ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə69/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   65   66   67   68   69   70   71   72   ...   123

 

219 


məsələdir.  Çünki  bir  neçə  bölgədə  mənə  müraciət  olunarkən 

qeyd edilirdi ki, əgər kənd yolu çəkilərsə, o zaman bu bölgənin 

turizm imkanları açılacaqdır. Çünki turizmin inkişafı üçün kənd 

yolları  əsas  şərtdir.  Nəzərə  almalıyıq  ki,  bizdə  turizm  yerləri 

dağlıq  ərazilərdədir,  bəzi  hallarda  o  gözəl,  mənzərəli  yerlərə 

çatmaq  üçün  insanların  imkanı  olmur.  Ona  görə  biz  bu 

məsələlərə fərdi qaydada baxırıq. İlin sonunda siyahı tutulur və 

kənd yollarının bəziləri dövlət büdcəsi, bəziləri isə Prezidentin 

ehtiyat  fondu  hesabına  tikilir.  Biz  gələn  il  də  eyni  yanaşmanı 

tətbiq etməliyik. 

İnfrastruktur  layihələri  arasında  qazlaşdırma,  kənd  yolları, 

içməli  su,  kanalizasiya  məsələləri  prioritet  təşkil  edir.  Elektrik 

xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır. Biz elektrik 

enerjisi ilə bağlı son illər ərzində çox ciddi tədbirlər görmüşük, 

böyük güclər yaradılıbdır, elektrik stansiyaları tikilibdir. Ancaq 

paylayıcı  xətlər  bir  çox  hallarda  istənilən  səviyyədə  deyildir. 

Ona  görə  hesab  edirəm  ki,  artıq  əsas  yükü  paylayıcı  xətlərə 

yönəltməliyik,  xüsusilə  bölgələrdə.  Çünki  Bakı  şəhərində 

görülən  tədbirlər  nəticəsində  bu  məsələ,  demək  olar  ki,  əsaslı 

şəkildə  öz  həllini  tapmışdır.  Yeni  infrastruktur  layihələrinin 

icrası  nəticəsində  artıq  çox  mükəmməl  sistem  yaranmaqdadır. 

Bölgələrdə  isə  paylayıcı  xətlər  lazımi  səviyyədə  deyildir.  Mən 

də bunu görürəm – bəzi hallarda taxta dirəklər üzərində qurulur. 

Külək  əsən  kimi,  həmin  dirək  aşır,  xətt  qırılır  və  insanlar 

əziyyət  çəkirlər.  Mən  dəfələrlə  bu  barədə  fikirlərimi 

bildirmişəm. Hesab edirəm ki, gələn il artıq bu sahədə də ciddi 

dönüş ili olmalıdır. Biz bu məsələ ilə bağlı kompleks tədbirlər 

görməliyik.  Hökumətə  tapşırıram  ki,  konkret  proqram  təşkil 

edilsin.  İnvestisiya  Proqramında  bölgələrin  paylayıcı  xətlərinin 

bərpası,  yenidən  qurulması  məsələsi  də  ayrıca  maddə  ilə  öz 

əksini tapmalıdır. 

Ərzaq  təhlükəsizliyi  ilə  bağlı  məsələlər  də  Azərbaycanda 

uğurla həll edilir. Bu məsələyə biz kompleks şəkildə yanaşırıq, 

lazımi  təhlil  aparılır.  Bizim  daxili  imkanlar,  daxili  bazarın 




 

220 


potensialı  araşdırılır  və  qarşıya  məqsəd  qoyulmuşdur  ki,  biz 

özümüzü yerli məhsullarla maksimum dərəcədə təmin edək. 

Bu  məsələ  ilə  bağlı  da  biz  daim  fikir  mübadiləsi  aparırıq. 

Müvafiq göstərişlər verilmişdir və hesab edirəm ki, gələn il bu 

istiqamətdə 

əlavə  tədbirlər  görüləcəkdir.  Əsas  ərzaq 

məhsullarının  istehlakı  100  faiz  Azərbaycanda  istehsal  olunan 

mallar  hesabına  təmin  edilməlidir.  Biz  buna  yaxınıq,  bəzi 

mövqelər  üzrə  bunu  əldə  etmişik,  bəzi  istiqamətlər  üzrə  artıq 

hədəfə  yaxınlaşırıq.  Bölgələrdə  yaradılan  yeni  müəssisələr, 

emal  müəssisələri,  südçülük  fabrikləri,  heyvandarlıq  fermaları, 

çörək  zavodları,  quşçuluq fabrikləri  bizə  imkan  verir  ki,  yaxın 

illərdə  hər  bir  mövqe  üzrə  daxili  tələbatı            100  faiz  öz 

gücümüzə  arxalanaraq  təmin  edək.  Bu  həm  sosial  məsələdir, 

həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir, 

iş  yerlərinin  yaradılmasına  gətirib  çıxarır.  Burada  bir  neçə 

hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər 

məni  qane  edir.  Çünki  biz  bu  işlərə  sistemli  yanaşmışıq, 

pərakəndə  şəkildə  yox.  Sistemli  təhlil  aparılmışdır  və  biz  bu 

istiqaməti  Sahibkarlığa  Kömək  Milli  Fondunun  xətti  ilə  də 

sahibkarlara göstəririk. Çünki bu alət də çox səmərəlidir. Bu il 

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat 

güzəştli  kreditlər  nəzərdə  tutulur,  onların  böyük  əksəriyyəti 

artıq  verilmişdir.  Mən  göstəriş  verdim  ki,  gələn  il  biz  bu 

məbləği artıraq və gələn il bu fond vasitəsilə 300 milyon manat 

məbləğində  güzəştli  kreditlər  verilməlidir.  Çünki  bu  çox  vacib 

sahədir,  bu,  real  iqtisadiyyata  qoyulan  investisiyalardır,  dövlət 

nəzarəti altında qoyulan investisiyalardır. Ancaq özəl sektor da 

bu  investisiyaları  qoyur.  Biz  bu  proqramı  icra  edərkən  həm  də 

özəl  sektoru  stimullaşdırırıq,  ucuz  kreditlər  verməklə  onların 

fəaliyyətini genişləndirir, daxili istehsalı da stimullaşdırırıq. 

Bu  çox  işlək  və  səmərəli  mexanizmdir.  Ona  görə  hesab 

edirəm  ki,  biz  məbləği  artırmalıyıq.  Xüsusilə  nəzərə  alsaq  ki, 

indi  bu  fondda  yığılan  vəsaitin  əksəriyyəti  əvvəlki  illərdə 

verilmiş kreditlərin qaytarılması hesabına formalaşır. Beləliklə, 

daha dövlət büdcəsinin vəsaitinə ehtiyac olmayacaqdır. Bir neçə 




 

221 


ildən sonra təqribən 300, bəlkə 500 milyon dollar sərbəst vəsait 

əldə  edəcəyik.  Bu  vəsait  ildən-ilə  dövr  edərkən  biznesi 

stimullaşdıracaqdır.  Hələ  2-3  il  ərzində  bu  istiqamətə  büdcə 

dəstəyi  verməliyik.  Ondan  sonra  artıq  bu,  müstəqil  şəkildə  öz 

fəaliyyətini göstərəcəkdir. 

İri  fermer  təsərrüfatlarının  yaradılması  ilə  bağlı  verilən 

göstərişlər  yerinə  yetirilir.  Artıq  2  böyük  layihə  icra  edil-

məkdədir  –  biri  Ağcabədi  rayonunda,  digəri  Beyləqan  rayo-

nunda.  İki  sahənin  ümumi  ölçüləri  5000  hektara  yaxındır.  Bu, 

yeni  bir  yanaşmadır  və  bu  barədə  biz  dəfələrlə  danışmışıq. 

Şadam ki, artıq bu məsələ reallaşır. Bu fermer təsərrüfatlarında 

məhsuldarlıq çox yüksək olmalıdır. Ən azı 40, bəlkə 50 sentner 

taxıl  istehsal  edilməlidir  ki,  biz  növbəti  3-4  ilə  bu  sahədə  – 

buğda  sahəsində  də  öz  tələbatımızı  tamamilə  daxili  resurslar 

hesabına ödəyə bilək. Belə fermer təsərrüfatlarının yaradılması 

prosesi sürətlə getməlidir. 

İstədiyimiz  məqsədə  çatmaq  üçün  təxminən  40–50  böyük 

fermer  təsərrüfatı  yaratmalıyıq  ki,  bu  da  bizim  bu  sahədə 

müstəqilliyimizi  tam  təmin  edəcəkdir.  Bunun  bir  neçə  səbəbi 

vardır. 


Birincisi,  biz  öz  torpaqlarımızdan  səmərəli  şəkildə  istifadə 

etməliyik.  İkincisi,  biz  böyük  suvarma-meliorasiya layihələrini 

icra  edirik.  Əlbəttə,  10  minlərlə  hektar  yeni  torpaqlar 

dövriyyəyə  buraxılacaq  və  kəndlilər  bundan  səmərəli  şəkildə 

istifadə  edəcəklər.  Digər  tərəfdən,  bu,  yeni  iş  yerləri,  yerli 

istehsal,  iqtisadiyyatın  canlanması  deməkdir.  Belə  olan  halda 

biz  dünyada  baş  verən  proseslərdən  də  özümüzü  sığor-

talayacağıq. Çünki hansısa ölkədə bir il quraqlıq olur, bir il taxıl 

yığımı aşağı düşür. İstər-istəməz bu, istehlak qiymətlərinə təsir 

edir  və  bizim  vətəndaşlar  da  ondan  sonra  bunun  əziyyətini 

çəkirlər.  İndi  dünyada  buğdanın  qiyməti  xeyli  dərəcədə  artıb. 

Çünki  ənənəvi  ixracatçı  ölkələrdə  istehsal  kəskin şəkildə  aşağı 

düşmüşdür,  qıtlıq  vardır,  quraqlıq  olmuşdur.  Bu,  istər-istəməz 

qiymətlərin qalxmasına gətirib çıxarır. Bir neçə il budan əvvəl 

də biz eyni vəziyyətlə üzləşmişdik. İmzalanmış kontraktlar var 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə