ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə54/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   50   51   52   53   54   55   56   57   ...   123

 

173 


 

YEVLAX RAYONUNA SƏFƏR  

 

7 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın  7-də  Tərtər  və  Bərdə  rayonlarına  səfərini  başa 

çatdıraraq Yevlax şəhərinə gəlmişdir. 

Dövlətimizin  başçısı  xalqımızın  ümummilli  lideri  Heydər 

Əliyevin  Yevlax  şəhərinin  mərkəzində  ucaldılmış  abidəsini 

ziyarət edərək, önünə gül dəstəsi qoydu. 

Yevlax  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  Qoca  Səmədov 

prezident  İlham  Əliyevə  son  zamanlarda  şəhərdə  aparılan 

abadlıq-quruculuq işləri barədə məlumat verdi. 

 

Məhdud fiziki imkanlı insanlar üçün Regional  

İnformasiya Mərkəzinin açılışı mərasimi 

 

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Heydər 

Əliyev  Fondunun  təşəbbüsü  ilə  Yevlax  şəhərində  inşa  olunmuş 

məhdud  fiziki  imkanlı  insanlar  üçün  Regional  İnformasiya 

Mərkəzinin açılışında iştirak etmişdir. 

Mərkəzin  kollektivi  və  rayon  sakinləri  dövlətimizin  başçısını 

hərarətlə qarşıladılar. 

Prezident  İlham  Əliyev  Mərkəzin  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. 

 Məlumat verildi ki, bu Mərkəz Heydər Əliyev Fondunun «Kor 

və  görmə  qabiliyyəti  zəif  olan  insanların  informasiya-kom-

munikasiya  texnologiyalarına  çıxışının  təmin  edilməsi»  layihəsi 

çərçivəsində inşa olunub. Bu gün Heydər Əliyev Fondunun Azər-

baycanda  təhsilin,  səhiyyənin  və  mədəniyyətin  inkişafı  istiqa-

mətində həyata keçirdiyi layihələr bölgələrdə də uğurla icra olu-

nur. Fondun «Kor və görmə qabiliyyəti zəif olan insanların    İKT-

yə  çıxışının  təmin  edilməsi»  layihəsi  Azərbaycanda  bu  qəbildən 

olan insanların İKT ilə bağlı ehtiyaclarını müəyyənləşdirməyi, bu 



 

174 


kateqoriyadan olan uşaqlar üçün məktəb-internatda kitabxana və 

təlim  mərkəzinin  yaradılmasını,  bununla  da  onların  bu  im-

kanlardan  tam  istifadəsinin  təmin  olunmasını,  əlavə  təlimlərin 

keçirilməsini,  belə  uşaqlar  üçün  məktəb-internatda  model  İKT 

sinfinin yaradılmasını nəzərdə tutur. 

Vurğulandı  ki,  bu  layihə  2006-cı  ildə  BMT-nin  İnkişaf  Pro-

qramı ilə Heydər Əliyev Fondu arasında imzalanan saziş çərçi-

vəsində həyata  keçirilir. Layihə üzrə İKT ehtiyaclarının qiymət-

ləndirilməsi sahəsində beynəlxalq ekspert, İKT üzrə milli ekspert, 

təlim üzrə milli məşvərətçidən ibarət «Texniki ekspertlər qrupu» 

yaradılmış,  Məşvərətçi  Şura  fəaliyyətə  başlamışdır.  İndiyədək 

layihə çərçivəsində 2 bölgədə – Naxçıvanda və Gəncədə regional 

mərkəzlər yaradılib. 

Qeyd olundu ki, şəhərin Heydər Əliyev prospektində inşa edilən 

Mərkəzin üçmərtəbəli binasında 5 sinif, 1 tədris, 1 audio-studiya 

otağı, kitabxana və digər yardımçı otaqlar vardır. Artıq xaricdən 

gətirilən  avadanlıqlar  quraşdırıldığı  model  İKT  sinifləri 

yaradılmış,  kitabxana  və  təlim  mərkəzləri  fəaliyyətə  başlamışdır. 

Bununla  da  kor  və  görmə  qabiliyyəti  zəif  olan  uşaqların  «Brayl» 

şriftli  kitablardan  istifadə  imkanlarının  genişləndirilməsi  isti-

qamətində ciddi addım atılıb. Bundan əlavə, gözdən əlil insanlar 

üçün audio kitabxana və tələb olunan bütün növ ədəbiyyatın audio 

formatda hazırlanması işi həyata keçirilmişdir. Hazırda bu proses 

davam  edir.  İnternetdə  informasiyanın  tapılması  və  əldə  edilməsi 

məqsədi ilə kompüter mərkəzi də istifadəyə verilib. Kor və görmə 

qabiliyyəti  zəif  olan  insanlar  üçün  təlim  keçəcək  müəllimlərin 

hazırlanması  işi  aparılmış,  kompüterlər  üçün  «Virqo»  xüsusi 

proqram 

təminatı  Azərbaycan  dilinə  tərcümə  edilərək 

lokallaşdırılmışdır. 

Bildirildi  ki,  kor  və  məhdud  görmə  qabiliyyətinə  malik 

insanların  İKT  ehtiyaclarını  müəyyən  etmək  üçün  Azərbaycanın 

müxtəlif  regionlarında  12  min  respondent  arasında  sorğu  apa-

rılmış,  «Rəqəmsal  fərqin  aradan  qaldırılması  üzrə  Milli  Stra-

tegiya»  işlənib  hazırlanmışdır.  Xaricdən  gətirilən  avadanlıqla 


 

175 


təchiz olunan Mərkəzdə «Pronto», «Brayl» printeri və digər zəruri 

avadanlıqlar quraşdırılıb.  

Mərkəzlə tanışlıqdan sonra prezident İlham Əliyev gözdən əlil 

insanlarla görüşdü. 

Azərbaycan  Gözdən  Əlillər  Cəmiyyətinin  sədri  Səmiyar 

Abdullayev  dedi  ki,  bu,  artıq  üçüncü  Mərkəzdir.  Belə  Mərkəz 

Naxçıvanda, bir də Gəncədə açılmışdır.  

İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Mən  Gəncədə  də,  Naxçıvanda  da 

olmuşam. Yadımdadır, bu üçüncüdür. 



S  ə m i y a r   A b d u l l a y e v (Azərbaycan Gözdən Əlillər 

Cəmiyyətinin  sədri):  Heydər  Əliyev  Fondu  digər  regionlarda  da 

belə mərkəzlərin tikilməsi üçün artıq işlər görür, layihələr hazırdır. 

Ona görə Sizə, Mehriban xanıma öz adımdan, təmsil etdiyim icma 

adından  bir  daha  dərin  təşəkkürümü  bildirirəm.  Bir  daha  tam 

əminliklə  deyə  bilərəm  ki,  bu  gün  ölkəmizdə  fiziki  qüsurlu 

insanlara böyük qayğı və diqqət vardır. Bu qayğı nəinki postsovet 

məkanında,  heç  Avropanın  bir  çox  inkişaf  etmiş  ölkələrində 

yoxdur. Bu cür mərkəzlərin xüsusilə də regionlarda açılması həmin 

regionlarda  yaşayan  əlillərə  çox  gözəl  töhfədir.  Bu  mərkəzlər 

əlillərin  fiziki  imkanlarının  genişləndirilməsi,  informasiya-

kommunikasiya 

texnologiyalarından 

istifadə 

vərdişlərinə 

yiyələnmələri  üçün  geniş  imkanlar  açır.  Bu  isə  onların  sevincinə 

səbəb olur. 



İ l h a m  Ə l i y e v: Sağ olun! Bu bizim siyasətimizdir. Hər bir 

vətəndaş  bizim  üçün  qiymətlidir,  dəyərlidir.  Fiziki  cəhətdən 

qüsurlu insanlar isə xüsusi  qayğıya layiqdirlər  və biz çalışırıq ki, 

bunu edək. Çox şadam ki, Heydər Əliyev Fondu da bu nəcib işdə 

fəal  iştirak  edir.  Burada  yüksək  şərait  yaradılmış,  müasir 

avadanlıqlar quraşdırılmışdır. Bu ən mütərəqqi yanaşmadır. 



S ə m i y a r  A b d u l l a y e v: Burada çox müasir, ən yüksək 

texnologiyalara əsaslanan imkanlar yaradılıb. 



İ l h a m  Ə l i y e v: Əlillərin normal həyata inteqrasiyası üçün 

Azərbaycanda  çox  böyük  işlər  görülür.  Bir  çox  hallarda  bizim 

təcrübəmiz  başqa  ölkələrdə  öyrənilir.  Əlbəttə,  belə  regional 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə