ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə65/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   61   62   63   64   65   66   67   68   ...   123

 

207 


xoşa  gəlməyən  rəqəmlər səsləndiririk. Hər rübdən-rübə, ildən-ilə, 

xüsusilə  son  bir  neçə  il  ərzində  Azərbaycanda  ümumi  sənaye 

istehsalı  azalır.  Bu  vaxta  qədər  biz  bunu,  sadəcə  olaraq,  statistik 

göstərici kimi ifadə edirdik. Daha bunun izahatı ilə biz, demək olar 

ki,  məşğul  olmurduq.  Hesab  edirdik  ki,  bu,  müvəqqəti  prosesdir, 

müvəqqəti  məsələdir  və  bu  məsələ  öz  həllini  tapacaqdır,  sənaye 

istehsalı nəinki azalacaq, əksinə, artacaqdır. 9 ayın göstəriciləri isə 

onu  göstərir  ki,  Azərbaycanda  ümumi  sənaye  istehsalı  3,5  faiz 

azalmışdır.  Ancaq  qeyri-neft  sənayemiz  7,7  faiz  artmışdır.  Bir 

tərəfdən,  bu  yenə  də  bizim  iqtisadi  və  sənaye  sahələrində 

apardığımız islahatların məntiqi nəticəsidir. Çünki ölkəmizdə geniş 

sənayeləşmə  prosesi  gedir.  Bir  neçə  il  bundan  əvvəl  mənim 

tərəfimdən bu məsələ ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz 

bu tapşırıqların gözəl nəticələrini görürük. 7,7 faiz artan qeyri-neft 

sənayemiz  böyük  nailiyyətdir.  Ancaq  neft  sənayesinin  xeyli 

dərəcədə aşağı düşməsi bizi, əlbəttə ki, narahat edir. Bu proses – 

yəni azalma, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatı 

ilə bağlıdır. Burada biz  məsələni 2 yerə bölməliyik.  Çünki  Azər-

baycanda  neftin  hasilatı  ilə  Azərbaycan  Dövlət  Neft  Şirkəti 

məşğuldur  və  1994-cü  ildə  «Azəri»,  «Çıraq»  yataqları  üzrə 

bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium – Azərbaycan 

Beynəlxalq Əməliyyat Şirkəti yaradılmışdır, operator məhz Azər-

baycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  idi.  Ondan  sonrakı 

mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə 

prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edil-

mişdir. 


O  vaxtdan  bu  günə  qədər  neft  strategiyamızın  icrası 

sahəsində çox böyük uğurlar əldə edilmişdir. 

Biz  haqlı  olaraq  neft  strategiyamızla  fəxr  edirik.  Çünki 

Azərbaycanın  uğurlu  iqtisadi  inkişafı,  siyasi  çəkisinin  artması 

və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları 

ilə  bilavasitə  bağlı  məsələdir.  İqtisadi  imkanları  bizə  neft 

strategiyamız  yaratmışdır.  O  da  həqiqətdir  ki,  biz  bu 

imkanlardan  bəzi  başqa  ölkələrdən  fərqli  olaraq  səmərəli 

şəkildə  istifadə  etdik  –  neft  kapitalını  qeyri-neft  sektorunun 



 

208 


inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası 

və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü 

reallıqlar  haqqında  xalqa  qürur  hissi  ilə  danışa  bilək.  Ancaq 

konsorsium  tərəfindən  buraxılan  kobud  səhvlər  ucbatından  son 

illər ərzində «Azəri»,  «Çıraq» yataqlarında neft hasilatı kəskin 

şəkildə  aşağı  düşməyə  başlamışdır.  Bu,  birinci  il  deyil  ki,  neft 

hasilatı  aşağı  düşür.  Neft  sənayesində  çalışanlar,  neft 

mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. 

Hasilat  artır,  pik  zirvəsinə  çatır,  sonra  müəyyən  illər  ərzində 

sabit qalır, ondan sonra tənəzzül başlayır. Bu proses hər bir neft 

mütəxəssisi üçün çox tanış olan məsələdir. Söhbət ondan getmir 

ki,  biz  pik  səviyyəsinə  çatdıq  və  ondan  sonra,  necə  deyərlər, 

tənəzzül  prosesləri  yaşanır.  Söhbət  ondan  gedir  ki,  verilən 

proqnozlar  yerinə  yetirilmir.  Onu  da  deyə  bilərəm  ki,  «Azəri», 

«Çıraq»  neft  yataqları  üzrə  kontrakt  pay  bölgüsü  əsasında 

imzalanmışdır.  İlkin  mərhələlərdə  payların  bölgüsü  bir  qədər 

fərqli  idi.  Çünki    böyük  investisiyalar  qoyulurdu,  xarici 

investorların  payı  daha  da  böyük  idi  –  təxminən  75–25  faiz 

xaricilərin  xeyrinə,  əgər  belə  demək  mümkünsə.  Onlar  öz 

investisiyalarını  qaytardıqdan  sonra  pay  bölgüsü  dəyişməyə 

başlamışdır – 50-nin-50-yə səviyyəsində bölünürdü. 2008-ci ilin 

ortalarında  artıq  «Azəri»,  «Çıraq»  neft  yataqlarının  səmə-

rəliliyini  və  kontrakt  şərtlərini  nəzərə  alaraq  bu  pay  bölgüsü 

Azərbaycanın  xeyrinə  dəyişmiş  və  hazırda  –  2008-ci  ilin 

ortalarından bu günə qədər 75–25 faiz təşkil edir. Hasil edilən 

mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha 

demək  istəyirəm  ki,  kontrakt  şərtləri  əsasında  bu  pay 

bölgüsündə  dəyişiklik  baş  verdikdən  sonra  «Azəri»,  «Çıraq» 

neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır. 

Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 

2009-cu ildə «Azəri», «Çıraq» yataqlarında bizə verilən hasilat 

proqnozu  46,8  milyon  ton  idi.  Faktiki  isə  40,3  milyon  ton 

səviyyəsində  neft  hasil  edilmişdir.  2010-cu  ildə  proqnoz  42,1 

milyon  ton  idi,  fakt  40,6  milyon  ton  olmuşdur.  2011-ci  ildə 

proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə 



 

209 


verilmiş  proqnoz  35,6  milyon  tondur.  İndiki  hasilatı  nəzərə 

alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp «Azəri», 

«Çıraq»  yataqlarından  33  milyon  tondan  artıq  neft  hasil  edə 

bilməyəcəkdir. 

Bu  rəqəmləri  toplayaraq  və  neftin  qiymətini  100  dollar 

səviyyəsində  götürərək  –  halbuki  bu  illər  ərzində  daha  yüksək 

idi  –  hesablasaq  görərik  ki,  Azərbaycanın  bilavasitə  əldə 

edilməmiş  gəliri  8,1  milyard  dollardır.  Bu  reallıqdır.  Kiçik  bir 

statistik  rəqəmin  arxasında  bu  reallıq  dayanır.  Ona  görə  ildən-

ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi 

bu vəziyyətin məntiqi nəticəsidir. 

Onu da deyə bilərəm və mən artıq bu barədə qeyd etdim ki, 

«Azəri»,  «Çıraq»  neft  yataqlarına  böyük  investisiyalar 

qoyulmuşdur. Biz buna görə bütün investorlara minnətdarıq və 

yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün 

Azərbaycan  dünya  miqyasında  ən  sürətlə  inkişaf  edən 

ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, 

bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf 

biznes  layihədir.  Yenə  də  bir  neçə  rəqəmi  səsləndirmək 

istəyirəm.  «Azəri»,  «Çıraq»  neft  yataqlarına  əvvəldən  bu  günə 

qədər  bp-nin  rəhbərlik  etdiyi  konsorsium  tərəfindən  28,7 

milyard  dollar  investisiya  qoyulmuşdur.  Bu  günə  qədər 

konsorsium 73 milyard gəlir götürmüşdür. Böyük mənfəət əldə 

edilmişdir.  Bu  mənfəət  kontraktın  şərtləri  əsasında  mümkün 

olmuşdur.  Azərbaycan  tərəfi  də  böyük  mənfəət  götürmüşdür. 

Bu  gün  bizim  45  milyard  səviyyəsində  olan  valyuta 

ehtiyatlarımızın  böyük  hissəsi  Neft  Fondunun  vəsaitidir.  Nə 

qədər  vəsait  də  son  12  il  ərzində  xərclənmişdir.  Dövlət  Neft 

Fondu  1999-cu  ilin  sonunda  –  dekabr  ayında  yaradılmışdır.  O 

vaxtdan  bu  günə  qədər  ölkə  iqtisadiyyatına  qoyulan  vəsaitin, 

infrastruktur  layihələrinə,  məktəblərin,  yolların  tikintisinə, 

abadlıq  işlərinə  qoyulan  investisiyaların  əsas  mənbəyi  bizim 

neft  sənayemizdir.  Ona  görə  bu,  sırf  kommersiya  layihəsidir. 

Hesab  edirəm  ki,  bütün  vədlər,  verilən  proqnozlar  yerinə 

yetirilməlidir.  Qeyd  etməliyəm  ki,  gözlənilməyən  bu  tənəzzül 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə