ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə70/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   66   67   68   69   70   71   72   73   ...   123

 

222 


idi  ki,  biz  taxılı,  buğdanı  o  kontraktlar  əsasında  gətirməli  idik, 

artıq icra edilməmişdir, çünki bəzi ölkələr ixracata qadağa qoy-

muşdur.  Biz  bu  asılılığı  da  üzərimizdən  atmalıyıq,  necə  ki, 

bütün  başqa  sahələrdə  asılılığı  azaldırıq,  bu  sahədə  də  bunu 

etməliyik. Ona  görə İnvestisiya Proqramında bu daha da geniş 

şəkildə nəzərə alınmalıdır ki, yenə də deyirəm, mən maksimum 

götürürəm, maksimum hədəf 4 il, 5 il, amma hesab edirəm ki, 

ondan  da  tez  müddətdə  biz  bu  sahədə  də  yerli  istehsalla 

özümüzü 100 faiz təmin etməliyik. 

Gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib. Gələn ilin 

büdcəsi  bu  ilin  büdcəsindən  daha  da  böyük  olacaqdır.  Büdcə 

xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və 

bu,  kifayət  qədər  böyük  məbləğdir.  İcmal  büdcə  ondan  da 

böyük  olacaqdır.  İcmal  büdcə  30  milyard  dollardan  da  böyük 

ola  bilər.  Bu,  böyük  rəqəmdir  və  bu  rəqəm    bizim  gücümüzü, 

ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər 

vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə 

istifadə  etməliyik.  İldən-ilə  artan  dövlət  büdcəmiz  mövcud 

problemlərin  həlli  üçün  də  çox  vacibdir.  Amma  bu,  böyük 

məsuliyyətdir.  Elə  etməliyik  ki,  bu  məsələ  ilə  bağlı  bütün 

hədəflər  nəzərə  alınsın.  Xüsusilə  İnvestisiya  Proqramı  tərtib 

edilsin.  Başqa  yerlərdən  fərqli  olaraq  biz  Dövlət  İnvestisiya 

Proqramını  yəqin  ki,  bu  ilin  sonunda  qəbul  etməliyik.  Çünki, 

adətən,  hər  ilin  əvvəlində  Dövlət  İnvestisiya  Proqramını  qəbul 

edirik  –  təxminən  yanvar  ayında,  ondan  sonra  vaxt  keçir, 

razılaşmalar  aparılır.  Təxminən  fevralın  sonuna  yaxın  artıq 

investisiyalar verilməyə başlayır. Vaxt itirməmək üçün biz Dövlət 

İnvestisiya Proqramını bu ilin sonuna qədər qəbul etməliyik. 

Bir neçə kəlmə enerji təhlükəsizliyi ilə bağlı demək istəyirəm. 

Bu  sahədə  Azərbaycan  öz  təhlükəsizliyini  tam  şəkildə  təmin  edə 

bilmişdir. Son ayların çox gözəl hadisələrindən biri ondan ibarətdir 

ki,  «Ümid»  yatağından  ilkin  qaz  artıq  gətirilmişdir.  Bu  da  çox 

gözəl göstəricidir. Qaz quyularının debitləri çox yüksəkdir. Birinci 

quyunun  göstəriciləri  çox  ümidvericidir.  Yəni  «Ümid»  öz  adını 

doğruldur.  «Ümid»  yatağının  Azərbaycan  Dövlət  Neft  Şirkəti 



 

223 


tərəfindən kəşf edilməsi tarixi hadisədir. Çünki son illər ərzində ilk 

dəfədir  ki,  Azərbaycan  Dövlət  Neft  Şirkəti  təkbaşına  böyük  qaz 

yatağının  işlənilməsinə  nail  ola  bilmişdir.  Hazırda  qazın  hasilatı 

gedir,  sahilə  ötürülür,  kondensat  hasil  edilir.  Bu  yaxınlarda  Neft 

Şirkəti  tərəfindən  mənə  verilən  məlumata  görə,  «Ümid» 

yatağından çox keyfiyyətli kondensat hasil edilir. 

Bu  yatağın  çox  böyük  əhəmiyyəti  vardır.  Bu  bizim  enerji 

təhlükəsizliyimizi  daha  da  möhkəmləndirəcək  və  ixrac  poten-

sialımızı da genişləndirəcəkdir. 

Adətən, Azərbaycanın qaz resursları haqqında söhbət aparanda 

bəzi  mütəxəssislər  ancaq  «Şahdəniz»  yatağı  haqqında  danışırlar. 

«Şahdəniz» yatağı bizim ən böyük yatağımızdır. Ən azı 1 trilyon 

200  milyard  qaz  ehtiyatları  vardır.  Dünya  miqyasında  ən  böyük 

qaz  yataqlarından  biridir,  bəlkə  də  birincisidir.  Ancaq  bizim  qaz 

resurslarımız  təkcə  «Şahdəniz»  ilə  məhdudlaşmır.  Biz  gələcək 

ixrac 


imkanlarımızı  ancaq  «Şahdəniz»də  olan  hasilatla 

məhdudlaşdırmamalıyıq. 

«Ümid»  yatağımız  Dövlət  Neft  Şirkəti  tərəfindən  aşkarlanıb. 

Orada ən azı 300 milyard kubmetr qaz vardır. «Total» və «Gaz de 

France»  şirkətləri  tərəfindən  «Abşeron»  yatağında  böyük  qaz 

ehtiyatları  aşkarlanıb.  Orada  da  ən  azı  300  milyard  kubmetr  qaz 

vardır. Biz öz ixrac strategiyamızı planlaşdırdıqda bu amili mütləq 

nəzərə alırıq və məhz bunun nəticəsidir ki, Azərbaycan «TANAP» 

layihəsinin  təşəbbüskarı  olmuşdur.  Çünki  bizə  elə  qaz 

infrastrukturu lazımdır  ki, istənilən həcmi istənilən istiqamət üzrə 

dünya bazarlarına çıxara bilək. Bizə kiçikölçülü qaz kəməri lazım 

deyildir ki, təkcə hansısa bir yatağın işlənməsinə xidmət göstərsin, 

böyükhəcmli  qaz  infrastrukturu  lazımdır.  «TANAP»  layihəsinin 

bizim  tərəfimizdən  irəli  sürülməsinin  səbəblərindən  biri  də  məhz 

bundan ibarətdir. 

Digər səbəb, onu da siz yaxşı bilirsiniz ki, uzun illər, bəlkə 

10    il  ərzində  müxtəlif  layihələr  ətrafında  diskussiyalar  gedir. 

Biz  görürük  ki,  bu  diskussiyalar  elə  belə  gedir,  bunun  sonu 

yoxdur.  Yığışırlar,  danışırlar,  konfranslar,  tədbirlər  keçirilir, 

sənədlər  imzalanır,  ortada  bir  şey  yoxdur.  Biz  belə  işləməyə 




 

224 


öyrəşməmişik. Biz konkret işləməyə öyrəşmişik. Görəndə ki, bu 

diskussiyalar  artıq  sonsuz  xarakter  daşıyır,  biz  konkret  qərar 

verdik, qısa müddət ərzində öz təkliflərimizi irəli sürdük, bütün 

məsələlər  həll  olundu.  İndi  dünyada  «TANAP»  layihəsinə 

böyük  maraq  vardır.  «TANAP»  layihəsi  sırf  Azərbaycan 

tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaqdır. 

Ona görə enerji təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət 

mərkəzimizdədir. Bununla bərabər, Azərbaycanda bərpa olunan 

enerji  növlərinin  yaradılması  istiqamətində  əlavə  tədbirlər 

görülməlidir. 

Bir  neçə  ay  əvvəl  mən  Sumqayıtda  günəş  panelləri  istehsal 

edən  zavodun  açılışında  iştirak  etdim.  Hesab  edirəm  ki,  çox 

gözəl  təşəbbüsdür.  Bu  zavodun  fəaliyyəti  genişləndirilməlidir. 

Dövlət  qurumları  artıq  müvafiq  qaydada  bu  zavodun 

imkanlarından  istifadə  etməli,  o  məhsulları  almalı  və  günəş 

panelləri  əsasında  yeni  stansiyaların  tikintisinə  nail  olmalıdır. 

Yaxın  illərdə  yekunlaşacaq.  Biz  gələn  il  artıq  bu  istiqamətdə 

daha da konkret və ciddi addımlar atmalıyıq. 

Nəqliyyat  sektorunda  aparılan  işlər  barədə  nazir  bu  gün 

məlumat verdi. Hər bir istiqamət – avtomobil yollarının, dəmir 

yollarının bərpası üzrə iş gedir. Bu da çox vacibdir. Çünki biz 

sürətli dəmir yollarının fəaliyyətinə nail olmalıyıq. Yeni dəmir 

yolu xətləri o məqsədlə tikilir ki, qatarlar yüksək sürətlə hərəkət 

edə  bilsin.  Nəzərə  alsaq  ki,  Azərbaycan  yaxın  zamanlarda 

nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir, Bakı–

Tbilisi–Qars  dəmir  yolunun  tikintisi  yekunlaşmaq  üzrədir, 

Azərbaycanın  dəmir  yolları  da  yüksək  dünya  standartlarına 

cavab verməlidir. 

Dəniz  limanının,  yeni  aeroportların  tikintisi,  təyyarələrin, 

bərələrin  alınması  –  bütün  bunlar  həll  olunur.  Artıq  mən  qeyd 

etdim, kənd yollarının tikintisi geniş vüsət almışdır. 

Nəqliyyat  sektoru  gələcəkdə  də  prioritet  məsələlərdən  biri 

olacaqdır.  Bakı  şəhərinin  nəqliyyat  şəbəkəsi  təkmilləşdirilir  və 

bölgələrdə çox böyük quruculuq işləri aparılır. Mən çox şadam 

ki,  biz  bu  məsələnin  tam  həllinə  çox  yaxınıq.  Mən  giriş 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə