ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə55/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   51   52   53   54   55   56   57   58   ...   123

 

176 


mərkəzlərin  sayı  çox  olmalıdır.  Bu  Mərkəz  bir  neçə  rayona 

xidmət göstərir. 



S ə m i y a r   A b d u l l a y e v: Heydər Əliyev Fondunun, 

Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinin  birgə 

layihəsi  əsasında  digər  bölgələrdə  də  bu  cür  mərkəzlərin  açıl-

ması nəzərdə tutulub. Şimal, cənub bölgəmizdə də.  



İ l h a m  Ə l i y e v: Bəli, şimalda da, cənubda da mütləq 

olacaqdır. 

 

Səməd Vurğun adına Mədəniyyət və istirahət  

parkının açılışı mərasimi 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 



Yevlax  şəhərində  Səməd  Vurğun  adına  Mədəniyyət  və  istirahət 

parkının açılışında iştirak etmişdir. 

Dövlətimizin  başçısı  parkın  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi və burada yaradılan şəraitlə yaxından tanış oldu. 

Məlumat  verildi  ki,  parkın  ümumi  sahəsi  10  min  kvad-

ratmetrdən  çoxdur.  Onun  7  min  kvadratmetrindən  çoxunu 

yaşıllıq sahəsi təşkil edir. Parkın mərkəzində Xalq şairi Səməd 

Vurğunun abidəsi ucaldılmışdır. 

Prezident  İlham  Əliyev  Xalq  şairi  Səməd  Vurğunun  abidəsi 

önünə gül dəstəsi qoydu. 

Parkda  4  fəvvarə  quraşdırılmış,  uşaq  əyləncə  meydançası 

yaradılmışdır.  Səməd  Vurğunun  abidəsinin  arxa  hissəsində 

şairin  kitablarından  ibarət  kompozisiya  qurulmuşdur.  Müasir 

işıqlandırma  sistemi,  oturacaqlarla  təmin  olunan  parkda 

sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. 

Azərbaycan prezidenti parkda yaradılmış şəraitdən razılığını 

bildirdi. 

 

Kür çayının sahilində salınan «Bulvar» istirahət  

mərkəzində aparılan tikinti və yenidənqurma  

işləri ilə tanışlıq 

 



 

177 


Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 

Yevlax  şəhərinə  səfəri  çərçivəsində  Kür  çayının  sahilində  salı-

nan  «Bulvar»  istirahət  mərkəzində  aparılan  tikinti  və  yeni-

dənqurma işləri ilə tanış olmuşdur.  

Dövlətimizin  başçısının  diqqətinə  çatdırıldı  ki,  bir  neçə  il 

əvvəl şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bul-

varın salınması ilə bağlı icra olunmağa başlanan layihə uğurla 

davam  etdirilir.  Bundan  əsas  məqsəd  Kür  çayının  sahilini 

turizm  zonasına  çevirmək,  insanların  mənalı  istirahətinə  yar-

dımçı olmaq və şəhərin simasına yeni memarlıq elementi daxil 

etməkdir. 

Dövlətimizin  başçısı  «Bulvar»da  istirahət  edən  sakinlərlə 

görüşüb söhbət etdi. 

S a k i n: Salam, cənab Prezident, xoş gəlmisiniz! 

İ l h a m  Ə l i y e v: Salam. Xoş gördük. 

S a k i n: Necəsiniz, cənab Prezident? 

İ l h a m  Ə l i y e v: Yaxşıyam, siz necəsiniz? 

S  a  k  i  n:  Çox  məmnunuq.  Bu  gün  balaca  nəvəmlə  bura-

dayıq.  Bazar  günləri  buraya  gəlirik.  Bu  gün  nəvəmin  yadında 

qalacaqdır.  Səhv  etmirəmsə,  Yevlaxa  7-8-ci  dəfədir  gəlirsiniz. 

Hər  gəlişinizdən  biz  stimul  alırıq,  güc  alırıq.  Siz  həmişə 

deyirsiniz  ki,  Avropa  şəhərlərindən  geri  qalmamalıyıq.  Nəinki 

Avropa şəhərlərinə, dünyanın böyük şəhərlərinə çatmalıyıq. Biz 

buna əminik, Sizin köməyinizlə bu yolla gedirik. 

İ l h a m  Ə l i y e v: Elədir, keçən dəfə burada olanda hələ 

təmir  işləri  gedirdi.  Artıq  mənə  məruzə  edilmişdi.  Çox  gözəl 

təşəbbüsdür.  Əslində,  bu  təşəbbüs  Yevlaxdan  gəldi.  Mən  bu 

təşəbbüsü dəstəklədim, çünki bulvar Bakıya xas olan bir istirahət 

zonasıdır. Bakı bulvarının 100 ildən çox tarixi vardır. Biz son illər 

ərzində  Bakı  bulvarını  abadlaşdırdıq,  uzatdıq,        3,5  kilometrdən 

indi Bayraq Meydanı ilə birlikdə 14 kilometrə çatıbdır. İndi geniş 

bir istirahət zonası açılıb. Biləndə ki, Yevlaxda bulvar salınır, çox 

sevindim.  Çox  gözəl  təşəbbüsdür.  Biz  gərək  bütün  gözəl 

təşəbbüsləri  dəstəkləyək.  Bura  boş  yerlər  idi,  buraya  heç  kim 

gəlmirdi,  demək  olar  ki,  sahil  yox  idi.  İndi  gözəl  bir  istirahət 



 

178 


zonasıdır.  Özü  də  Kürboyu  gəzinti  xüsusi  zövq  verir.  Bizim  indi 

həm Dənizkənarı, həm də çayboyu bulvarımız vardır. Çox güman 

ki, hələ uzanacaqdır. 

S  a  k  i  n:  Bəli,  o  biri  körpüyə  çatmağa  az  qalıbdır.  Cənab 

Prezident, mən Yevlax sakiniyəm. Hər dəfə Sizin buraya gəlişiniz 

bizi sevindirir. Bakıya tez-tez gedirəm, orada ailəmiz, uşaqlarımız 

vardır. İnanın, hər dəfə Bakı bulvarını gəzəndə      o qədər həsəd 

hissi keçirirdim ki, kaş bizim də belə bir bulvarımız olaydı. Amma 

bu  gün  ailəmlə,  nəvəmlə  gəzdiyimiz  Kür  çayının  sahilində 

yerləşən bu bulvar heç də Bakının bulvarından geri qalmır. Buna 

görə, bütün yevlaxlılar Sizə təşəkkür edirlər. Xahiş edirəm, bizim 

salamlarımızı Mehriban xanıma çatdırın. Biz onu da, Sizi də çox 

istəyirik.  Allah  Sizi  qorusun.  Yevlaxa  tez-tez  gəlin,  cənab 

Prezident. 

İ l h a m  Ə l i y e v: Sağ olun, salamlarınızı çatdıraram. Mən 

Yevlaxa tez-tez gəlirəm, vəziyyətlə tanış oluram, maraqlanıram və 

görürəm  ki,  doğrudan  da  Yevlaxda  böyük  inkişaf  gedir,  böyük 

quruculuq  işləri  aparılır.  Siz  yevlaxlılar  bunu  hamıdan  yaxşı 

bilirsiniz.  Yevlax  Azərbaycanın  ən  inkişaf  etmiş  rayonları 

arasındadır. Bu onu göstərir ki, hər şeyi etmək mümkündür. Əgər 

güclü  iradə  varsa  və  yerlərdə  kadrlar  yaxşı  işləyirlərsə,  hər  şey 

etmək  olar,  hər  bir  yeri  cənnətə  çevirmək  mümkündür.  İndi 

Yevlaxda  nəinki  bulvar  vardır  –  bulvar,  əlbəttə  ki,  indi  Yevlaxın 

bir  xüsusiyyəti  olacaqdır  –  şəhər  də  cavanlaşır.  Mən  prezident 

kimi,  bir  neçə  ildir  ki,  Yevlaxa  gəlirəm,  görürəm  ki,  burada  çox 

yüksək zövqlə, səliqə ilə böyük quruculuq, abadlıq işləri görülür, 

gözəl  binalar,  gözəl  xiyabanlar  salınır,  yollar  genişləndirilir,  eyni 

zamanda,  iş  yerləri  açılır,  sosial  infrastruktur  yaradılır,  məktəblər 

tikilir.  Yəni  hərtərəfli  inkişaf  var.  Bu  inkişaf  belə  gözəl  istirahət 

yerlərinin tikilməsində də özünü göstərməlidir. Çünki hər şey, nə 

edilirsə  insanlar  üçün  edilir.  Bu  yaxınlarda  mən  Bakı  Humanitar 

Forumunda  çıxışımda  da  dedim.  Siyasətimizin  təməlində 

Azərbaycan vətəndaşı, onun rifahı, rahat yaşaması durur. Bütün bu 

işlər insanlar üçün görülür. Bu bulvar artıq tarixdə qalacaqdır. Bu 

bulvarın  da böyük tarixi olacaq.  İndi biz deyirik  ki,  Bakı bulvarı 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə