ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə72/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   68   69   70   71   72   73   74   75   ...   123

 

228 


ölkə  bizi  dəstəklədi.  «Qoşulmama  Hərəkatı»na  üzv  olduq.  Bu 

da siyasi cəhətdən çox düzgün bir addım idi. Bu yenə də bizim 

xarici  siyasətimizin  böyük  qələbəsi  idi.  O  təşkilata  üzv  olmaq 

və  üzv  olduqdan  sonra  cəmi  1  il  ərzində  Ermənistan–

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı,  ərazi 

bütövlüyü prinsipini rəhbər tutan qətnamənin qəbul edilməsinə 

nail olmaq çox böyük tarixi nailiyyətdir. Biz cəmi 1 il idi ki, o 

təşkilatda fəaliyyət göstərirdik. Amma bu fəaliyyət o qədər fəal 

və Azərbaycana olan münasibət      o qədər müsbət idi ki, 1 il 

ərzində  120  ölkə  bizim  mövqemizi  dəstəkləmişdir.  Bundan 

başqa,  Olimpiya  oyunlarında  uğurlarımız.  Biz  dünya 

miqyasında  aparıcı  idman  dövlətləri  arasındayıq.  Bu  da 

reallıqdır.  Bütün  bu  uğurlar  bizi  sevindirir,  düşmənlərimizi  isə 

məyus edir. 

Əminəm  ki,  gələcək  illərdə  bu  meyillər  daha  da  güc-

lənəcəkdir.  Bizim  hər  bir  qələbəmiz  Ermənistanın  faciəsidir. 

Hər  bir  uğurumuz  onların  məyusluğudur.  Bizim  uğurlarımız 

hələ  çox  olacaqdır.  Ən  böyük  uğur  o  vaxt  olacaqdır  ki, 

Azərbaycan  bayrağı  Şuşada  və  Xankəndidə  dalğalanacaqdır. 

Mən  buna  əminəm,  buna  şübhə  etmirəm.  Hər  birimiz,  hər  bir 

vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır. Sağ olun.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

229 


 

ƏLCƏZAİR XALQ DEMOKRATİK 

RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA 

 

Hörmətli cənab Prezident! 



Əlcəzairin  keçmiş  Prezidenti,  görkəmli  dövlət  xadimi 

Şadli Bencədidin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. 

Bu  ağır  itki  ilə  əlaqədar  Sizə,  mərhumun  ailəsinə  və  bütün 

Əlcəzair xalqına dərin hüznlə başsağlığı verirəm. 

Allah rəhmət eləsin! 

 

İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 11 oktyabr 2012-ci il 

 

 



 

230 


 

DÖVLƏT BAYRAĞI MEYDANINDA  

VƏ ONUN ƏTRAFINDA GÖRÜLƏN  

ABADLIQ-QURUCULUQ İŞLƏRİNİN  

GEDİŞİ İLƏ TANIŞLIQ 

 

11 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

oktyabrın 11-də Dövlət Bayrağı Meydanında və onun ətrafında 

görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuşdur. 

Prezident  İlham  Əliyevə  layihə  üzrə  görülən  işlər  barədə 

məlumat  verildi.  Bakı  bulvarının  genişləndirilmiş  hissəsində 

paytaxt  sakinlərinin  və  şəhərimizin  qonaqlarının  asudə  vaxt-

larını səmərəli keçirmələri üçün ən müasir şəraitin yaradılması 

istiqamətində işlərin davam etdirildiyi bildirildi. 

Bakı bulvarının genişləndirilmiş hissəsində həyata keçirilən 

abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olan prezident İlham 

Əliyev müvafiq tapşırıqlarını verdi. 

 



 

231 


 

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ 

İSLAM KƏRİMOVUN AZƏRBAYCANA RƏSMİ  

SƏFƏRİ 

 

12 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasına  rəsmi  səfərə  gələn  Özbə-



kistan  Respublikasının  Prezidenti  İslam  Kərimovun  oktyabrın 

12-də rəsmi qarşılanma mərasimi olmuşdur. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda 

ali qonağın şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyevə raport verdi. 

Prezident  İlham  Əliyev  Özbəkistan  prezidenti  İslam  Kəri-

movu qarşıladı. 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Özbəkistan  prezidentinə 

raport verdi. 

Özbəkistan  Respublikasının  və  Azərbaycan  Respublikasının 

dövlət himnləri səsləndi. 

Prezidentlər  İlham  Əliyev  və  İslam  Kərimov  Fəxri  qarovul 

dəstəsinin qarşısından keçdilər. Özbəkistan prezidenti Azərbay-

can əsgərlərini salamladı. 

Azərbaycanın  dövlət  və  hökumət  rəsmiləri  Özbəkistan  pre-

zidenti  İslam  Kərimova,  Özbəkistan  nümayəndə  heyətinin  üzv-

ləri isə prezident İlham Əliyevə təqdim edildi. 

Fəxri  qarovul  dəstəsi  hərbi  marşın  sədaları  altında  dövlət 

başçılarının qarşısından keçdi. 

 

 



 

 

 



 

 


 

232 


 

ÖZBƏKİSTAN RESPUBLİKASININ  PREZİDENTİ 

İSLAM KƏRİMOV 

İLƏ TƏKBƏTƏK GÖRÜŞ  

 

Prezident sarayı  



 

12 oktyabr 2012-ci il 

 

Rəsmi  qarşılanma  mərasimindən  sonra  oktyabrın  12-də 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbə-

kistan  Respublikasının  Prezidenti  İslam  Kərimovun  təkbətək 

görüşü olmuşdur. 

Görüşdə  Azərbaycan  ilə  Özbəkistan  arasında  ikitərəfli 

münasibətlərin  müxtəlif  sahələrdə  uğurlu  inkişafından  məm-

nunluq  ifadə  olundu.  Özbəkistan  prezidenti  İslam  Kərimovun 

Azərbaycana  rəsmi  səfərinin  əlaqələrimizin  daha  da  genişlən-

məsi  baxımından  əhəmiyyəti  qeyd  edildi,  iki  ölkə  arasında 

münasibətlərin  bundan  sonra  da  möhkəmlənəcəyinə  əminlik 

bildirildi. 

Görüşdə  qarşılıqlı  maraq  doğuran  məsələlər  barədə  fikir 

mübadiləsi aparıldı. 

 

 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə