ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə53/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   49   50   51   52   53   54   55   56   ...   123

 

170 


güclü iqtisadiyyatımız, güclü ordumuz var. Ordu potensialı da, 

insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür. Bu 

gün səhər Tərtərdə bölgə gəncləri ilə görüş əsnasında bir daha 

dedim  ki,  gənclər  üçün  bilik,  savad,  peşəkarlıq,  əlbəttə  ki,  çox 

vacibdir, eyni dərəcədə vətənpərvərlik vacibdir. Vətənə bağlılıq, 

Vətənə  sədaqət  –  bunlar  bizim  cəmiyyətdə  var  və  bütün  bu 

amillər qələbəmizi şərtləndirəcəkdir. 

Biz  erməniləri  beynəlxalq  müstəvidə  artıq  məğlub  etmişik. 

Azərbaycanın  BMT  Təhlükəsizlik  Şurasına  üzv  seçilməsi 

Ermənistanın  acı  məğlubiyyətidir.  «Qoşulmama  Hərəkatı»nda 

120  ölkə  artıq  Azərbaycanın  ərazi  bütövlüyünü  nəinki 

dəstəkləyir, münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi 

əsasında  görür.  Bütün  digər  beynəlxalq  təşkilatlarda  bizim 

nüfuzumuz  artır.  Azərbaycan  bölgədə  söz  sahibidir  və  biz 

nüfuzumuzdan,  imkanlarımızdan  bundan  sonra  da  istifadə 

edəcəyik  ki,  Ermənistanı  daha  da  böyük  təcridə  salaq.  Onlar 

onsuz  da  bütün  beynəlxalq  layihələrdən  təcrid  edilib  və  biz  bu 

siyasəti, əlbəttə ki, gələcəkdə də davam etdirəcəyik. Biz daha da 

güclü olmalıyıq. Daha da güclü olsaq, məsələ öz həllini tapar. 

Ona  görə  mən  bir  daha  Qarabağ  bölgəsində  bu  məsələ  ilə 

bağlı fikrimi bildirmək istəyirəm. Bu barədə dəfələrlə demişəm: 

Dağlıq  Qarabağ  Azərbaycan  torpağıdır,  Azərbaycan  torpağı 

kimi  qalacaq  və  Azərbaycanın  bayrağı  Şuşada,  Xankəndidə 

dalğalanacaqdır. 



S a k i n l ə r: İnşallah! Sizin sayənizdə. 

İ  l  h  a  m    Ə  l  i  y  e  v:  O  günü  yaxınlaşdırmaq  üçün  biz 

çalışırıq  və  çalışacağıq.  Bütün  bərdəlilərə  yeni  uğurlar,  can-

sağlığı arzulayıram. 

 

    




 

171 


     «Qarabağ» çörək zavodunun açılışı mərasimi  

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 



Bərdədə  «Qarabağ»  çörək  istehsalı  müəssisəsinin  açılışında 

iştirak etmişdir.  

Məlumat  verildi  ki,  «Qarabağ»  çörək  zavodu  regionların 

sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq  Bərdə 

şəhərinin mərkəzində ən müasir standartlar səviyyəsində tikilib. Bu 

layihənin  həyata  keçirilməsinə  Sahibkarlığa  Kömək  Milli  Fondu 

tərəfindən  güzəştli  kredit  ayrılmışdır.  Ümumi  dəyəri  4  milyon 

manat  olan  çörək  zavodunun  yaradılması  məqsədilə  fond 

tərəfindən  2,7  milyon  manat  güzəştli  kredit  verilib.  «Regionların 

2009–2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı»na 

uyğun  olaraq  tikilən  çörək  zavodu  ən  yüksək  standartlara  cavab 

verir. Zavodun tikintisinə 2011-ci ilin fevralında başlanılmışdır. 

Müəssisənin  foyesində  ümummilli  lider  Heydər  Əliyevin  və 

prezident  İlham  Əliyevin  ölkədə  sahibkarlığın  inkişafına 

dəstəklərini əks etdirən fotostendlər qurulmuşdur. 

Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə bağlı filmə baxdı. 

Qeyd  olundu  ki,  zavodun  xammal  bazasının  yaradılması  üçün 

Sahibkarlığa  Kömək  Milli  Fondu  tərəfindən  ayrılan  680  min 

manat güzəştli kredit hesabına eyni vaxtda taxıl sahəsi, tutumu 

10  min  ton  olan  taxıl  anbarı  və  gündəlik  istehsal  gücü  70  ton 

olan  dəyirman  kompleksi  də  inşa  edilmişdir.  Bu  isə  istehsal 

olunan  çörəyin  və  un  məmulatlarının  maya  dəyərinin  aşağı 

olmasını şərtləndirir. 

Prezident İlham Əliyev zavodda istehsal olunan hazır çörək 

məhsullarına baxdı. 

Dövlətimizin  başçısına  Sahibkarlığa  Kömək  Milli  Fondu 

tərəfindən  Aran  iqtisadi  rayonunda  verilən  güzəştli  kreditlər 

barədə də məlumat verildi. 

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, Aran 

iqtisadi rayonu üzrə 5 min 13 sahibkara 240 milyon manatadək, 

o  cümlədən  yeni  texnologiyalara  əsaslanan  63  layihəyə  135,4 

milyon  manat  güzəştli  kredit  verilib.  Bu  kreditlər  hesabına 


 

172 


reallaşdırılan  layihələr  24  mindən  çox  yeni  iş  yeri  açılmasına 

imkan yaratmışdır. Aran iqtisadi rayonunda 4340-dək sahibkara 

kiçikhəcmli  kredit  verilib.  Yeni  texnologiyalara  əsaslanan  8 

soyuducu  və  7  taxıl  anbarı,  4  quşçuluq  fabriki,  1  heyvandarlıq 

kompleksi və 4 süd zavodu, 2 ət kəsimi fabriki, 2 istixana, 1 çörək 

zavodu,  2  üzümçülük  və  3  bağçılıq  təsərrüfatı,  3  meyvə-tərəvəz 

emalı,  2  tikinti  materialları  zavodu,    4  digər  istehsal  müəssisəsi 

olmaqla,  43  müəssisə  istifadəyə  verilmişdir.  Bu  proses  davam 

etdiriləcəkdir.  Bərdə  rayonu  üzrə  872  sahibkara  32  milyon 

manatadək kredit verilmişdir. Bundan başqa, yeni texnologiyalara 

əsaslanan  10  layihəyə  17,8  milyon  manat  güzəştli  kreditlər 

verilmişdir. 

Azərbaycan prezidentinə Aran iqtisadi rayonu üzrə dövlətin 

güzəştli kreditləri hesabına görüləcək işlər, o cümlədən müasir 

heyvandarlıq  komplekslərinin,  quşçuluq  fabriklərinin,  çörək və 

meyvə-tərəvəz  emalı  müəssisələrinin,  soyuducu  anbarların,  iri 

taxılçılıq  təsərrüfatlarının  və  digər  prioritet  sahələrin  maliy-

yələşdiriləcəyi barədə də məlumat verildi. 

 

  

 

 

 

 

 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə