Yenə  də  deyirəm,  bütün  başqa  sahələrdə,  tikinti-quruculuq, 

sosial 

infrastrukturun 



yaradılması  istiqamətində  böyük 

nailiyyətlər  vardır.  İl  ərzində  188  məktəb  və  əlavə  korpuslar 

tikilmiş,  103  məktəb  əsaslı  təmir  edilmişdir.  Bu  proses  həm 

Bakıda  geniş  vüsət  almışdır,  həm  də  bölgələrdə.  Bakı 

məktəblərinə  gəldikdə,  gələn  tədris  ilinə  qədər  nəinki  qəzalı 

vəziyyətdə,  heç  bir  dənə  də  olsun  təmirsiz  məktəb  qal-

mayacaqdır.  Bölgələrdə  də  bu  istiqamətdə  böyük  işlər  gedir. 

Yəqin  ki,  bölgələrdə  bütün  məsələni  tam  şəkildə  həll  etmək 

üçün bir qədər çox vaxt lazım olacaqdır. 

Keçən  rübdə  idmançılarımız  bizi  sevindirdilər.  Azərbaycan 

Olimpiya  və  Paralimpiya  oyunlarında  çox  böyük  nəticələr 

göstərmişdir.  Olimpiyaçılarımız  dünya  miqyasında  30-cu  yerə 

çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 

30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, islam ölkələri 

arasında  3-cü  yerdədirlər.  10  medal  qazanmışıq  –  2  qızıl,  2 

gümüş,  6  bürünc.  Böyük  tarixi qələbədir.  Paralimpiyaçılarımız 

27-ci yerə çata bilmişlər. 12 medal qazanmışlar ki, onlardan 4-ü 

qızıldır. Bu həm bizi sevindirir, fərəhləndirir, həm də ki, ölkə-

mizin  qüdrətini,  gənclərimizin  potensialını  göstərir.  Çünki 

idman hər bir ölkənin ayrılmaz hissəsidir, çox mühüm amildir. 

İdmanın  inkişafı  ölkənin  ümumi  inkişafını  göstərir.  Adətən, 

iqtisadi  tərəfdən  güclü,  siyasi  sabitliyə  malik  olan  ölkələrdə 

idman  da  sürətlə  inkişaf  edir.  İdmanın  inkişafı  üçün  dövlət 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə