ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə67/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   63   64   65   66   67   68   69   70   ...   123

 

213 


vəsaiti,  dövlət  dəstəyi  lazımdır,  təlim-məşq  prosesi  yüksək 

səviyyədə  keçirilməlidir,  infrastruktur  layihələri  lazımdır. 

Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir 

və  artıq  10-a  yaxın  yeni  Olimpiya  İdman  Kompleksi 

tikilməkdədir. 

Bir sözlə, keçən rüb və bu ilin 9 ayı bütün istiqamətlər üzrə 

ölkə  iqtisadiyyatı  üçün  uğurlu  olmuşdur.  Beynəlxalq  arenada 

böyük  uğurlar  əldə  edilmişdir.  Biz  BMT  Təhlükəsizlik 

Şurasının  iclaslarında  fəal  iştirak  edir,  prinsipial  mövqe 

nümayiş etdiririk. Keçən ilin oktyabr ayında – artıq bir il keçir – 

biz  Təhlükəsizlik  Şurasına  üzv  olduqda,  mən          o  vaxt  xalqa 

müraciətimdə  demişdim  ki,  biz  bu  qurumda  ədaləti  və 

beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu 

kimi,  əməl  edirik.  Bizim  mövqemiz  böyük  rəğbətlə  və  böyük 

hörmətlə  qarşılanır.  Çünki  bir  daha  demək  istəyirəm  ki,  biz 

ədaləti  və  beynəlxalq  hüququ  müdafiə  edirik.  Seçkilər  zamanı 

bizə  göstərilən  dəstək  artıq  özünü  digər  formatlarda  büruzə 

verir.  Bildiyiniz  kimi,  Azərbaycanın  namizədliyini  155  ölkə 

dəstəkləmişdir. Bu yaxınlarda «Qoşulmama Hərəkatı»nın zirvə 

görüşündə  120  ölkə  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin  yalnız  və  yalnız  ölkələrin  ərazi  bütövlüyü 

çərçivəsində  həll  olunmasına  dair  qətnamə  qəbul  etmişdir.  Bu 

bizim  növbəti  böyük  diplomatik  uğurumuzdur,  Ermənistanın 

növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin 

əksəriyyətini  təşkil  edir.  Dünyada  200-dən  bir  qədər  çox  ölkə 

vardır.  Bunlardan  120-si  ərazi  bütövlüyümüzü  dəstəkləyir, 

münaqişənin  həllini  yalnız  bu  prinsiplər  əsasında  görür.  Əgər 

biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini 

nəzərə alsaq – təbii ki, NATO-ya üzv olan ölkələr «Qoşulmama 

Hərəkatı»nın  üzvü  ola  bilməz  –  orada  da  Ermənistan–

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  yalnız  ölkələrin 

ərazi  bütövlüyü  prinsipi  əsasında  həll  olunması  açıq  şəkildə 

vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim 

növbəti  uğurumuzdur.  Dünya  birliyinin  dörddə  üç  hissəsi 

məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. 



 

214 


Əlbəttə, bu çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa 

mövqe, başqa variant ola bilməz. 

O  ki  qaldı  xalqların  müqəddəratını  təyinetmə  prinsiplərinə, 

ermənilər  çalışırlar  dünya  birliyini  çaşdırsınlar,  artıq  dediyim 

qərarlar  və  bəyannamələr  bütün  bu  yalan  təbliğatı  alt-üst  edir. 

Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi 

bütövlüyü  çərçivəsində  həll  edilməlidir.  Helsinki  Yekun 

Aktının  sənədlərində  məsələ  məhz  belə  qoyulubdur.  Ona  görə 

bütün növbəti diplomatik uğurlar, siyasi qələbələr, bu sahələrdə 

Ermənistan  üzrə  mütləq  qələbəmiz  bizi  daha  da  ruhlandırır  və 

məsələnin həllinə yaxınlaşdırır. 

Biz  daha  da  güclü  olmalıyıq  və  oluruq.  Beynəlxalq 

mövqelərimizi  möhkəmləndiririk,  dünya  miqyasında  böyük 

dəstəyə  malikik.  Mən  bu  yaxınlarda  Azərbaycan  Diplomatik 

Akademiyasının  açılışında  və  ölkəmizin  xaricdəki  səfirləri  ilə 

görüşdə  xarici  siyasətlə  bağlı  strateji  baxışlarımı  kifayət  qədər 

geniş  ifadə  etdim,  təkrar  etmək  istəmirəm.  Bir  şeyi  demək 

istəyirəm  ki,  biz  indi  dünyada  yeni  tərəfdaşlar  əldə  edirik  və 

görürük  ki,  bizim  üçün,  əməkdaşlıq  üçün  ənənəvi  olmayan 

qitələrdən də Azərbaycana böyük maraq vardır. Xüsusilə Latın 

Amerikasından.  Biz  də  Latın  Amerikası  ölkələri  ilə  çox  sıx 

əlaqələr  qururuq  və  görürük  ki,  bu  əlaqələr  çox  səmimidir, 

qarşılıqlı  hörmət,  qarşılıqlı  maraqlar  və  dostluq  əsasında 

qurulur.  Münasibətlər  hər  bir  ölkə  ilə  məhz  bu  prinsiplər 

üzərində  qurulmalıdır.  Biz  bunu  dəfələrlə  bəyan  etmişik.  Mən 

dəfələrlə  demişəm  ki,  Azərbaycan  ancaq  bərabərhüquqlu 

münasibətləri qəbul edir. Əgər kimsə fikirləşirsə ki, öz iradəsini 

bizə  qəbul  etdirə  bilər,  səhv  edir.  Biz  ancaq  bərabərhüquqlu, 

qarşılıqlı  maraqlar,  bir-birinin  işinə  qarışmamaq  prinsiplərini 

qəbul edirik. Biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi 

məhz bu prinsiplər əsasında sıx bağlayırıq və hesab edirəm ki, 

həm  xarici  siyasət,  həm  də  iqtisadi  məsələlərin  həlli  üçün  bu 

istiqamət çox perspektivlidir. Həm xarici siyasət sektoruna, həm 

iqtisadi  məsələlərlə  bağlı  olan  qurumlara  müvafiq  tapşırıqlar 

verilmişdir  ki,  biz  Latın  Amerikası  ölkələri  ilə  münasi-



 

215 


bətlərimizi  daha  da  sürətlə  qurmalıyıq.  Əlbəttə,  ənənəvi 

tərəfdaşlarla da bizim dostluq münasibətlərimiz vardır. Təbii ki, 

bu əlaqələr davam etdiriləcəkdir. 

 

                              YEKUN NİTQİ  

 

İlin  sonuna    3  aydan  az  bir  vaxt  qalır.  Əminəm  ki,  qalan 



müddət  ərzində  bütün  nəzərdə  tutulmuş  məsələlər  öz  həllini 

tapacaqdır.  Xüsusilə  Dövlət  İnvestisiya  Proqramının  icrası 

yekunlaşacaq.  Çünki  Dövlət  İnvestisiya  Proqramı  ölkə 

iqtisadiyyatının  inkişafı  üçün,  deyə  bilərəm  ki,  əsas  rolunu 

oynayır,  ildən-ilə  bu  proqram  böyüyür.  Həm  həcmi  böyüyür, 

həm yeni istiqamətlər üzə çıxır. Ona görə hesab edirəm ki, ilin 

sonuna  qədər  uğurlu  iqtisadi  inkişafımız  davam  edəcəkdir.  Biz 

gələn  ilin  sosial-iqtisadi  konturlarını  indidən  özümüz  üçün 

müəyyən  etməliyik.  Əslində  bunu  müəyyən  edirik.  Elə 

etməliyik  ki,  gələn  il  də  makroiqtisadi  vəziyyət  sabit  olaraq 

qalsın. 

Mən  giriş  sözümdə  qeyd  etdim  ki,  hətta  dünyanın  ən 

mötəbər  iqtisadi  qurumlarından  biri  olan  Davos  İqtisadi 

Forumunun hesablamalarına əsasən makroiqtisadi sabitliyə görə 

Azərbaycan  dünya  miqyasında  18-ci  yerdədir.  Əlbəttə,  bu  çox 

yüksək  göstəricidir.  Bu  göstərici  əslində  onu  deyir  ki,  gələcək 

illərdə də bu sahədə sabitlik olacaqdır. Bu ilin inflyasiyası son 

illər ərzində ən aşağı səviyyədədir. Çalışmalıyıq ki, gələn il də 

inflyasiya riskləri minimuma endirilsin. Bunu təmin etmək üçün 

bizim  əlimizdə  kifayət  qədər  geniş  mexanizmlər,  vasitələr, 

alətlər  vardır.  Bu  sahədə  əldə  edilmiş  nəticələr  xüsusi  məna 

daşıyır.  Çünki  ölkə  iqtisadiyyatına  verilən  maliyyə  ildən-ilə 

artır.  Həm  dövlət  büdcəmiz  artır,  eyni  zamanda,  bu  il 

inflyasiyaya  təkan  verə  biləcək  çox  ciddi  siyasi  qərar  qəbul 

edilmişdir.  Sovet  vaxtından  qalan  əmanətlərə  kompensasiya 

verilməsi  başlanıb  və  bildiyiniz  kimi,  hər  bir  yeni  pul  kütləsi 

bazara  çıxdıqda  istər-istəməz  inflyasiya  riskləri  də  artır. 

Baxmayaraq  ki,  böyük  məbləğdə  vəsait  artıq  vətəndaşlara 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə