ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə62/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   58   59   60   61   62   63   64   65   ...   123

 

197 


kanalizasiya  kollektoru  və  230  kilometr  kanalizasiya  xətti 

tikilmişdir. 

Cənab  Prezident,  «Azərsu»  Açıq  Səhmdar  Cəmiyyəti 

tərəfindən  ölkə  ərazisində  qeyri-bərabər  paylanmış  su  ehti-

yatlarından səmərəli istifadə, içməli su, kanalizasiya xidmətləri 

və yağış sularının idarəolunmasını özündə əks etdirən layihələr 

hazırlanır.  Bakı  şəhəri  və  Abşeron  yarımadası  üzrə  «Master 

plan»  yekunlaşmaq  üzrədir.  Bu  konsepsiyanın  davamı  olaraq 

bütün ölkə ərazisini əhatə edəcək «Master plan»ın işlənməsinə 

hazırlıq  görülür.  Bu  «Master  plan»da  qlobal  iqlim  dəyişikliyi 

nəzərə  alınmaqla,  respublika  ərazisindəki  yeraltı  və  yerüstü  su 

ehtiyatları  yenidən  qiymətləndiriləcəkdir.  Layihədə  bu 

ehtiyatlardan əhalinin su təchizatında optimal istifadə variantları 

da  öz  əksini  tapacaqdır.  Artıq  bununla  bağlı  müəyyən 

tədqiqatlar  aparılmış  və  ilkin  təkliflər  hazırlanmışdır. 

Hazırlanmış təkliflər yaxın vaxtlarda Sizə təqdim olunacaqdır. 

Möhtərəm  cənab  Prezident,  «Azərsu»  Açıq  Səhmdar  Cə-

miyyəti  ölkə  əhalisini  fasiləsiz  keyfiyyətli  içməli  su  ilə  təmin 

etmək,  kanalizasiya  xidmətlərinin  yaxşılaşdırılması  barədə 

tapşırıqlarınızı,  eləcə  də  təsdiq  etdiyiniz  dövlət  proqramlarını 

vaxtında  və  keyfiyyətlə  icra  etmək  üçün  bütün  qüvvələrini 

səfərbər  etmişdir.  Daim  Sizin  diqqət  və  qayğınızı  hiss  edən 

çoxminli  kollektivimiz  etimadınızı  doğrultmaq  üçün  bundan 

sonra da səylə çalışacaqdır. 



       F i r u z ə  Q o c a y e v a (Zərdab şəhər 1 saylı məktəb-

liseyin  müəllimi):  Möhtərəm  cənab  Prezident,  bu  gün  biz 

zərdablılar üçün çox sevimli bir gündür. Siz bu gün zərdablılara 

insan  həyatı  üçün  əvəzsiz  olan  bir  nemət  –  təmiz  su  bəxş 

edirsiniz.  İcazə  verin  rayonumuzun  bütün  sakinlərinin  dərin 

minnətdarlığını və səmimi təşəkkürlərini Sizə çatdırım. 

Həyatımızda  təmiz  suyun  necə  böyük  əhəmiyyət  kəsb 

etdiyini  hamımız  yaxşı  bilirik.  Biz  zərdablılar  həmişə  təmiz 

sudan  korluq  çəkmişik.  Daim  Kür  çayının  bulanıq  və  çirkli 

suyundan  istifadə  etməyə  məcbur  olmuşuq.  Bu  da  bizim 

sağlamlığımıza,  həyat  şəraitimizə  öz  mənfi  təsirini  göstərirdi. 




 

198 


Uzun illər idi ki, biz təmiz su həsrəti ilə yaşayırdıq. Bu gün isə 

Siz  bizi  çoxdan  gözlədiyimiz  arzumuza  çatdırmısınız. 

Tapşırığınızla  qısa  müddətdə  Ağsu  rayonundan,  uzaq 

məsafədən  Zərdaba  bulaq  suyu  çəkilmişdir.  İndi  təmiz  sudan 

rayon  əhalisinin  yarısından  çoxu  istifadə  edəcəkdir.  Yeni 

çəkilmiş  bu  su  xətti  Sizin  zərdablılara  verdiyiniz  böyük  bir 

töhfədir. Bu Sizin sakinlərimizin sağlam yaşamasına, ümumiy-

yətlə,  insan  amilinə  necə  yüksək  diqqət  yetirmənizin  və  önəm 

vermənizin bariz bir nümunəsidir. 

Möhtərəm  cənab  Prezident,  Siz  həmişə  insanların  qayğıları 

ilə  yaşayırsınız.  Harada  bir  problem,  çətinlik  görürsünüzsə, 

həmin  anda  onu  aradan  qaldırırsınız.  Sizin  həyata  keçirdiyiniz 

bütün  tədbirlər  bizim  yaxşı,  firavan  yaşamağımıza,  rifah 

halımızın  yüksəlməsinə  xidmət  edir.  Siz  həm  də  bizim 

təhlükəsizliyimizin  qarantısınız.  Bütün  Azərbaycan  xalqı  kimi, 

biz  zərdablılar  da  bunu  hər  zaman  hiss  edir  və  daim  Sizə 

arxalanırıq. 

Mən şahidi olduğum bir məsələni demək istəyirəm ki, 1978-

ci ildə ulu öndər Heydər Əliyev, 2010-cu ildə isə Siz Zərdabı və 

zərdablıları  Kür  çayının  daşması  nəticəsində  baş  vermiş  təbii 

fəlakətdən  xilas  etmisiniz.  Sakinlərimiz  o  çətin  günlərdə 

dövlətin gücünü və onun rəhbərinin qayğısını bir daha gördülər. 

Sizin bir çağırışınızla bütün ölkə ayağa qalxmışdı. Doğrudan da 

heç  bir  neçə  ay  keçmədi  ki,  bütün  fəlakət  bölgəsində  olduğu 

kimi, Zərdabda da zərər çəkmiş ailələr üçün yeni qəsəbə salındı, 

sosial  obyektlər  inşa  edildi,  insanlara  maddi  kömək  göstərildi. 

Zərdablılar  bütün  bunlara  görə  bir  daha  Sizə  öz  dərin 

minnətdarlıqlarını bildirirlər. 

Möhtərəm  cənab  Prezident,  Sizin  diqqət  və  qayğınız  sayə-

sində  bu  gün  Zərdab  rayonunda  çoxlu  işlər  görülür,  insanları 

narahat  edən  problemlər  aradan  qaldırılır.  Şəhərimiz  tamamilə 

qazlaşdırılıb,  kəndlərimizə  yeni  qaz  xətləri  çəkilir,  yollarımız 

asfaltlanır,  yeni  təhsil  obyektləri  tikilib  istifadəyə  verilir.  Yeri 

gəlmişkən, bir məsələni də qeyd etmək istərdim ki, son illərdə 

təhsilimizə  göstərdiyiniz  qayğı  xüsusilə  yaddaqalandır. 



 

199 


Rayonumuzda  təkcə  son  3  ildə  13  məktəb  binası  tikilib 

istifadəyə verilmiş, 3 məktəb binası hazırda inşa edilməkdədir. 

Məlumat üçün bildirmək istəyirəm ki, ötən əsrin 80-ci illərindən 

son dövrlərə qədər isə cəmi 3 məktəb binası tikilmişdi. 

Cənab  Prezident,  şəhərimiz  də  gündən-günə  gözəlləşir,  hər 

tərəfdə  geniş  abadlıq-quruculuq  işləri  aparılır,  sakinlərimizin 

istirahəti üçün hər cür şərait yaradılır. Bu gün açılışını etdiyiniz 

Heydər  Əliyev  və  Gənclər  mərkəzləri  isə  bütün  rayon 

sakinlərinə,  xüsusən  də  gənclərimizə  ən  böyük  hədiyyədir. 

Bütün bunlar Sizin və Sizinlə çiyin-çiyinə çalışan çox hörmətli 

Mehriban  xanım  Əliyevanın  rayonumuza,  biz  zərdablılara 

göstərdiyiniz  yüksək  diqqət  nəticəsində  həyata  keçirilən 

çoxsaylı tədbirlərdəndir. 

Cənab  Prezident,  bizim  yaxşı  və  firavan  yaşayışımız  üçün 

gördüyünüz  bütün  bu  həyati  əhəmiyyətli  işlərə  görə  Sizə  bir 

daha  bütün  Zərdab  sakinlərinin  dərin  minnətdarlığını  bildirir, 

Sizə və ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ömrünüz su 

qədər uzun olsun. Allah Sizi qorusun. 

 

                             * * *  



Sonra dövlətimizin başçısı veteranlarla görüşdü. 

 

V e t e r a n: Cənab Prezident, Zərdaba xoş gəlmisiniz! Siz 

həm  bizim  Prezidentimiz,  həm  də  zərdablısınız.  Mən  bunu 

səmimi  deyirəm.  Mən  yaxşı  xatırlayıram,  vaxtilə  bura  şoran 

torpaq  idi,  burada  heç  nə  yox  idi.  Allah  ulu  öndərimiz  Heydər 

Əliyevə  qəni-qəni  rəhmət  eləsin.  1978-ci  ildə  mən  ulu 

öndərimizlə görüşmüşəm. Mənim əməyimi o mükafatlandırıb. 

Mən xoşbəxtəm. Beşinci dəfədir ki, Sizinlə görüşürəm. Axı-

rıncı  dəfə  «Bibiheybət»  məscidinin  açılışında  görüşmüşük.  Bu 

yaxınlarda Mərdəkana getmişdim. Siz oraya açılışa gəlmişdiniz. 

Nələr  yaradılıb  orada?!  Biz  Sizə  minnətdarlığımızı  bildiririk. 

Sizə  uzun  ömür,  cansağlığı  arzulayırıq.  Siz  bizim  gözəl,  sadə 

Prezidentimizsiniz. Allah Sizi qorusun! 



İ l h a m  Ə l i y e v: Çox sağ olun. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə