ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


ZƏRDAB RAYON İCTİMAİYYƏTİNİN



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə60/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   56   57   58   59   60   61   62   63   ...   123

 

191 


 

ZƏRDAB RAYON İCTİMAİYYƏTİNİN    

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ  

 

7 oktyabr 2012-ci il  

 

Əziz dostlar, əziz zərdablılar! Bu gün Zərdab rayonunun 



tarixində  çox  əlamətdar  bir  gündür.  Zərdabda  böyük  su 

layihəsinin  başlamasını  qeyd  edirik.  Bu layihənin icrası imkan 

verəcək ki, zərdablılar təmiz içməli su ilə təmin olunsunlar. Bu, 

rayonun  inkişafı,  insanların  sağlamlığı  üçün  çox  böyük  məna 

daşıyır. İçməli  su həyat deməkdir. Təmiz içməli su  isə sağlam 

həyat  deməkdir.  Bir  neçə  gündən  sonra  72  kilometr 

uzunluğunda  kəmər  vasitəsilə  verilən  su  daxili  şəbəkəyə 

birləşdiriləcək və beləliklə, su evlərə paylanacaqdır. 

Hazırda  zərdablılar  suyu  fasilələrlə  alırlar.  Şəhərin  yarısı, 

demək  olar  ki,  bu  problemlə  üzləşir  və  su  qıtlığı  müşahidə 

olunur.  Bu  layihə  başa  çatandan  sonra  artıq  Zərdab  əhalisi  24 

saat içməli su alacaqlar. 

Bu  doğrudan  da  böyük  tarixi  layihədir.  Çünki  uzun  illər 

ərzində,  onilliklər  ərzində  su  problemi,  demək  olar  ki,  bütün 

rayonlara xas idi. Hazırda ökəmizin hər yerində su-kanalizasiya 

layihələri  icra  edilir  və  çalışırıq  ki,  gələn  ilin  sonuna  qədər 

bütün rayonlarda, rayon mərkəzlərində içməli su layihələri başa 

çatsın. 


Bu  layihə  çox  böyük  maliyyə  vəsaiti  tələb  edir  və 

Azərbaycan dövləti maliyyə yükünün əsas hissəsini  öz üzərinə 

götürmüşdür.  Bəzi  rayonlarda  bəzi  layihələr  xarici  maliyyə 

qurumlarının  kreditləri ilə  icra  edilir.  Ancaq  əsas  yük  dövlətin 

üzərinə  düşür.  Bu  belə  də  olmalıdır.  Çünki  bizim  sosial 

siyasətimiz  insanların  rahatlığını  təmin  etmək  üçün  aparılır. 

Bizim  siyasətimizin  təməlində  Azərbaycan  vətəndaşıdır  və 

Azərbaycan  vətəndaşının  rahat,  firavan  yaşaması  bizim  əsas 

məqsədimizdir. 



 

192 


Bütün infrastruktur layihələrinin içərisində içməli su layihəsi 

xüsusi  məna  daşıyır.  Düzdür,  son  illər  bütün  bölgələrdə  digər 

vacib  infrastruktur  layihələri  həyata  keçirilib,  magistral  yollar, 

kənd  yolları  çəkilib,  o  cümlədən  Zərdab  rayonunda  bir  neçə 

kəndi  birləşdirən  yeni  yollar  çəkilib,  elektrik  enerjisinin 

verilməsi  xeyli  dərəcədə  yaxşılaşdırılıb.  Demək  olar  ki,  ölkə 

üzrə  bu  ciddi  problem  artıq  aradan  götürülüb.  Əlbəttə, 

təkmilləşdirmə  işləri  aparılmalıdır  və  aparılır.  Amma  biz  bu 

problemi köklü şəkildə həll etmişik. Qazlaşdırma prosesi gedir. 

Zərdab şəhərinin qazla təminatı artıq reallaşıb və ətraf kəndlərə 

də  qaz  xətləri  çəkilir.  Bu  layihələrin  içində  içməli  su  layihəsi 

xüsusi  məna  daşıyır.  Çünki  insan  susuz  yaşaya  bilməz. 

Keyfiyyətsiz  su  insanın  sağlamlığına  birbaşa  ziyan  vurur.  Biz 

çalışmalıyıq  və  çalışırıq  ki,  bütün  bölgələrdə  əhaliyə  verilən 

içməli  su  Ümumdünya  Səhiyyə  Təşkilatının  standartlarına 

cavab versin. Əminəm ki, buna nail olacağıq. Zərdab rayonuna 

verilən  içməli  su  çox  gözəl,  təmiz  mənbədən  gələn  sudur, 

keyfiyyətli  sudur  və  bir  neçə  gündən  sonra  zərdablılar  bunu 

görəcəklər. 

Bu layihənin böyük mənası, böyük əhəmiyyəti vardır. Çünki 

bir daha  demək  istəyirəm  ki,  bizdə  içməli  su  problemi  həmişə, 

bütün  dövrlərdə  olub.  Tədricən  bu  məsələ  öz  həllini 

tapmaqdadır və hər bir bölgə üçün konkret investisiya proqramı, 

konkret  proqramlar,  planlar  vardır.  Bu  işlər  plan  üzrə  gedir  və 

qarşıya məqsəd qoyulmuşdur ki, gələn ilin sonuna qədər əksər 

layihələr  icra  edilsin.  Bütün  rayon  mərkəzlərini  gələn  ilin 

sonuna  qədər  içməli  su  ilə  təmin  etməliyik.  Bununla  paralel 

olaraq,  ətraf  kəndlərə  də  təmiz  içməli  su  verilməlidir.  Ondan 

sonrakı  mərhələdə  daha  da  geniş  miqyasda  bu  layihələr  icra 

ediləcəkdir. Kanalizasiya layihələri də icra ediləcək. 

Biz  bu  məsələni  həll  etdikdən  sonra,  demək  olar  ki, 

infrastruktur  layihələri  arasında  həllini  gözləyən  məsələ 

qalmayacaqdır.  Bu  məsələ  ilə  bağlı  bir  neçə  il  bundan  əvvəl 

konkret  tapşırıqlar  verilmişdir.  Dövlət  İnvestisiya  Proqramında 

su  layihələri  nəzərdə  tutulur.  Bu  bir  daha  Azərbaycan 



 

193 


hökumətinin,  dövlətinin  siyasətini  əks  etdirir.  Biz  bazar 

iqtisadiyyatı  prinsiplərinə  sadiqik  və  indi  ölkə  iqtisadiyyatı 

uğurla  inkişaf  edir.  Bu  bizə  imkan  verir  ki,  sosial  məsələlərin 

həllinə lazımi səviyyədə maliyyə vəsaiti ayıraq və bunu edirik. 

Su  layihəsi  sırf  sosialyönümlü  layihədir.  Çünki  bu  layihənin 

dövlət üçün heç bir kommersiya önəmi yoxdur. Azərbaycanda su 

tarifləri çox aşağıdır və bu layihələrə qoyulan vəsait heç vaxt, yəni 

su  tariflərinin  ödənilməsi  hesabına  qaytarıla  bilməz.  Bu  bir  daha 

Azərbaycan  dövlətinin  nə  qədər  güclü  sosial  siyasət  apardığını 

göstərir. 

Bu  belə  də  olmalıdır.  Çünki  ölkəmiz  inkişaf  edir,  ölkəmizin 

bütün  bölgələri  inkişaf  edir  və  biz  çalışırıq,  çalışmalıyıq  ki, 

Azərbaycan vətəndaşları üçün daha da yaxşı şərait yaradaq. Hər bir 

vətəndaş  üçün  yaşadığı  yerdən  asılı  olmayaraq,  gözəl  şərait 

yaradılmalıdır. İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik təmin 

edilməlidir,  səhiyyə,  təhsil  ocaqları  tikilməlidir.  İnfrastruktur 

layihələrinin icrası, əlbəttə ki, ümumi işlərdə mühüm yer tutur. Son 

illər  ərzində  ölkəmizdə  həyata  keçirilən  infrastruktur  layihələri, 

artıq öz gözəl nəticəsini verir. 

Bu  gün  həm  Zərdab,  həm  də,  ümumiyyətlə,  ölkə  üçün  çox 

əlamətdar bir gündür. Çünki qeyd etdiyim kimi, bütün bölgələrdə 

içməli su layihələri artıq icra edilir,  yaxud  da  ki,  onların icrasına 

hazırlıq işləri aparılır. Onların içində birinci layihə məhz Zərdabda 

reallaşır. Ona görə bu gün tarixdə qalacaqdır. Bu gün yeni layihələr 

əsasında  Azərbaycanın  bölgələrinə  verilən  suyun  ilkin 

mərhələsidir. Təsadüfi deyildir ki, birinci layihə Zərdabda reallaşır. 

Zərdabın  inkişafına  böyük  diqqət  göstərilir.  Əvvəlki  dövrdə 

rayonun  inkişafı  üçün  Prezidentin  ehtiyat  fondundan  vəsait 

ayrılmışdır.  Zərdabda  quruculuq,  abadlıq  işləri  aparılır.  Eyni 

zamanda,  əvvəlki  dövrlərdə  Kür  boyu  yerləşən  kəndlərdə  modul 

tipli sutəmizləyici qurğular da quraşdırılıb və insanlar təmiz sudan 

istifadə  edirlər.  Digər  layihələrin  icrası,  əminəm  ki,  Zərdabın 

gələcək inkişafını təmin edəcəkdir.  

Ümumiyyətlə,  ölkə  miqyasında  işlər  çox  müsbət  istiqamətdə 

gedir.  Artıq  bir  neçə  gündən  sonra  biz  3-cü  rübün  yekunlarını 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə