ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə58/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   54   55   56   57   58   59   60   61   ...   123

 

185 


Ümummilli  lider  Heydər  Əliyevin  həyat  və  fəaliyyətinin  əks 

olunduğu  muzey  isə  həm  də  ideoloji  mərkəz  funksiyasını  yerinə 

yetirir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş 

Komandan İlham Əliyevin ordu quruculuğuna, o cümlədən ölkədə 

Sərhəd Qoşunlarının inkişafına göstərdikləri diqqət və qayğını əks 

etdirən fotostendlər qurulmuşdur. 

Sonra prezident İlham Əliyev əsgər yeməkxanasında yaradılan 

şəraitlə  maraqlandı.  Qeyd  edildi  ki,  əsgərlərin  yüksək  səviyyədə 

qidalanması  üçün  burada  hər  cür  şərait  vardır.  Hərbi  hissənin 

ərazisində bütün zəruri avadanlıq və ləvazimatlarla təchiz olunan 

hospital  fəaliyyət  göstərir.  60  çarpayılıq  hospitalda  ambulator 

müayinələrin  və  müalicə  işinin  aparılması  üçün  bütün  imkanlar 

nəzərə alınmış, əməliyyat bloku yaradılmışdır. 

Dövlətimizin  başçısı  hərbi  hissənin  tədris  meydanı  və  təlim 

poliqonunda  da  oldu.  Burada  Silahlı  Qüvvələrin  Ali  Baş  Ko-

mandanına  yeni  texnika  və  silah  növləri  barədə  məlumat  verildi. 

Qeyd  olundu  ki,  bu  gün  Dövlət  Sərhəd  Xidmətinin  maddi-texniki 

bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. 

Dövlət  Sərhəd  Xidmətinin  hərbi  hissələrinin  komplektləşdirilmə 

faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah 

vəzifələrinin  peşəkar,  ali  hərbi  təhsili  olan,  mənəvi,  fiziki  və 

psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə 

komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. 

Diqqətə  çatdırıldı  ki,  sərhədçi  ailələrinin  istifadəsi  üçün 

dörd tədris qrupu üzrə nəzərdə tutulan 150 yerlik uşaq bağçası 

vardır.  Burada  uşaqların  təlim-tərbiyəsinin  yüksək  səviyyədə 

yerinə  yetirilməsi  üçün  hər  cür  əyani  vəsaitlərlə  təchiz  olunan 

bölmələr yaradılmış, məktəbəqədər hazırlıq guşələri qurulmuş-

dur. Bağçanın daxilində 2,1 min kvadratmetr sahəsi olan qapalı 

hovuz inşa olunmuşdur. 

Daha  sonra  prezident  İlham  Əliyev  hərbi  hissədə  yaşayış 

binaları kompleksinin açılışında iştirak etdi. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  hərbi  hissənin 

ərazisində ümumilikdə 185 mənzilin olduğu beşmərtəbəli         5 

bina tikilmişdir. Subay zabit və gizirlər üçün 120 nəfərlik hotel 


 

186 


tipli  yataqxana  da  vardır.  Burada  yaradılan  şərait  təsdiqləyir 

ki,  bu  gün  Azərbaycan  Ordusunda  müşahidə  olunan  hərtərəfli 

yüksəliş  sərhədçilərin  və  onların  ailə  üzvlərinin  həyat 

səviyyəsinin  daha  da  yaxşılaşdırılmasına,  sosial  müdafiəsinin 

gücləndirilməsinə  müsbət  təsir  göstərir.  Prezidentin  Azərbay-

canın  bölgələrinə  etdiyi  səfərlərində  hərbçilər  və  onların 

ailələri  üçün  inşa  edilən  binaların  açılışında  iştirak  etməsi 

dövlətin ordu quruculuğuna diqqət və qayğısını nümayiş etdirir. 

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

187 


 

ZƏRDAB RAYONUNA SƏFƏR   

 

7 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın 7-də Yevlax şəhərinə səfərini başa çatdıraraq Zərdab 

rayonuna gəlmişdir. 

Dövlətimizin başçısı Zərdab şəhərinin mərkəzindəki    Hey-

dər  Əliyev  parkında  xalqımızın  ümummilli  liderinin  abidəsini 

ziyarət edərək,  önünə gül dəstəsi qoydu. 

Zərdab  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Lütfəli  Babayev 

prezident  İlham  Əliyevə  rayonda  aparılan  abadlıq-quruculuq 

işləri barədə məlumat verdi. 

 

Heydər Əliyev Mərkəzinin açılışı mərasimi 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 

Zərdab rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak 

etmişdir. 

Dövlətimizin başçısı Mərkəzin açılışını bildirən lenti kəsdi. 

Məlumat  verildi  ki,  şəhərin  Heydər  Əliyev  prospektində 

yerləşən, ümummilli liderin adını daşıyan parkda Heydər Əliyev 

Mərkəzinin  inşasına  2010-cu  ildə  başlanılıb.  Mərkəzin  ikimər-

təbəli  binası  ümummilli  liderin  adını  daşıyan  parkın  ən  gözəl 

guşəsində,  özünəməxsusluğu  ilə  seçilən  orijinal  layihə  əsasında 

inşa edilmişdir. Binanın ümumi sahəsi 1680 kvadratmetrdir. Ulu 

öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından 

böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və 

çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 

materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən 

müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur. 

Burada  ümummilli  liderin  həyat  və  fəaliyyətini,  xarici  ölkələrdə 

və  ölkəmizin  regionlarında  keçirdiyi  görüşləri  əks  etdirən  9 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə