ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


NAZİRLƏR KABİNETİNİN 2012-ci İLİN DOQQUZ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə64/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   60   61   62   63   64   65   66   67   ...   123

 

204 


 

NAZİRLƏR KABİNETİNİN 2012-ci İLİN DOQQUZ 

AYININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ 

YEKUNLARINA VƏ QARŞIDA DURAN 

VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ İCLASINDA 

İŞTİRAK



 

 

Prezident sarayı  

 

10 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 



sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin   9 

ayının  sosial-iqtisadi  inkişafının  yekunlarına  və  qarşıda  duran 

vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. 

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı: 

 

–  Ölkə  iqtisadiyyatı  uğurla  inkişaf  edir  və  9 ayın  yekunları 



bunu  bir  daha  əyani  şəkildə  göstərir.  Bütün  makroiqtisadi 

göstəricilərimiz  yüksək  səviyyədədir,  iqtisadiyyatımız  9  ayda 

1,1  faiz  artmışdır.  Ancaq  qeyri-neft  iqtisadiyyatımız  10,3  faiz 

artmışdır.  Son  aylar  və  illər  ərzində  bu  ən  vacib  göstəricidir. 

Çünki  məqsədimiz  məhz  ondan  ibarətdir  ki,  ölkə  iqtisadiyyatı 

çoxşaxəli  şəkildə  inkişaf  etsin.  Qeyri-neft  iqtisadiyyatının 

inkişafı  imkan  verəcəkdir  ki,  gələcəkdə  Azərbaycan  neft-qaz 

amilindən asılılığını xeyli dərəcədə aşağı endirə bilsin. 

Bütün  bölgələrdə  quruculuq-abadlıq  işləri  aparılır.  Yeni 

sənaye  müəssisələri  yaradılır.  Əminəm  ki,  qeyri-neft  iqtisa-

diyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, bu bizə 

                                            

      



 



Назирляр  Кабинетинин  2012-ъи  илин  9  айынын  сосиал-игтисади 

инкишафынын  йекунларына  вя  гаршыда  дуран  вязифяляря  щяср 

олунмуш  иъласında  Mərkəzi  Bankın  Иdarə  Heyətinin  sədri  Elman 

Rüstəmov,  Nəqliyyat  naziri  Ziya  Məmmədov,  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi naziri Füzuli Ələkbərov çıxış etdilər.      

 



 

205 


imkan  verəcəkdir  ki,  gələn  il  də  iqtisadi  sahədə  şaxələndirmə 

siyasətimiz uğurla davam etdirilsin. 

9 ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə 

qoyulmuşdur. Bu çox böyük rəqəmdir. Keçən ilə nisbətən daha 

böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il təxminən bu səviyyədə 

investisiya qoyulur,  görə  bilərik  ki,  Azərbaycan iqtisadiyyatına 

nə  qədər  böyük  sərmayə  qoyulur.  Sərmayələrin  əsas  hissəsi 

daxili investisiyalardır, təqribən 70 faizə yaxın. Qalan hissə isə 

xarici investorların vəsaitidir. Hesab edirəm ki, bu balans da ən 

optimaldır. 

Xarici 

investorlar 



üçün 

iqtisadiyyatımız 

cəlbedicidir,    daxili  investisiyalar  da  onu  göstərir  ki,  dövlətin 

investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların 

böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Özəl sektor 

da bu investisiya layihələrində uğurla iştirak edir. Özəl sektorun 

–  həm  yerli,  həm  xarici  biznes  cəmiyyətinin  Azərbaycan 

iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, bu 

qədər investisiya qoyulmazdı. 

Deyə  bilərəm  ki,  bütövlükdə  özəl  sektor  ümumi  daxili 

məhsulda  öz  yüksək  çəkisini  saxlamaqdadır.  Son  məlumata 

görə ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu 

da  öz  növbəsində  göstərir ki,  Azərbaycanda  bazar iqtisadiyyatı 

prinsipləri tam şəkildə bərqərar olunubdur. 

Kənd  təsərrüfatı  6,3  faiz  artmışdır.  Bu  da  çox  gözəl 

göstəricidir.  Bu  barədə  mən  hələ  fikirlərimi  bildirəcəyəm. 

Ancaq bəri başdan demək istəyirəm ki, bu sahə həmişəki kimi, 

prioritet  sahə  olaraq  qalır  və  gələcəkdə  bu  sahəyə  daha  da 

böyük  diqqət  göstərilməlidir.  Mən  çox  şadam  ki,  bir  müddət 

əvvəl  verdiyim  tapşırıqlar  yerinə  yetirilir.  Kənd  təsərrüfatının 

inkişafı  bizə  imkan  verəcəkdir  ki,  idxaldan  daha  da  az  asılı 

vəziyyətdə  olaq.  İş  yerlərinin  açılması,  bölgələrdə  sənaye 

müəssisələrinin fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının 

inkişafı  ilə  bağlıdır.  Ona  görə,  hesab  edirəm  ki,  6,3  faiz  artım 

çox  yaxşıdır.  Çalışmalıyıq  ki,  gələcəkdə  bu  yüksək  templəri 

saxlayaq. 




 

206 


Ölkəmizin  strateji  valyuta ehtiyatları  ilin  əvvəlindən  təxmi-

nən  5  milyard  dollar  artmışdır,  hazırda  45  milyard  dollar 

səviyyəsindədir.  Deyə  bilərəm  ki,  bu,  dünya  miqyasında  çox 

böyük  rəqəmdir  və  Azərbaycan  artıq  böyük  valyuta  ehti-

yatlarına  malik  ölkədir.  Ölkənin  ərazi  ölçülərinə  və  əhalinin 

sayına  görə,  hesab  edirəm  ki,  əgər  valyuta  ehtiyatlarımızı 

adambaşına  hesablasaq,  biz  dünya  miqyasında  ən  qabaqcıl 

yerlərdən  birindəyik.  Çox  sevindirici  hal  ondan  ibarətdir  ki, 

böyük  investisiya  layihələrinin  dövlət  xətti  ilə  həyata  keçi-

rilməsinə  baxmayaraq,  strateji  valyuta  ehtiyatlarımız  azalmır, 

əksinə,  artır.  Biz  çalışmalıyıq  ki,  gələcək  illərdə  müəyyən 

səviyyədən  aşağı  düşməyək.  Çünki  bu  bizim  ehtiyat 

mənbəyimizdir.  Ancaq  baxmayaraq  ki,  indi  dünyada  hökm 

sürən  maliyyə  böhranı  faiz  dərəcələrini  aşağı  salmışdır  və  bu 

vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük 

mənfəət  əldə  edə  bilmirik,  ancaq  valyuta  ehtiyatlarının  idarə 

edilməsi  sahəsində  yeni  istiqamətlər  artıq  araşdırılır.  Beləliklə, 

vəsaitimizin  daha  da  səmərəli  şəkildə  mənfəətgətirmə  əmsalı, 

əminəm ki, daha da yüksək səviyyədə olacaqdır. 

Bütün  bu  göstəricilər  təsdiq  edir  ki,  iqtisadi  sahədə  inkişaf 

çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə 

də təsirini göstərir. 9 ayda əhalinin pul gəlirləri           12 faiz, 

inflyasiya  isə  cəmi  1,5  faiz  artmışdır.  Gördüyünüz  kimi, 

inflyasiya  ilə  əhalinin  pul  gəlirləri  arasında  10  faiz  fərq  vardır 

və  hesab  edirəm  ki,  Azərbaycan  bu  göstəricilərə  görə  dünya 

miqyasında  ən  qabaqcıl  yerlərdədir.  Bizim  bütün  iqtisadi 

təşəbbüslərimiz  və  ümumiyyətlə,  iqtisadi  strategiyamız 

Azərbaycan  xalqının  rifah  halının  yaxşılaşdırılmasına 

yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq 

və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir. 

Sənaye  istehsalında  vəziyyət  o  qədər  də  ürəkaçan  deyildir. 

Mən istəyirəm bu barədə fikirlərimi bir qədər ətraflı bildirim və 

yaranmış  vəziyyətlə  bağlı  Azərbaycan  ictimaiyyəti  də 

məlumatlı  olsun.  Artıq  birinci  dəfə  deyildir  ki,  biz  Nazirlər 

Kabinetinin toplantılarında sənaye istehsalı ilə bağlı o qədər də 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə