ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə59/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   55   56   57   58   59   60   61   62   ...   123

 

188 


fotoguşə  yaradılmış,  foyedə  ulu  öndərin  büst  kompleksi 

qoyulmuşdur. 

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı 

ki,  burada  kompüterlərlə  təchiz  olunan  konfrans  zalı  və  ən 

müasir  avadanlıqların  quraşdırıldığı  xidməti  otaqlar  vardır. 

Şagirdlərin  Azərbaycanın  zəngin  tarixini  dərindən  öyrənmələri 

üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində ümum-

milli  lider  Heydər  Əliyevin  fəaliyyətindən  bəhs  edən  xarici 

dillərdə  nəşrlərə  də  geniş  yer  verilmişdir.  Birinci  mərtəbədə 

xalçaçılıq,  rəsm  və  şahmat  dərnəkləri  fəaliyyət  göstərəcəkdir. 

Mərkəzin  qonaqları  burada  yaradılan  imkanlardan  istifadə 

etməklə  dahi  Heydər  Əliyevin  siyasi  irsi  ilə  yaxından  tanış  ola 

biləcəklər. 

Qeyd olundu ki, Mərkəzdə 150 nəfərlik akt zalı, respublika və 

rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı 

da vardır. Mərkəzdə quraşdırılan ən müasir avadanlıq vasitəsilə 

beynəlxalq konfransların keçirilməsi də mümkündür. 

Heydər  Əliyev  Mərkəzi  ilə  tanışlıqdan  sonra  dövlətimizin 

başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi. 

 

Yeni Azərbaycan Partiyası Zərdab rayon 



təşkilatının yeni inzibati binasının açılışı mərasimi 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də  Yeni 



Azərbaycan  Partiyası  Zərdab  rayon  təşkilatının  yeni  inzibati 

binasının açılışında iştirak etmişdir. 

Dövlətimizin  başçısı  binanın  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi.  Bildirildi  ki,  Heydər  Əliyev  parkında  yerləşən  binanın 

tikintisinə  cari  ilin  mayında  başlanılmışdır.  Sahəsi  451  kvad-

ratmetr  olan  ikimərtəbəli  yeni  inzibati  binanın  ətrafında  yaşıllıq 

zolağı  salınmış,  işıqlandırma  sistemi  qurulmuşdur.  Binanın 

birinci  mərtəbəsində  ulu  öndər  Heydər  Əliyevin  büstü  qoyul-

muşdur.  Büstün  ətrafında  ümummilli  lider  Heydər  Əliyevin  və 

Yeni  Azərbaycan  Partiyasının  sədri,  prezident  İlham  Əliyevin 

partiya qurultaylarında iştiraklarını və müxtəlif vaxtlarda Zərdab 


 

189 


rayonuna səfərlərini əks etdirən fotolar yer almışdır. Ümumilikdə 

inzibati  bina  6  otaqdan  və  konfrans  zalından  ibarətdir.  Zalda 

respublika  və  rayon  əhəmiyyətli  mötəbər  tədbirlərin  keçirilməsi 

nəzərdə  tutulub.  Buradakı  bütün  otaqlarda  səmərəli  fəaliyyət 

üçün hər cür şərait yaradılıb. 

Vurğulandı  ki,  YAP  Zərdab  rayon  təşkilatı  1993-cü  il 

avqustun  14-də  təsis  olunmuşdur.  Hazırda  5  min  400  üzvü  olan 

qurum partiyanın 64 ərazi ilk təşkilatını birləşdirir. 

Burada  prezident  İlham  Əliyev  Zərdab–Yuxarı  Seyidlər–

Siləyli  avtomobil  yolunun  yenidənqurmadan  əvvəlki  və  sonrakı 

görüntülərini əks etdirən fotostendə baxdı. 

Dövlətimizin  başçısı  görülən  işlərdən  razılığını  bildirdi, 

tapşırıq və tövsiyələrini verdi. 

 

            Gənclər Mərkəzinin açılışı mərasimi   

 

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də  Zər-

dabda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. 

Dövlətimizin  başçısı  mərkəzin  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. 

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi 

ki,  Heydər  Əliyev  parkında  yeni  inşa  olunmuş  Gənclər 

Mərkəzinin  həyətində  XXX  London  Yay  Olimpiya  oyunlarının 

qaliblərinin  və  olimpiya komandamızın  prezident  İlham  Əliyev 

ilə  görüşlərini  əks  etdirən  fotostend  yaradılmışdır.  Mərkəzin 

foyesində  ümummilli  lider Heydər Əliyevin  və  prezident İlham 

Əliyevin  ictimai-siyasi  fəaliyyətlərinin  müxtəlif  məqamlarını, 

Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr vardır.  

Qeyd  olundu  ki,  Gənclər  Mərkəzinin  tikintisinə  ötən  ilin 

iyulunda  başlanılmışdır.  Mərkəzin  inşaat  işləri  prezident 

İlham Əliyevin Zərdaba səfərindən sonra imzaladığı 2011-ci il 

11  may  tarixli  Sərəncamı  ilə  ayrılan  2  milyon  manat  vəsait 

hesabına  aparılmışdır.  Bütün  lazımi  avadanlıqla  təchiz  edilən 

10  otaq  və  rəqs  zalından  ibarət  mərkəzdə  gənclər  öz  asudə 

vaxtlarını  maraqlı  keçirə  bilərlər.  Burada  ayrıca  kompüter 



 

190 


otağı da var. Bütün kompüterlər sürətli internetə qoşulmuşdur. 

Mərkəzdə  kompüter,  dərzilik  kursları,  musiqi  dərnəkləri  təşkil 

olunacaqdır. Binadakı kafe-barda gənclərin istirahəti üçün hər 

cür şərait yaradılmışdır.  

Dövlətimizin  başçısı  mərkəzin  rəqs  zalı  ilə  tanış  oldu. 

Burada  atıcılıq  otağı  və  bilyard  zalı  fəaliyyət  göstərir.  Ümu-

milikdə  mərkəz  gənclərin  asudə  vaxtlarının  səmərəli  təşkilində 

mühüm rol oynayacaqdır. 

Mərkəzlə tanışlıqdan sonra prezident İlham Əliyev müvafiq 

tapşırıq və tövsiyələrini verdi. 

 

Küllülü–Zərdab magistral su kəmərinin 



açılışı mərasimi 

 

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Kül-



lülü–Zərdab magistral su kəmərinin açılışında iştirak etmişdir. 

Dövlətimizin başçısı su kəmərinin planı və tikintisi prosesini 

əks etdirən stendlə tanış oldu. 

«Azərsu»  Açıq  Səhmdar  Cəmiyyətinin  sədri  Qorxmaz 

Hüseynov  Küllülü  su  mənbəyinin  və  xəttin  texniki  göstəriciləri 

barədə məlumat verdi. Bildirildi ki, ASC-nin sifarişi ilə kəmərin 

tikinti işlərinə cari ilin sentyabrında başlanılmışdır. Bütövlükdə 

bu  kəmərin  suyundan  Ağsu,  Kürdəmir,  Ucar  və  Zərdab 

rayonlarının  müxtəlif  yaşayış  məntəqələrinin  157  min  sakini 

istifadə edəcəkdir. 

Qeyd  olundu  ki,  kəmərin  Zərdab  rayonunun  ərazisindən 

keçən  hissəsinin  uzunluğu  72  kilometrdir.  Zərdabın  36  min 

nəfər əhalisi bu su kəmərindən istifadə edəcəkdir. Küllülüdə    5 

min  kubmetrlik  1,  Zərdabda  isə  hər  biri  2  min  kubmetrlik    2  su 

anbarı  tikilir.  Hazırda  Heydər  Əliyev  parkında  tikilən  şəlalə 

rəmzi olaraq suyun artıq Zərdaba gəlib çatmasını bildirir. 

Dövlətimizin  başçısı  suyun  şəhərə  rəmzi  olaraq  verilməsini 

təmin edən qurğunu işə salan düyməni basdı. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə