ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə56/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   52   53   54   55   56   57   58   59   ...   123

 

179 


102  il  əvvəl  salınıbdır.  Yevlax  bulvarı  isə  yeni  salınıb.  Bu,  artıq 

tarixdə vardır. Siz bu tarixi bir yerdə qeyd edin. Yazın ki, Yevlax 

bulvarı  bu  tarixdə  yaradılıb.  100  ildən  sonra  burada  gəzəcək 

insanlar  deyəcəklər  ki,  bizim  tarixi  bulvarımız  vardır,  yaşı  100 

ildir. Tarix belə yaradılır, ölkələr belə inkişaf edir. 

S a k i n: Çox minnətdarıq, biz yevlaxlılar Sizi sevirik, Allah 

Sizə ömür versin. 



İ l h a m  Ə l i y e v: Sağ olun, mən də sizi sevirəm. Çox şadam 

ki,  Yevlax  doğrudan  da  inkişaf  edir.  Əslində  son  illər  ərzində 

Yevlaxda  gedən  quruculuq  prosesləri  onu  dəqiqliklə  göstərir  ki, 

hər  şey  etmək  mümkündür.  Yevlax  ölkə  miqyasında  ən  qabaqcıl 

yerlərdədir.  Bu  uğurlar  sizin  zəhmətiniz  hesabına  mümkün 

olubdur. Mən də, əlbəttə, kömək edirəm. Yevlax ölkəmizin coğrafi 

mərkəzidir,  böyük  və  strateji  mərkəzdir.  İndi  burada  gedən 

quruculuq işləri inkişaf etmiş şəhərlərdə gedən işlərdən geri qalmır. 

Əslində mən bir neçə dəfə demişəm, bəzi hallarda, xüsusilə müstə-

qilliyimizin  ilk  illərində  deyirdik  ki,  «Avropa  standartları», 

«Avropa standartlarına çatmalıyıq», belə bir anlayış var idi. Amma 

indi  görürük  ki,  bizim  öz  standartlarımız  da  geri  qalmır.  Artıq, 

demək  olar  ki,  Azərbaycan  standartları  vardır  –  səliqə,  zövq, 

təmizlik, quruculuq, inkişaf, abadlıq işləri. Azərbaycan standartları 

digər sahələrdə də özünü göstərir. Misal üçün, təhlükəsizlik. Deyə 

bilərəm  ki,  dünya  miqyasında  ən  təhlükəsiz  yerlərdən  biri 

Azərbaycandır.  Yaxud  da  ki,  iqtisadi  inkişaf,  sosial  məsələlərin 

həlli,  cəmiyyətdə  hökm  sürən  gözəl  ovqat,  ab-hava,  milli-dini 

dözümlülük  –  bu,  Azərbaycan  modelidir.  Bu  günlərdə  II 

Beynəlxalq  Humanitar  Forumun  iştirakçıları  da  bu  inkişafı 

görürlər, vurğulayırlar və bizim təcrübəmizi öyrənməyə çalışırlar. 

Ona  görə  Azərbaycan  standartları  özünü  hər  yerdə  göstərməlidir. 

Bu, müasirlik və inkişaf, milli dəyərlərə bağlılıq standartlarıdır. 

S  a  k  i  n:  Cənab  Prezident,  icazə  versəydiniz  mən  bütün 

yevlaxlılar  adından  Sizi  salamlayardım.  Şəhərimizə  xoş  gəl-

misiniz!  Sizin  hər  gəlişiniz  bizim  üçün,  sözün  əsl  mənasında, 

bayramdır.  Biz  bu  gün  bu  gözəl  bulvarda  Sizi  görməyimizə  çox 

şadıq. Bizim üçün yaratdığınız hər bir şəraitə görə çox sağ olun. 



 

180 


İndi  doğrudan  da  Yevlax  camaatı  heç  nədən  əziyyət  çəkmir. 

Buna  görə  də  Sizə  «çox  sağ  olun»  –  deyirik.  Çünki  bu  Sizin 

işinizin,  qayğınızın,  bizə  göstərdiyiniz  diqqətin  sayəsində 

mümkün olubdur. 

Mən  öz  adımdan  Sizə  bir  daha  təşəkkür  edirəm  ki,  bizi  bu 

cür  işləməyə  ruhlandırırsınız.  Sizin  hər  gəlişiniz  bizim  həyat 

eşqimizi daha da artırır. Doğrudan da elədir. Mənim  56 yaşım 

var,  amma  mən  istərdim  bundan  sonra  da  heç  olmasa    20  il 

yaşayım  ki,  Azərbaycanın  o  gözəl  günlərini  daha  yaxından 

görüm, onun quruculuğunda mən də iştirak edim. Çox sağ olun, 

Sizə həm şəhərimizin əhalisi adından, həm öz adımdan bir daha 

təşəkkür  edirəm.  Siz  doğrudan  da  bizim  təhlükəsizliyimizi 

təmin  edirsiniz.  Vaxt  var  idi  ki,  Yevlaxda  kimsə  harayasa  tək 

çıxa bilmirdi. Amma bu gün mən balaca nəvəmi də götürüb tək 

gəlirəm. Yay aylarında gecə saat     11-12-dək burada otururam 

ki, uşaq əylənsin. Çox sağ olun, bir daha Sizə minnətdaram. 



İ l h a m  Ə l i y e v: Sağ olun. 

S a k i n: Nəvələrimlə, nəticələrimlə gəlib bu gözəl parkda 

gəzirəm. Bura vaxtı ilə liman olubdur, buraya Bakıdan paroxod 

gəlibdir.  İndi  şükür  Allaha,  gözəl  sahil,  park,  gözəl  bulvar 

salınıb, gəlib gəzirəm. 

Cənab  Prezident,  Siz  Ramil  Səfərovu,  Mübariz  İbrahimovu 

Vətənimizə gətirdiniz və onlara sahib durdunuz, buna görə çox 

sağ  olun!  Bu  Sizin  Azərbaycan  xalqına  göstərdiyiniz  diqqətin 

və qayğının nümunəsidir. Biz yaşlı adamlarıq. Biz Sizin diqqət 

və  qayğınızı  həmişə  hiss  edirik.  Biz  Sizi  ömürlük  prezident 

kimi qəbul edirik. Çox sağ olun, Allah Sizi qorusun! 



İ l h a m  Ə l i y e v: Çox sağ olun! Azərbaycan doğrudan 

da  indi  qüdrətli  dövlətdir,  öz  maraqlarını  müdafiə  etməyə, 

ləyaqətini  qorumağa,  vətəndaşlarına  yiyə  durmağa  qadirdir. 

Ramil Səfərovu Azərbaycana qaytarmağımız ədalətli idi, bütün 

beynəlxalq  hüquq  normalara  uyğun  idi.  Avropa  Kon-

vensiyasına,  Azərbaycan  Konstitusiyasına  və  haqq-ədalətə 

uyğun  idi.  Azərbaycan  öz  vətəndaşlarını  qoruyur,  qorumalıdır 

və çətin vəziyyətdən xilas etmək üçün əlindən gələni etməlidir. 




 

181 


Bu  gün  bizim  buna  gücümüz  çatır.  Ona  görə  dünyada  bizim 

rolumuz  artır,  dünya  xəritəsində  biz  artıq  layiqli  yer  tuta 

bilmişik.  Bölgədə  gedən  proseslərdə  bizimlə  hesablaşmamaq 

artıq  mümkün  deyildir.  Hesablaşmamaq  istəyənlər  də  gördülər 

ki,  axırda  hesablaşmalıdırlar.  Bizim  siyasətimiz  xoşniyyətlidir. 

Heç  kimə  qarşı  pis  fikirdə  deyilik.  İstəyirik  ki,  bütün  xalqlar, 

bütün  ölkələr  bir-biri  ilə  yaxşı  əlaqədə  olsunlar.  İstəyirik  ki, 

bizim  haqlarımız  da  qorunsun,  ərazi  bütövlüyümüz  bərpa 

olunsun  və  buna  çalışırıq.  Biz  müstəqil  siyasət  aparırıq.  Bu 

siyasətin  mənbəyi  Azərbaycan  xalqıdır  və  onun  maraqlarıdır. 

Burada  heç  bir  başqa  maraq  nəzərə  alınmır  və  alınmamalıdır. 

Müstəqil  siyasət  aparmaq  üçün,  əlbəttə,  güclü  iradə,  cəsarət, 

iqtisadi dayaqlar olmalıdır. Bunlar hamısı öz yerində. Amma ilk 

növbədə,  cəmiyyətdə  birlik  olmalıdır,  xalqla  iqtidar  arasında 

birlik.  Bu  birlik  nə  qədər  güclüdürsə,  o  qədər  də  beynəlxalq 

arenada bizim söz deməyə gücümüz çatır. Mən bunu istəyirəm 

və hər yeni icra başçısı təyin edərkən tövsiyələrimi verirəm. Bu 

tövsiyələrin  ən  vacibi  xalqla  bir  yerdə  olmaq,  xalqın  prob-

lemləri ilə yaşamaq, bütün səyləri insanların yaxşı yaşamalarına 

yönəltməkdir. 

Mən  Yevlaxda  da  bunu  görürəm.  Görürəm  ki,  yerli    icra 

orqanları vətəndaşlarla bir yerdə çalışırlar. Bu bulvar hamımızın 

əsəridir.  Əlbəttə  ki,  mən  də  öz  rolumu  oynamışam,  yerli  icra 

orqanları da, vətəndaşlar da. Biz dövlət yaradırıq, özümüz üçün 

güclü  dövlət  qururuq  ki,  hər  bir  kəs  Azərbaycan  vətəndaşı 

olmağı ilə fəxr etsin. Nə qədər güclü olsaq, bizim mövqemiz də 

o  qədər  müdafiə  olunacaq,  maraqlarımız  da  o  qədər  təmin 

ediləcəkdir.  Bütün  bunlar  hamısı  bir-biri  ilə  bağlı  olan 

məsələlərdir. 

Bu  gün  biz  öz  maraqlarımızı  ləyaqətlə  qoruyuruq.  Həm 

bölgədə,  həm  də  dünyada  gedən  qlobal  proseslərdə  biz  fəal 

iştirak  edirik.  Bizim  rəyimizlə  hesablaşırlar.  Bizim  mövqemiz 

bölgə məsələlərində həlledici rol oynayır, dünya məsələlərində 

də artıq eşidilir. Bütün bunlara biz 20 il ərzində nail olmuşuq. 

20  il  tarix  üçün  bir  andır.  20  il  ərzində  bu  qədər  böyük  işin 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə