ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə63/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   59   60   61   62   63   64   65   66   ...   123

 

200 


V  e  t  e  r  a  n:  Keçən  il  mayın  6-da  Sizin  buraya  gəlişiniz 

bizim üçün çox uğurlu, gözəl gün oldu. İnanın, biz Sizi görəndə 

elə  bilirik  ki,  bütün  dünyanı  bizə  bəxş  edirsiniz.  Sizin  155 

dövlət  tərəfindən  dəstək  almağınız,  cənab  Prezident,  Sizin 

şəxsinizdə bütün Azərbaycan xalqına verilən qiymətdir. Keçən 

il  öz  əllərinizlə  mənə  verdiyiniz  «Tərəqqi»  medalına görə  Sizə 

minnətdarlıq edirəm. 

Mən əzizimiz Mehriban xanıma, Leyla xanıma da Allahdan 

cansağlığı  arzulayıram.  Çünki  onlar  da  Azərbaycanın  bütün 

dünyada tanıdılmasında böyük işlər görürlər. 



 

 

 

 

 

 

 

 

 


 

201 


 

MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARI KONQRESİ 

DEPUTATLAR PALATASININ BEYNƏLXALQ 

ƏLAQƏLƏR KOMİTƏSİNİN SƏDRİ PORFİRİO 

MUNYOZ LEDO İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  

 

8 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın 8-də Meksika Birləşmiş Ştatları Konqresi Deputatlar 

Palatasının  beynəlxalq  əlaqələr  komitəsinin  sədri  Porfirio 

Munyoz Ledonu qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  Meksika  arasında 

ikitərəfli  əlaqələrin  yüksək  səviyyədə  olmasından  məmnunlu-

ğunu  ifadə  etdi.  Son  illərdə  əməkdaşlığımızın  sürətlə  inkişaf 

etdiyini qeyd edən prezident İlham Əliyev ölkələrimizin beynəl-

xalq  təşkilatlar  çərçivəsində  fəal  əməkdaşlıq  etdiyini  bildirdi. 

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  Meksika  arasında  iqtisadi 

və  mədəni  əlaqələrin  daha  da  genişləndirilməsi  üçün  yaxşı 

imkanların  olduğunu  dedi.  Porfirio  Munyoz  Ledonun 

Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən prezident İlham 

Əliyev  ikitərəfli  münasibətlərimizin  inkişafında  parlamentlər-

arası əlaqələrin önəmini vurğuladı. 

Prezident  İlham  Əliyev  ilə  hələ  Avropa  Şurası  Parlament 

Assambleyasında  tanış  olduğunu  xatırladan  Meksika  Birləşmiş 

Ştatları  Konqresi  Deputatlar  Palatasının  beynəlxalq  əlaqələr 

komitəsinin  sədri  Porfirio  Munyoz  Ledo  Azərbaycana 

səfərindən  məmnunluğunu  ifadə  etdi.  O,  ölkəmizdə  gedən 

yüksək  inkişaf  proseslərinin  onda  böyük  təəssürat  yaratdığını 

dedi. 

 

 



 


 

202 


 

VENESUELA BOLİVAR RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB UQO RAFAEL ÇAVES FRİASA 

 

Hörmətli cənab Prezident! 



Venesuela  Bolivar  Respublikasının  Prezidenti  vəzifəsinə 

yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. 

Ümidvaram  ki,  Azərbaycan  ilə  Venesuela  arasındakı 

münasibətlər  xalqlarımızın  mənafelərinə  uyğun  olaraq  dostluq 

və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  Venesuela  xal-

qının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 9 oktyabr 2012-ci il 



 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


 

203 


 

DÜNYA BANKININ CƏNUBİ QAFQAZ ÜZRƏ 

REGİONAL DİREKTORU HENRİ KERALİ  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

9 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  9-da  Dünya  Bankının  Cənubi  Qafqaz  üzrə  regional 

direktoru Henri Keralini qəbul etmişdir.  

Görüşdə  Azərbaycan  ilə  Dünya  Bankı  arasında  20  illik 

əlaqələrin  inkişafından  məmnunluq  ifadə  edildi,  ölkəmizlə 

əməkdaşlığın böyük potensiala malik olduğu və Dünya Bankının 

bu  əməkdaşlığı  daha  da  dərinləşdirilməkdə  maraqlı  olduğu 

vurğulandı,  Azərbaycanın əldə  etdiyi  yüksək  iqtisadi uğurların 

önəmi qeyd edildi. 

Görüşdə, həmçinin infrastruktur, bərpa olunan enerji, içməli 

su  təminatı,  su  ehtiyatları  və  suvarma  sistemləri,  Xəzər 

dənizindən suvarma məqsədi ilə istifadə, müasir texnologiyaya 

əsaslanan kənd təsərrüfatı müəssisələrinin yaradılması, yerlər-

də  sahibkarlığın  inkişafına  dəstək,  iqtisadiyyatın  şaxələndiril-

məsi,  bir  sıra  sahələrdə  islahatların  davam  etdirilməsi  və 

Azərbaycanın prioritet hesab etdiyi digər istiqamətlərdə əmək-

daşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında 

fikir mübadiləsi aparıldı. 

 

 



 

 

 



 

 

 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə