ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə57/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   53   54   55   56   57   58   59   60   ...   123

 

182 


görülməsi xalqımızın tarixi qələbəsidir. Biz bundan sonrakı 20 

ili  də  nəzərə  alırıq.  İnşallah,  20  ildən  sonra  da  görüşəcəyik, 

bəlkə  də  bulvarın  o  tərəfində.  Çünki  bulvar  bir  qədər  də 

uzanacaqdır. 



S a k i n: Allah ömür versin! 

İ l h a m  Ə l i y e v: Mən bundan sonrakı 20 ilin kontur-

larını  da  görürəm.  Əminəm  ki,  Azərbaycan  inkişaf  etmiş 

ölkələrin sırasında olacaqdır. Həyat səviyyəsi ən yüksək həddə 

olacaqdır. Bütün infrastruktur layihələri, əlbəttə, ondan əvvəl öz 

həllini  tapacaqdır.  Əhalimiz  artacaqdır.  Əhali  də  çox  vacibdir. 

Demoqrafiya  vacibdir.  Əhalimiz  15  milyon,  20  milyon 

olmalıdır. İnşallah, o günləri də biz bərabər görəcəyik və daha 

da  güclü,  daha  da  təsirli  dövlət  yaradacağıq.  Mən  buna  şübhə 

etmirəm. Bütün bunlara nail olmaq üçün Azərbaycanda hər şey 

vardır  –  siyasi  iradə,  xalqın  dəstəyi,  iqtisadi  güc  və  gələcəyə 

olan baxışlarımız. 

Bir  daha  qayıdıram  Yevlaxda  gedən  inkişafa.  Görürük  ki, 

burada  qısa  müddət  ərzində  çox  iş  görülüb.  Rayon  icra 

hakimiyyətinin  şəhərin  inkişafı  ilə  bağlı  başqa  planları  vardır. 

Şəhər  böyüməlidir,  böyüyür,  yeni  inkişaf  konsepsiyası 

işlənməlidir.  Bütün  infrastruktur  layihələri  vaxtında  icra 

edilməlidir.  Yevlaxda  su  layihəsi  icra  ediləcək,  qazlaşdırılma 

100 faiz olmalıdır. Bütün kəndlərdə qaz olmalıdır. Kənd yolları 

bərpa  edilməlidir.  Mərkəzi  Rayon  Xəstəxanası  tikilib.  Böyük 

xəstəxanadır.  Ölkə  miqyasında  ən  böyük  xəstəxanalardan 

biridir.  Nə  lazımdırsa  onu  da  edəcəyik  və  sizinlə  də  çox 

görüşəcəyik. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun! 



S a k i n l ə r: Çox sağ olun, minnətdarıq. 

 

                                         * * * 

 

Elektromobillə «Bulvar» istirahət mərkəzinin ərazisini gəzən 



prezident İlham Əliyev burada aparılan tikinti və yenidənqurma 

işlərinin gedişi ilə tanış oldu. 


 

183 


Bildirildi  ki,  şəhər  əhalisinin  istirahətinin  səmərəli  təşkili 

məqsədilə  Kür  çayının  Yevlax  şəhərinin  ərazisindən  keçən 

hissəsinin  sağ  sahili  boyunca  salınan  «Bulvar»  istirahət  mər-

kəzinin uzunluğu 2,5 min metr, ümumi sahəsi 8,2 hektardır. Onun 

bir  hissəsi  sahil  boyunca,  digər  hissəsi  isə  estakadalar  üzərində 

yerləşir.  Tikinti  işlərinin  gedişində  istinad  divarları  tikilmiş, 

sütunlar inşa olunmuşdur. İstirahət zonasında müxtəlif həcmli 22 

fəvvarə,  şəlalə,  dayaqlar  üzərində  86  tağbənd  də  tikilmişdir. 

«Bulvar»  istirahət  mərkəzində  müasir  işıqlandırma  sistemi 

yaradılmış,  uşaqlar  üçün  attraksionlarla  təchiz  olunan  əyləncə 

guşəsi qurulmuşdur. 

Vurğulandı  ki,  idmana  olan  maraq  nəzərə  alınaraq  burada 

futbol  və  voleybol  meydançaları  inşa  olunmuş,  çimərlik  zonası 

salınmışdır.  Hazırda  Kür  çayının  sahilində  beşulduzlu  hotel 

binasında tikinti işləri davam etdirilir. 

Bir  sözlə,  «Bulvar»  istirahət  mərkəzində  yaradılmış  şərait 

Azərbaycanın hər bir bölgəsində abadlıq və quruculuq işlərinin 

aparılmasının dövlətin diqqət mərkəzində olduğunu göstərir. 

 

        Avtovağzal kompleksinin açılışı mərasimi  

 

      Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Yev-

lax Şəhər Avtovağzal Kompleksinin açılışında iştirak etmişdir. 

Dövlətimizin başçısı Avtovağzal kompleksinin rəmzi açılışını 

bildirən lenti kəsdi. 

Məlumat  verildi  ki,  son  illərdə  ölkənin  nəqliyyat  sisteminin 

təkmilləşdirilməsi,  sərnişin  daşımalarının  beynəlxalq səviyyədə 

həyata  keçirilməsi  istiqamətində  mühüm  layihələr  icra  olunur. 

Bu sahədə nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da 

müasir  standartlara  cavab  verən  avtovağzalların  tikintisinə 

başlanılmışdır.  Yevlax  şəhərinin  qədim  İpək  yolunun  üzərində 

yerləşməsi, o cümlədən ölkənin qərb istiqamətindən gələn bütün 

avtomobil  yollarının  buradan  keçməsi  onun  həm  iqtisadi,  həm 

də nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Odur ki, 


 

184 


burada  yeni  inşa  olunan  Avtovağzal  kompleksi  bu  tələbatın 

ödənilməsində mühüm rol oynayır. 

Diqqətə  çatdırıldı  ki,  gələcəkdə  ölkənin  bir  çox  regionlarına 

yeni  marşrutların  açılması  nəzərdə  tutulub.  Yeni  Avtovağzal 

kompleksində yaradılan şərait buna hərtərəfli imkan verir. 

Prezident  İlham  Əliyev  yeni  kompleksdə  yaradılmış  şəraiti 

yüksək  qiymətləndirdi,  əhaliyə  keyfiyyətli  xidmət  göstərilməsi  ilə 

bağlı tapşırıq və tövsiyələrini verdi. 

 

Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı «N» saylı  

yeni hərbi hissəsinin qarnizonu və yaşayış 

binaları kompleksinin açılışı mərasimi 

 

Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvələrin 



Ali  Baş  Komandanı  İlham  Əliyev  oktyabrın  7-də    Dövlət  Sərhəd 

Xidmətinin  Yevlaxdakı  «N»  saylı  yeni  hərbi  hissəsinin  qarnizonu 

və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir. 

Dövlət  Sərhəd  Xidmətinin  rəisi,  general-leytenant  Elçin  Quli-

yev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. 

Dövlətimizin  başçısı  əvvəlcə  hərbi  hissənin  qərargahında 

yaradılmış  şəraitlə  tanış  oldu.  Bildirildi  ki,  burada  hərbi  qulluq-

çuların xidməti vəzifələrini yerinə yetirmələri üçün hər cür şərait 

yaradılıb.  Azərbaycan  prezidentinin  2011-ci  il  18  iyul  tarixli 

Fərmanına  uyğun  olaraq,  15  aya  inşa  edilən  bu  hərbi  hissənin 

ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat 

işləri görülmüş, 270 min kvadratmetr sahə isə abadlaşdırılmışdır. 

Altımərtəbəli  əsgər  yataqxanasında  olan  prezident  İlham 

Əliyev bölmələrin yerləşmə və tədris şəraiti ilə tanış oldu. Məlumat 

verildi ki, burada əsgərlərin və digər hərbi qulluqçuların istirahəti 

və  xidməti  yüksək  səviyyədə  həyata  keçirmələri  üçün  zəruri 

tədbirlər  görülmüşdür.  Əsgərlərin  məişət  şəraiti  üçün  lazımi 

infrastruktur  yaradılmış,  bütün  növ  xidmətlər  yüksək  standartlar 

nəzərə alınaraq təşkil olunmuşdur.  Bundan əlavə, binanın yuxarı 

mərtəbəsində  böyük  konfrans  zalı  yaradılmışdır  ki,  burada  da 

hərbi hissənin həyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcəkdir. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə